success closed Loading...

Yazıçılıq və söz haqda...

İlham Tumas | Məqalə sayı: 5

datetime10.03.2017 09:56 visitor973

Tənqidçilərin və bioqrafların sənətkarın həyatda məqsədi, məramı haqqında yazdıqları cild-cild kitabların heç bir dəyəri yoxdur. Hansı məqsəddən söhbət gedə bilər ki, bəziləri üçün yazmaq “vaxt keçirmək”, bəziləri üçün “özünü təsdiq etmək”, qeyriləri üçün “yaşamaq”, digərlərindən ötrü isə “əsl cəhənnəm əzabıdır”. Əslində, əsl sənətkarın bu dünyada məqsədi-filanı yoxdur. Əgər hansısa yazıçı “mənim sənətdə məqsədim filan şeydir” deyirsə, inan ki, sözlərində qeyri-səmimidir. Əlbəttə, ətrafındakı bütün insanlar kimi yazıçının da bir insan olaraq həyatda məqsədi ola bilər, ancaq onun sənətkar kimi məqsədindən söhbət belə gedə bilməz. Dünyada hər şeyin məqsədi var: fəhləliliyin də, siyasətin də, hələ bəlkə bizdən xəbərsiz həyatın özünün də. Bu dünyada yalnız sənətin məqsədi yoxdur. Bütün bunları billə-bilə biz nəyə görə “sizin sənətdə məqsədiniz nədir” sualı ilə hansısa yazıçının zəhləsini tökməliyik?

Yazıçı heç vaxt beynində yaranan düşüncələri dildə söyləməklə həzz ala bilməz. Doğrudan da, əgər yazıçı yalnız danışıqla ürəyini boşalda bilsə və rahatlaşsaydı, daha ondan nə sənətkar? O da olardı adamların uzaq gəzməyə çalışdığı boşboğaz və söhbət manyaklarından biri. Yazıçı mütləq və mütləq beyninin məhsullarını vizual olaraq görməlidir. Onun düşündükləri ya kompüter ekranında, ya makina vərəqində, ya da elə əlyazma şəklində ağ vərəq üzərinə köçürülə bilər. Və yazıçı bu fikirlərin dərinliyindən, mənasından, fikir tutumundan, səslənməsindən, musiqisindən, ritmindən necə həzz alırsa, bu fikirlərin kompüter ekranındakı, makina vərəqindəki, ağ əlyazma kağızındakı müxtəlif hərflər, intervallar, işarələr şəklində ifadəsinin görkəmindən də bir elə həzz alır.

Bundan əlavə, o, bəzən hadisələrin hansı tərəfə inkişaf edəcəyini fikirlərində görə bilmir. Bunun üçün baş verənlər mütləq yazı halında onun gözləri qarşısında olmalıdır. Elə bil ki, hadisələr onun beynində yox, elə gözləri qarşısında, hərflərdən, işarələrdən, intervallardan ibarət ekran üzərində baş verir.

Yazıçının hər hansı bir hadisəni, xırda epizodu təsvir edən cümləni hansı yollarla tapdığını və bu cümlənin qələmə alınmasının necə əziyyətli iş olduğunu bir Allah bilir. O, bəzən günlərlə beynində dolandırdığı və dahiyanə hesab etdiyi fikri ağ kağıza köçürəndə başa düşür ki, bu fikir nəinki dahiyanə tapıntıdır, heç adam arasına çıxarılası, abırlı bir cümlə də deyil. Beynində zərgər dəqiqliyi ilə ölçüb-biçdiyi fikri ağ kağıza köçürəndə aydın olur ki, hələ bu vaxta qədər onun qələmindən belə zəif söz yığını çıxmayıb. Çünki sənətkar həmişə yalnız hadisələri, reallıqları deyil, fikirləri, sözləri də sındırmaqla məşğul olur. Bu cəhətdən yazıçı həm də söz cərrahıdır. Ona görə də kitabının bir səhifəsini necə yazması barədə yazsa, onda həcmcə birinci kitabından qat-qat böyük və tutarlı bir əsər alınar. Və açığını desək, onun ikinci kitabı birincidən daha səmimi olacaq. Birinci kitab yazıçı fantaziyasının məhsuludursa, ikinci kitab başdan-başa real hadisələr, ruhi proseslər, düşüncələr və sarsıntıların təsvirindən ibarət olacaq. Birinci kitab həyatı, ikinci kitab sənətin həyatını təsvir edəcək. Birinci kitab nə qədər həyatidirsə, ikinci kitab bir o qədər ruhidir. Ancaq bütün bu fərqlərlə bərabər, yazıçı hər iki halda yaxasını həyatdan qurtara bilmir. Hər iki kitabın yaranmasında yenə də həyat “müqəssirdir”. Ona görə də öz yaradıcılığı və yazı üsulları haqqında yazan yazıçı özünü sonu görünməz bir düşüncələr uçurumuna itələyir. Bu, artıq fəlsəfi kateqoriyadır, birbaşa xalis zəkanın tənqididir.

