success closed Loading...

Abunә dәftәrimiz açıldı

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime22.03.2018 09:36 visitor

Bu gün qәmәr “Әqrәb bürcü”ndәn xaric olmaq münasibәtilә fürsәti qәnimәt vә saatı xoş bilib abunә dәftәrini açdıq. Bu gәlәn ilin müddәtindә dә köhnә sayaq ilә nağıl vә mәsalә yazmağa vә ilan-qurbağa şәkli çәkmәyә mәşğul olub әlimizdәn gәlәn qәdәr çalışacağıq vә lakin burası var ki, övzan-kәvakib tәğyir tapdıqca vә ilin fәsillәri dәyişildikcә, biz dә buna müvafiq hәrdәnbir mәslәkimizi dәyişәcәyik. Artıq sәyimiz bunda olacaq ki, hamı müsәlman qardaşları özümüzdәn razı edib, heç bir kәsin nә yaxşılığını, nә pisliyini danışmayaq; әzqәza әgәr danışsaq da, İnşallah, yaxşıların da, pislәrin dә yaxşılığını  danışacağıq vә heç şeydәn dә şikayәtçi olmayacağıq. Zira:

Mәkon zigәrdişi geyti şikayәt, ey dәrviş

Ki, tirәbәxti әgәr hәm bәrin nәsәq mordi.

Bununla bәrabәr boş oturmayacağıq. Әvvәlәn, usta Cәfәr әmi üsuli-cәdidi-hәcәmәt barәsindә yazdığı kitabın intişarına vә Kәrbәlayı Allahverdi İrandan gәtirdiyi hәnanın rәvacına mümkün qәdәr sәy edәcәyik.

Saniyәn, gecә vә gündüz bari pәrvәrdigara duamız bu olacaqdır ki, Qubada cәnab Hacı Molla Babanın qarnının vә peysәrinin yağından bir misqal da әskilmәsin.

Salisәn, milyonçularımızın әhvalını hәmişә jurnalımız vasitәsilә padşahlıq dumanın nәzәrinә yetirәcәyik ki, bu yazıqların ehtiyaclarını vә kassalar qabağında çәkdiklәri mәşәqqәtlәri mülahizә edib tәzә bir qәrardad ilә bunlara mәrhәmәt elәsinlәr.

Rabiәn vә xamisәn: Allah-təala cәmi mömün bәndәlәrә әcri-xeyir verib cәhәnnәm atәşindәn xilas elәsin!

Amin, ya rәbbül-alәmin!

Molla Nәsrәddin.

“Molla Nәsrәddin”, 24 noyabr, 1908, № 47.