success closed Loading...

Həftə fəryadı - yaman ad qazanıb ölənlərə diqqət...

Nəriman Nərimanov | Məqalə sayı: 5

datetime14.03.2017 10:27 visitor1551

Yaman ad qazanıb “ölənlər” adsız ölənlərdən nəflidirlər!

Mən bilirəm çox adam mənim bu sözlərimə qol qoymayacaqdır. Lakin nə etmək? Hamı bir fikirdə, hamı bir təsəvvürdə olmaz...

Bir neçə adam mənim sözlərimə qol qoymayacaqdır, deyə mən fikrimi gizlədimmi? Gizlətməyəcəyəm, qoy hər kəs nə fikirdə olur-olsun. Lakin mən yenə deyirəm: “yaman ad qazanıb ölənlər adsız ölənlərdən nəflidirlər”. Buyurunuz, əfəndim: mənim çox “dostlarım” var. Onların dolanacağına diqqət edib mənim kimi “şair” bunların əhvalını nəzmə çəksə, bir “dadsız-duzsuz” hekayə çıxar... Heç bir nəf görünməz, siz deyə bilərsiniz ki, mənim şeirdə əlim yoxdur, ona görə də yazdığım da “dadsız-duzsuz” olur. Nəf görünməyir...

Əvət, əfəndim! “Şeirdə mənim əlim yoxdur” sözlərinin altında mən özüm iki əllərimlə qol qoyaram...

Şeir yazmaq asan deyil. Ya gərək yatanda sənə “vergi” verilə, yəni vaqeədə deyələr: sən sabahdan şairsən, başla şeir yazmağa. Sən də şeir yazasan ... yainki xeyr, gərək neçə illərlə dərs oxuyasan, dillərə aşina olasan. Məsələn, istəyirsən ki, rus şairi olasan, gərəkdir rus dilindən başqa qeyri, firəng, nemsə, ingilis, yapon ... dillərində oxumalısan.... Ya xeyr, türk şairi olmaq istəyirsiniz, gərək fars, ərəb, “türk” dillərinə aşina olasınız. “Türk” dili isə bir neçə hissəyə bölünür: məsələn, “nuni-sağırlı” türk dili və “nuni-sağırsız” türk dili. “Nuni-sağırsız” türk dili yenə bir neçə yerə bölünür. Məsələn: “türki-Çəmbərəkəndi”, “türki-İçərişəhəri”. Hələ yenə var!..

Xülasə, bu bir böyük elmdir. Buna azından 7-8 il lazımdır türk “dillərini” oxuyasınız, sonra başlayasınız şeir deməyə, ya yazmağa.... Böyük zəhmətdir. Mən cavan vaxtında bu elmi oxumadım. İndi qoca vaxtındamı oxuyacağam? Nə lüzumu var? Gərək elə şeir iləmi fikrimizi söyləyək?

Xeyr, əfəndim! Biz “söz düzməyi” öyrənməmişik, öz fikrimizi “dadsız-duzsuz” hekayə ilə söyləyəcəyiz. Ondan savayı, “dostlarımın” barəsində yazdığım əhvalatı heç bir şair nəzmə çəkə bilməz, çünki həqiqi əhvalat özü çox “dadsız-duzsuz” əhvalatdır. Məsələn, səhər yerindən durub üzünü yuyur, çay içib işə gedir, saat on ikidə, ya birdə “piti”, ya “çölmək”, ya “xəmiraşı”, ya “düşbərə” yeyib üstündən qəlyan xoruldadır, bir az yatıb rahat olur, sonra yenə durub çalışır, çabalayır, axşam dükanını, ya mağazasını, ya kantorunu bağlayıb evə gedir. Şam yeyib yenə də qəlyan xoruldadır, sonra başını balışa atıb özü də xoruldayır ... xoruldayır... Səhər yenə də durur ... bu gün dünənki kimi, dünən bugünkü kimi ... hər gün bir “fikir ilə”, bir “qayda-qanunla” güzəranını keçirir...

Bu tövr həftələr keçir, aylar, illər keçir.

Belə bir cənabdan nə zərər! Axırda dostumuz “təşrif” aparır. Buyurunuz, belə bir vücudun yoldaşa, ya bir qeyri adama, ya millətə və ya vətəninə nə xeyri?