Bu dünyanın mürəkkəbliyini və anlaşılmazlığını hər cümlədən sonra nöqtələrlə, həyatın faniliyini açıq boyalarla, həyatın xoşagəlməzliklərini ürəkbulandırıcı təsvirlərlə verən yazıçıların sənəti qətiyyən qəbuledilməzdir. Axı həyat onsuz da mürəkkəbdir, daha bu mürəkkəbliyi sənətdə də verməklə yazıçı nə qazanır? Həyat onsuz da, mürəkkəbdir və insanlar bu mürəkkəblikdən kifayət qədər əziyyət çəkirlər, bunu qələmə almaqla sənəti də labirintə çevirmək məntiqsizlikdir. Həyat onsuz da fanidir və bu faniliyi özünə əziyyət vermədən açıq boyalarla, ancaq mənasız söz yığınından ibarət olan cümlələrlə verən yazıçı nə həyat, nə də sənət üçün xeyirli bir iş görür. Sənət ona görə yaranıb ki, həyatı gözəlləşdirsin, sənət həyatın ən mənasız və absurd görünən tərəflərini min cür formada, min cür priyomlarla verir və nəticədə sevgi, nifrət, qətl və hətta ölüm də bizim üçün gözəlləşir.

Əsl yazıçının heç vecinə də deyil ki, onun kitabı oxucular tərəfindən necə qarşılanacaq, ümumiyyətlə, oxunacaqmı? Buna görə də onu qətiyyən maraqlandırmır yazdığını bir adam oxuyacaq, yoxsa onun əsərindən milyonlarla insan həzz alacaq. Bu baxımdan, yazıçı öz əsərini kiməsə ithaf edə bilər, kiminsə xatirinə həsr edər, ancaq yazıçı heç vaxt heç kim üçün yazmır. Bəlkə də yazıçının birinci və ən etibarlı oxucusu onun elə özüdür. Əsl yazıçı özünü oxumalıdır, əsl yazıçı öz yazdıqlarını oxumağı bacarmalı və bu mütaliədən də bir sənətkar kimi yox, oxucu kimi həzz almalıdır. Əsl yazıçı öz əsərini elə maraqla oxumalıdır ki, elə bil bu əsərlə heç tanış deyil və bu kitabı əlinə birinci dəfədir götürür. Yazıçı heç kimin qarşısında dünyanın “biz kimik, haradan gəlirik və hara gedirik” kimi əbədi suallarına öz cavabını verməyə borclu deyil. Onun üçün bəşəriyyətin nə vaxt həqiqətə çatacağı heç bir maraq kəsb etmir. Əsası odur ki, o, bu həqiqətləri duyur, özünü onun bir zərrəsi hesab edir. Əsl yazıçı bu dünyanın sirlərini bilsə belə, açmağa heç vaxt tələsmir: qoy, bu sirləri oxucu özü başa düşsün. Yazıçının istedadı və bacarığı da elə bu məqamda aydın olur. O daha çox bu sirləri özünün oynaq və şirin dili ilə təsvir etməlidir. Yazıçı dünyanın sirləri ilə yaşayır, bu sirlərdən həzz alır, bu sirlər ona gecə-gündüz rahat yatmağa imkan vermir. Onun üçün sadəcə olaraq bu sirlərin mövcudluğu və bir də özünün hissiyyatı, düşüncəsinin genişliyi yetərlidir. Bütün bunlara görə isə sənətkar bir özünə, bir də Tanrısına minnətdardır. Bu mənada yazıçılıq dünyanın ən qəribə və sirli sənətidir…

…Deyirlər, Olimp dağında Zevsin şərəfinə düzənlənən yarışlarda heç kimin güləşməyə ürək eləmədiyi birisi varmış. Güclü deyilmiş, ancaq bu adam yarışı uduzsa da, elə maraqlı danışmaq, söz demək bacarığına malikiymiş, söhbəti elə fırladırmış, sonunda belə çıxırmış ki, qalib gələn məhz odur.

