Məktəb
Məhəmməd Hadi
| Məqalə sayı: 5
Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət,
Məktəb nə demək? Baisi-ülviyyətü şövkət,
Məktəb nə demək? Cilvəgəhi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü səadət.
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
***
Məktəb nə demək? Hey’əti-milliyyəyə candır.
Məktəb nə demək? Ruhü dili-mürdədilandır.
Ariflərə həmvarə bu söz virdi-zəbandır:
Əlməktəbü, əlməktəbü, ey millət, amandır.
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
***
Məktəb nə demək? Əncüməni-əhli-səfadır,
Məktəb nə demək? Bariqeyi-flkrə səmadır.
Neyyirləri həp şə’şəəbəxşay i-dühadır,
Pərvərdey i-ağuşi olanlar üdəbadır.
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!
***
Məktəblə bulur təsfiyə ayineyi-vicdan,
Məktəblə edər kəsbi-şərəf zadeyi-insan,
Məktəblə görər tərbiyə həp gülşəni-ürfan.
Təzkar edək ixvanımıza şu sözü hər an:
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!