Gəldi, baxdı, dolandı, getdi... Belə vücudun “adı da” özü ilə bərabər quylanır; zəngin isə qırx gün “adı” çəkilir; kasıb isə özü “təşrif” aparan gün “adı” da “təşrif” aparır... Bir əsər-əlamət qalmır. Öz yavuq adamlarından başqa bunun ölməyi heç kimə təsir etməyir. Heç kimin ürəyini atəşləndirmir, heç kimin ürəyinə soyuq “kompres” qoymur... Dostumuz, məsələn, çox tamahkar olsaydı, dükanı, ya mağazasını cümə günləri açsaydı, özünə tabe olanlara tövrbətövr əziyyətlər versəydi, yainki xeyr, kantorda prikaşikləri səhər saat 6-dan axşam saat 9-dək işlətsəydi, məvaciblərini əksiltsəydi, nəinki həftədə bir gün, bəlkə ildə üç gün də bayram etməyə rüxsət verməsəydi, ya xeyr, “xoş rəftarı” ilə, “üç mərtəbə söyüşü” ilə məşhur olsaydı - yəqin ki, böylə bir şəxs – “xozeyin” öləndən sonra ona tabe olanlar, ya sağlığında onunla əlaqəsi olanlar öləndən sonra deyərdilər: “Ah, yaxşı oldu ki, öldü, canımız qurtardı. Bir az “rahat” olarıq”... Heç olmasa bir neçə yad adamı təşrif aparmağı ilə sevindirir....

Qırx gün yox ki, bəlkə illərlə adı məclislərdə deyilir...

Çünki buna oxşayan bir adamın barəsində söhbət edəndə həmin dostumuzu yada salıb deyəcəklər: filankəsdə belə sifətlər var idi. Hələ bundan da artıq onu tanıyan, bilən başlayacaq həmin filankəsin “yaxşı” işlərindən, “gözəl” hərəkətlərindən məclisdə nəql etməyə...

Böylə adamların isimləri baqi qalmağına şübhə yoxdur...

Buyurunuz Borçalıya, Qazağa, Şamaxı, Quba uyezdlərinə, indiyədək məclislərdə “Halay bəyin”, “Kərəmin”, “Məşədi Məcidin” adları dillərdə zikr olunur. Vaxtında bunların barəsində qəzetələrdə məqalələr yazırdılar, Peterburqdan teleqramlar göndərilir idi.

Nedoqrat, Kruşevin, Qrinqmut cənablarının “adları”, yəhudilərin arasında məşhur olan Alekseyevin, Kuropatkinin “adları” rus kəndlilərinin məclislərində söylənir, söylənəcəkdir. Bu hələ həyatlarında, amma öləndən sonra “isimləri” tarixlərdə yazılacaqdır, milyonlarca adamlar oxuyacaqlar, düşünəcəklər, anlayacaqlar... 19 qərinə bundan müqəddəm olan zalım padşah Neronu hansı tarix oxuyan unudar? Xalqa etdiyi zülmləri hansı oxucu bilmir?

Yəqin ki, bu ali cənablar da bizim dostumuz kimi günlərini qəlyan xoruldada-xoruldada keçirtsəydilər, “ismi-şəriflər”i nə məclislərdə söylənərdi, nə də tarixlərdə yazılardı. Yəqin ki, Tripov “patronlara heyfiniz gəlməsin” sözlərini deməsəydi, həyatında ismi bu “şərafətlə”, öləndən sonra daha artacaq “şöhrətlə” söylənməzdi və söylənməyəcək idi.

Xeyr, əfəndim! “Nə o yanlıq və nə bu yanlıq” ilə dolanacaq etməkdən nə hasil, nə səmərə? Əlinizdən gəlməyir laməhalə, “yamanlıq edib ölmək, yaxşılıq məsləhətdir”. Tainki qalanlara bir xeyir olsun...

“Gəldi, baxdı, dolandı, getdi!”. Hamı belə bir nəzərdə, belə bir xasiyyətdə olsaydı, məlumatımız çox az olardı.

Nerədən bilərdik ki, “neronlar”, “zöhhaklar” kəndi ixtiyarlarını göstərmək üçün insanın qanını su yerinə axıdıblar? Nerədən bilərdik ki, ayda əlli, ya yüz, ya min, ya on min manat alınan məvacibə insan dinini, imanını, vicdanını satar?