Ümumiyyətlə, bu söz çox qəliz şeydir. Bir də görürsən, qorxaq, səfeh birisini qısa zaman kəsiyində böyük qəhrəmanlardan eləyir. Ancaq əksi də olur. Tarixdə böyük insanlar haqqında ağızlarına gələni yazıblar, danışıblar, dağ boyda kişiləri eləyiblər bir qəpiklik, salıblar ayaqlar altına. Artıq həqiqi tarix bu nazik kağız parçalarının yanında yalan olub. Hamı döşənib yazıların canına, real hadisələr heç kimi maraqlandırmır. Çünki yazılanlar tarix yaradır, hadisələrə yeni biçim, yeni forma və məzmun verir. Ona görə də indi olub-keçənlər heç kimin vecinə deyil. Kimsə-kiməsə pislik eləmək istəyirsə, ya qələmi əlinə götürür, ya da ürəyindəkiləri yazdırıb, bir-iki ağız düşməninin ünvanına tolazlayır, vəssəlam, bununla da onu aləmdə xar eləyir.

Artıq insanlar get-gedə sözdən daha çox qorxmağa başlayıblar. Ona görə də bəziləri həyatda deyil, yazılarda yaxşı görünməyə çalışırlar. Doğrudan da, axı, həyat onların nəyinə lazımdır ki? Həyat çətindir, həyat ağrılıdır, gərək burada qan tökəsən, zəhmət çəkəsən, rəhmətlik Mandelştam demişkən, “yüzlərlə eyş-işrətin yanından baxmadan, sakitcə keçəsən”. Təbii ki, bunları da hamı bacarmır. Onda əlac nəyə qalır? Yazılara, qısası, yəni avantüraya! Çünki həyatda yaralı barmağa kar olmayanlar, sözlərdə millət fədaisi kimi həmin millətin özünə sırınmaq imkanı əldə edir…