Nerədən bilərdik ki, “qüvvətsiz qüvvətlinin” yanında həmişə təqsirkar olar? Ya xeyr, “zəngin” yalan da söyləsə, “kasıb” bəli, bəli deyər? Nerədən bilərdik ki, fəhlələrin yaralı əllərilə milyonlar qazananlar haman fəhlələri heyvan dərəcəsində bilirlər? Nerədən bilərdik ki, doğru söz söyləyənlər, haqq yolunu arayanlar dar ağaclarına nəsib olarlar, qazamatlarda çürüyərlər, topun, tüfəngin güllələrinə nişanə qoyularlar? Nerədən daha bilərdik ki, yerin, göyün bir Allahından başqa, bir də bir qeyri “məbud” da olarmış?..

Ah, zavallı “dostlarımız”, yaxşılıq əlinizdən gəlmirdi, yamanlığa nə sözünüz? Siz dünyaya “gəldiniz, baxdınız, dolandınız, getdiniz”. Bəlkə qeyriləri bununla bəs, buna kifayət etməyirlər, “məlumat” arayırlar... Tək yaxşılığa, gözəl sifətlərə dair məlumat “məlumat”sız, əsərsiz olar, ləzzəti olmaz...

İnsan həmişə şirin şey yesə, haman şirinin ləzzətini bilməz, lakin bir acı dərmandan sonra şərbət içsə, dodaqlarını da dili ilə yalayacaqdır...

Hər işimiz belədir, əfəndim!

Ərəbistanın istisini hiss etməsəniz, Rusiyanın yelsiz, yanaq qızardan morozuna, sazağına qiymət qoymazsınız, aclığı görməyən adam toxluğun ləzzətini bilməz, azarlı olmayan adam saf bədənin qədrini anlamaz, zülm çəkməyən millət hürriyyət nə olmağını düşünməz. Açıq deməli: yaman, fəna işlər olmasaydı, yaxşı işlər də olmazdı, bu, təbiidir.

İnsanda bu qüvvə, yeni bir şeyi, ya bir hərəkəti bir qeyri şeydən, qeyri hərəkətdən seçmək böyük bir dərəcəyə çatıbdır. Hal-hazırda bir neçə üləma bu məsələni həll edib ki, əqil, nitq insanı heyvandan ayırır. Lakin bu qüvvə, yəni gördüyümüz, eşitdiyimiz, anladığımız şeylərə təfavüt qoymaq və sonra bir-birinə oxşayan şeyləri bir yerə toplayıb qeyri bir yerə toplanmış bir cinsdən olan şeylərdən ayırmaq, tərcih vermək qüvvəsi insanı heyvan dərəcəsindən xilas edir.

Həqiqət, belə bir qüvvə insanda artıq dərəcədə olmasaydı, o da heyvan kimi bir halətdə qalardı. Elmdə, fənndə, dolanacaqda, heç bir vaxt tərəqqi edə bilməzdik...

Əlbəttə, bu qüvvə hamıda bir dərəcədə olmur, birində az, birində çox olarkən artmağı işlətməyə, təcrübəyə bağlıdır.

Biləcəridən uzaq bir qeyri yerə getməmiş olsanız, qeyri gözəl şəhərlərdən - Lissabondan, Odessadan gələn şəxs sizə çox da dedi: Bakı çox üfunətli, zibilli, tozlu şəhərdir, küçələri dar, mostovoyu yaman, faytonçuları adamın üstünə baxıb minik qəbul edirlər. Şəhər “ataları” narzan, borjom, şampan içəndə, kasıblar qurdlu, mikroblu suya da həsrətdirlər... Zənginlər günlərini bağlarda, “daçalarda” axşamlar klublarda keçirəndə, kasıblar qorxularından küçəyə də çıxa bilmirlər... Hər dəfə çıxanda da gərək vəsiyyət edəsən. Bir də gördün, bir-birinə “zarafatca” güllə atdılar, gəldi sənin böyrünə dəydi... İndi bağda da oturmaq mümkün deyil. Bir də gördünüz bir “qalmağal” düşdü: kişilər qaçdılar, arvadlar “vay” deyib özlərindən getdilər, uşaqlarını götürüb qaçarkən bir-birinə toqqaşıb yerə dəydilər, vaveyla səsi ölkəni götürdü, ata oğulu, ana qızını, qız anasını tanımır, hərəsi öz canını qurtarmaq istəyir... Qorodovoylar isə qorxularından daha tək-tək gəzmirlər. Beşi, onu bir yerə cəm olub qaranlıq yerlərdə “madonnalar” gözləyirlər, ya onlar ilə söhbət edirlər...

Bəli, belə bir şəhərdən başqa qeyri şəhər görməyənə qeyri şəhərləri yüz tərif et, yenə deyəcək:

“Allah verib bizim Bakıya...”

Bəli, əfəndim! Allah artıqlığınca veribdir, fəqət nə hasil?

Cibə lazım olan qızıl yerdən çıxır, lakin insana lazım olan “qızıl”, insanı heyvandan ayıran “qüvvə” nerədədir?

Nə isə, bu qüvvə bizdə alçaq dərəcədədir. Yaxşı ilə yamana hələ təfavüt qoya bilmiriz, “Allah bizə veribdir” deyib arxayın oturmuşuq, nə şəhər, nə camaat, nə dövlət işləri bizi ayıltmır...

Deyə də bilmiriz ki, hamı burada olanlar yaxşı sifətlər göstərib o dünyaya köçürlər, ya xeyr, hamı yaman işlərdən sonra “təşrif” aparırlar, ya xeyr, “gəldi, baxdı, dolandı getdi” qanunu ilə dolanacaq edərkən, bu “puç” dünyadan əl götürürlər. Heç birini deyə bilmiriz. Yaxşı da var, yaman da, “dərviş” misallı olanlarımız da az deyil...

Bununla belə, heç birindən ibrət almaq xəyalımız yoxdur. Xüsusən yaman sifətlər ilə “ölənlərə” diqqət etmiriz. Bunlardır bizə tərbiyə verən, bizim gözümüzü açan, bunlardır bizi quyulardan, uçurumlardan saxlayan, bizə gələcəyi təlim edən və hal-hazırda səhvlərdən xilas edən...

Biz isə “neçə il” bir səhvdə olarkən sonradan gözümüz görə-görə, ağlımız “kəsə-kəsə” yenə səhv etdik...

Bağırtımız ölkəni götürübdür, lakin əlimiz nerəyə çatacaqdır?! Bundan sonra yaman ad qazanıb “ölənlərə” artıq diqqət olunsa, böyük mənfəətlərə sahib olarıq. Adsız ölənlərdən nə mənfəət!

(Felyeton “Həyat” qəzetinin 7 iyul 1906-cı il tarixli 148-ci nömrəsində “Nər” təxəllüsü ilə dərc olunmuşdur).