XƏBƏR LENTİ
Tramp və Makron razılaşdı: Suriya ilə bağlı QƏRAR 09:20
Hamının hər gün etdiyi bu vərdiş iki qadının kor olmasına səbəb oldu 09:00
Bu hərəkəti ilə futbolda yeni cığır açdı - VİDEO 08:45
Amerikalı nazir: “ABŞ Rusiyanı bu sahədə irəli buraxmayacaq” 08:30
Dəniz havasının faydası 08:15
Bu meyvələrin çəyirdəkləri meyvələrin özündən də FAYDALIDIR 07:58
Hansı gilas daha faydalıdır - qırmızı yoxsa ağ? 06:51
D vitaminin orqanizmdə əvəzsiz rolu. FAYDALI MƏLUMAT! 05:47
Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları 04:42
Badımcan qabıqlarından təbii ürək dərmanı -RESEPT 03:37
Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq 02:33
Daha 3 məşhur Bakıya gələcək 02:03
Gördüyü halda 28 il kor kimi yaşadı - Səbəb 01:40
“Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak ediblər” - İlham Əliyev 01:19
"Formula 1 üzrə Azərbaycan Qran Prisini 70 minədək tamaşaçı izləyib" - Azad Rəhimov 01:16
Marketinqin yeni hiyləsi - “Stress çarxları” həqiqətənmi, müalicəvidir? 00:47
WhatsApp-da yazdığı mesajdan peşman olanlar - Artıq çıxış yolu var... 00:19
Feysbukdan möhtəşəm rekord: 2 milyard... 00:07
27.06.2017
“Bavariya”nın ulduzu saxlanıldı - FOTO 23:43
Varşavada Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR 23:25
"“Cənub Qaz Dəhlizi” layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" - İlham Əliyev 23:10
Bayramda yollar “qan gölü”nə döndü - 5 gündə 64 ölü 22:52
Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN 22:33
Prezident bir gündə 30 toy və 20 sünnətdə iştirak edib 22:13
Dünya üzrə bir sıra iri şirkətlər güclü haker hücumuna məruz qalıb 21:49
Türkiyə daha 3 şəhid verdi 21:40
Qəzada ölənlərin kimliyi bilindi: biri şirkət rəhbəri, digəri TV əməkdaşı 21:25
Prezident Andjey Duda: "Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir" 21:19
Mehriban Əliyeva: "Biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq" 21:01
Mehriban Əliyeva “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib” 20:43
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib 20:26
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb - FOTOLAR 20:16
Aspirin saçlarınıza faydalıdır 19:59
Bollivud ulduzu: Azərbaycanda olmaqdan çox xoşbəxtəm 19:49
Yay aylarında bunları yeməyin 19:26
22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar 19:07
Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib 18:40
Mehriban Əliyeva məcburi köçkün ailələrinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib - FOTOLAR 18:12
TAP-ın rəhbəri dəyişib 17:51
Lənkəranda film kimi qəza: - "Lexus" pilləkənlə qalxaraq mağazaya girdi + FOTOLAR 17:27
Prezident: "İstərdik ki, Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti yaradılsın" 17:17
Bakı-Qazax yolunda "Land cruiser" aşıb - 2 nəfər hadisə yerində ölüb + FOTOLAR 17:09
Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA 16:54
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR 16:42
Azərbaycanla Polşa arasında sənədlər imzalanıb - FOTOLAR 16:36
Ronaldo azərbaycanlı dostunu belə qarşıladı - FOTOLAR + VİDEO 16:11
Bakı-Qazax yolunda 4 avtomobil toqquşub - Ölən və yaralananlar var + hadisə yerindən FOTOLAR + VİDEO 15:46
Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN - İnternet və SMS 15:37
Hərbi xidmətlə bağlı ən çox verilən suallar və CAVABLARI 15:27
Bakının bir neçə rayonu işıqsız qalıb 15:13
Səməd Seyidov AŞPA-nın sədrinin ətrafında baş verənləri “əcinnə ovu” adlandırıb 14:57
Azərbaycanda daha bir həkim səhlənkarlığı - Xəstənin arterial damarın kəsib öldürdülər 14:51
"Google" şirkəti 2.7 milyard dollar məbləğində cərimələnib 14:45
Qəndab Quliyeva dəfn olundu 14:39
Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlılarının komandiri partladıldı - Hadisənin baş verdiyi anın görüntüləri yayıldı + VİDEO 14:34
Təhsil Nazirliyindən yeni QƏRAR: Kim neçə il təhsil alacağını özü müəyyənləşdirəcək - DETALLAR 14:20
17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... + VİDEO 14:02
Daxili İşlər Nazirliyi ölümlə nəticələnən basqın barədə məlumat yaydı 13:46
Sabahın havası - ŞİDDƏTLİ İSTİLƏR 13:42
Yeni şahzadə Putini hədələyir: “Üç günə məhv edərik” 13:24
Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü oldu 13:13
Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR 13:00
Azərbaycanda gizli at əti biznesi - FAKTLAR 12:43
Kafedə namaz qılan azərbaycanlı cərimələndi 12:40
Qazaxıstan Azərbaycandan gedən 81,5 ton zərərli kartofu geri qaytardı 12:33
Xalq artisti ilə vida mərasimindən FOTOLAR 12:18
Ağ Ev açıqlama yaydı: - Donald Tramp məşhur hüquqşünasın namizədliyini FTB direktoru postuna irəli sürüb 12:09
Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzib, divarı uçurub - FOTOLAR + VİDEO 11:51
Əhaliyə xəbərdarlıq: Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR 11:41
Kiyevdə güclü partlayış: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR + VİDEO 11:31
18 marşrut əvvəlki trayektoriyasına qaytarılıb 11:15
Qızıl cüzi ucuzlaşıb 11:09
Neft bahalaşıb 11:07
Xəlil Rza və Nəriman Həsənzadəni danlayan qadının məktubu - Orada Azərbaycan qeyrəti çəkən olsa... 11:04
Balakəndə ağır avtomobil qəzası: - Ailənin 1 üzvü öldü, 3-ü şikəst qaldı 10:46
Şəki sakini 5,5 kq narkotiki satmaq üçün bayram bazarına üz tutub 10:33
Bəy və gəlin toydan imtina etdi: Ağac əkdilər + FOTO 10:25
Qeysəriyyə əməliyyatı vasitəsilə dünyaya gələn körpələr haqqında söylənilən 5 gerçək 10:10
Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur? 09:50
Bu dəfə də cəbhədə silahlar susmadı - Gərgin gecə 09:35
Bakıda ikimərtəbəli ev yandı 09:20
Rusiyadan İrəvana pul axını dayanır - Yeni rəqəmlər 08:52
Rusiya və Finlandiya razılığa gəldi - 10 il sonra... 08:35
Rusiyanın bu vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib - SƏBƏB 08:15
Bağırsaqlarda mikrobları öldürən, arıqlamağa kömək edən ƏDVİYYAT 07:59
Bildirçin yumurtası immuniteti möhkəmləndirir 06:41
Dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətləri 05:17
Bu maddələrin çatışmazlığı QICOLMALARA səbəb olur 04:31
Qan dövranını yaxşılaşdırmaq üçün 7 SADƏ MƏSLƏHƏT 03:15
Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ 02:53
Yəməndə hava zərbələri nəticəsində 9 nəfər ölüb 01:59
Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb 01:49
Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT 01:22
Ağ Ev: "Tramp ABŞ-ın dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir" 00:53
Qəzza zolağından İsrail tərəfə raket atılıb 00:41
Merkel Avropanı Suriya və Liviyanın problemlərinin həllində fəal iştirak etməyə çağırıb 00:27
İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib - VİDEO 00:03