XƏBƏR LENTİ
“Rusiya Ermənistanın ən böyük himayədarıdır” - Amanda Pol 05:09
ABŞ dövlət katibi Bağdada elan olunmamış səfər etdi 04:26
Yağın ardınca pendir də bahalaşdı + VİDEO 03:49
FİFPro 2017-cı ilin rəmzi komandasını açıqladı 03:15
Bu iki nazirliyin elektron xidmətlərinin sayı artırıldı 02:45
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb, sonra intihar etdi 02:15
İlin ən yaxşı qapıçısı məlum oldu 01:55
Baş Qərargah rəisi ölkəyə buraxılmadı - ABŞ üzr istədi 01:25
Gürcüstanda azərbaycanlı qətlə yetirildi 01:10
İlin ən yaxşı futbolçusu məlum oldu + FOTO 00:55
Qubada istifadəsiz qalan quyudan neft çıxdı + VİDEO 00:45
İlin ən yaxşı məşqçisi seçildi + FOTO 00:34
Ukrayna prezidenti ilə bağlı müəmmalı xəbər + YENİLƏNİB 00:14
23.10.2017
Boksçumuz erməni rəqibini rinqə çıxmağa peşman etdi 23:41
Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək 23:21
Azərbaycanlı aktyor "KamAz"ın altında qaldı + VİDEO 23:00
Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu 22:40
Ərdoğandan gənclərə məsləhət: Rus dilini öyrənin! 22:25
Ərdoğanın istefasını tələb etdiyi Ankara merindən SON QƏRAR 22:10
Leytenant 4 hərbçi yoldaşını öldürdü - SON DƏQİQƏ 22:08
Bakı metrosunda təhlükəsizlik çəpərləri quraşdırıla bilərmi? - Rəsmi cavab 21:53
Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi + FOTO + YENİLƏNİB 21:39
Baş nazirin müavininin mənzili atəşə tutulub 21:24
İraqın baş naziri Türkiyəyə danışıqlara gedir 21:10
90 min piyada cərimələnib - ŞƏRHSİZ 20:55
Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR 20:40
Şəhid Cabbar Zeynalov dəfn olundu + FOTOLAR 20:25
Tramp “Supermən” kostyumunda + FOTO 20:10
İnterpol 37 yaşlı azərbaycanlını axtarır 19:53
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırıldı 19:36
Keçmiş MTN polkovnikinin cəzası azaldıldı + YENİLƏNİB 19:19
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirildi - SƏBƏB 19:10
"Avropadakı son problemlərin dərmanı Türkiyədir. Qoca qitə Bosniyada öldü, Suriyada basdırıldı" - Ərdoğandan tarixi çıxış 19:00
Qatardan qaçan “Qoca” həbsdə “nadzor”u öldürüb - MARAQ DOĞURAN MƏQAMLAR 18:44
Qaçan məhbuslara görə nəzarətçilər istintaqa cəlb edildi 18:33
İlham Əliyevdən SƏRƏNCAM 18:16
Ərdoğanın istefasını tələb etdiyi şəxslərdən biri öz ərizəsi ilə işdən çıxdı - RƏSMİ 18:00
İtaliyadan gətirilən bu bitkilərdə növbəti dəfə zərərli orqanizm aşkarlanıb - RƏSMİ MƏLUMAT + FOTOLAR 17:50
77 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb 17:40
Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı 17:30
Sabah Azərbaycanda 100 dollar neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA 17:20
Tillerson gözlənilmədən Əfqanıstana səfər edib 17:05
Sarkisyan Rusiya ilə birgə qoşunun yaradılmasını təsdiqlədi 16:55
O da "Maşın"dan getdi + FOTO 16:42
Biznesdən siyasətə: Milyader dövlət başçıları.. 16:30
Sabahın hava proqnozu - Külək olacaq 16:20
Daha bir erməni əsgəri öldü 16:10
Türkiyə İraqda əməliyyata başladı - 50 terrorçu məhv edildi 16:00
Deputatın cəzalanma qaydası mübahisə doğurdu 15:43
Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı 15:15
Xanım jurnalisti redaksiyada bıçaqladılar 14:51
Gürcüstanda seçkilərdə iqtidar partiyası qalib gəldi 14:40
Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə özünü öldürmək istədi 14:26
Azərbaycan Avropa Şurasından çıxa bilər? - RƏSMİ AÇIQLAMA 14:10
DTX rəisinin babası “gəncəli Mədət” kim olub? – TARİXİ ARAŞDIRMA 13:55
Azərbaycanlı tələbə birgə yaşadığı qadını öldürdü + FOTOLAR 13:30
Qaçan məhbuslar haqda YENİ XƏBƏR - 7 məhkum 1 nəzarətçini boğub 13:21
Biləsuvarda “Mercedes”dən 6 kq narkotik çıxdı 13:10
Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb 13:00
Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyi xəbərinə aydınlıq gətirildi 12:50
"Atletiko"nun ulduzu “Qarabağ”la oyundakı hərəkətinə görə cəzalandı 12:40
Yaponiyada hakim partiya seçkiləri uddu 12:30
Generalın anasının evindən oğurluqda ittiham olunurdu - Sərtbəst buraxıldı 12:20
Kəmaləddin Heydərov onları işdən çıxardı + YENİLƏNİB 12:08
Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ 11:54
Beynəlxalq axtarışa verilən rus meri Azərbaycana qaçıb 11:40
Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi 11:30
Elmar Məmmədyarov İtaliyaya getdi 11:20
Rusiyada ailəni yanğından qurtaran Baxış danışdı + FOTOLAR 11:00
Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı 10:38
Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR + FOTOLAR 10:27
Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb 09:46
Stalini yerli xalqların millətçiliyi niyə narahat edirdi? - SSRİ-nin bəzi türk əsilli siyasətçilərinin yarımçıq taleləri 09:30
"Maşın"da finala onlar qaldı - ADLAR + VİDEO 09:23
Sənədinizi itirməmisiniz? 09:13
Körpələrə qoyulan 4 səhv diaqnoz – Diqqətli olun! 09:00
Bakıda nazirlik əməkdaşı bıçaqlandı 08:52
Yaponiyada güclü qasırğa baş verib, ölən və yaralananlar var 08:39
ABŞ-da silahlı insident baş verib, ölənlər var 08:20
Nigeriyada üç qadın kamikadze özünü partladıb, 13 nəfər ölüb, 16 nəfər yaralanıb 08:07
Mark Zukerberq niyə həmişə eyni paltar geyinir? - SƏBƏB 00:40
Yanğını izləyənlərə çay payladılar - Türkiyədə 00:27
"Buraxılan qolda ofsayd var idi?" sualına Qurban Qurbanovdan cavab 00:09