success closed Loading...

Qulluq axtaran

Üzeyir Hacıbəyli | Məqalə sayı: 5

datetime17.03.2017 10:09 visitor

Cavan oğlan özü üçün qulluq axtarır. Әvvәlcә böyük bir tacirin yanına gedir.

- Hacı әmi, bәlkә, kantorunuzda mәnim üçün bir qulluq ola?

H a c ı:

- Әvvәlәn, mәn sәnün әmün dögülәm. İkinciyә qalan yerdә, bir mәnә de görüm, o saldat papağı nәdir ki, başuva qoyubsan vә islamın adını batırırsan? Get, get, çıx bayıra, meşat elәmә.

Cavan fikir edir ki, bu köhnәlәrdәn bir fayda olmaz, qoy intelligent yanına gedim. Onun özündә qulluq olmasa da, barı axmaq söz danışmaz. Gedir intelligent upravlyaşşinin yanına.

- Bәlkә, sizin kantorda mәnim üçün bir qulluq tapıla?

Upravlyaşşi:

- Çto vam uqodno?

Cavan:

- Deyirәm ki, bәlkә, kantorunuzda mәnim üçün bir qulluq tapıla:

Upravlyaşşi:

- Ya vas spraşivayu: çto vam uqodno?

Cavan:

- İşu sebe slucbu.

Upravlyaşşi zәngi basır vә içәri girәn nökәrә acıqla deyir:        

- Provodite eqo i ne dopuskayte nikoqo, dayte mne rabotat! Çtobı nikto ne smel zaxodit ko mne bez doklada.

Cavan, nökәrin kömәyi ilә bayıra çıxıb, öz-özünә fikir edir ki, bu, yevropeyski intelligentdir, qoy aziatski intelligentin yanına gedim.... Gedir.

- Bәlkә, sizdә mәnim üçün bir qulluq tapıla?

Әfәndi:

- Tәrkibi-kәlam  düz  deyildir.  “Bәlkә,  bir  qulluq tapılsın” denilsә, daha gözәl olar vә bir dә “mәnim üçün” mühәssәnatsız bir tәrkibdir. Daha yaxşısı “mәndәn ötrü”dür... “Qulluq” sözü dә çox fәnadır vә üdәba yanında qeyri-müstәmәl bir kәlmәdir. Onun әvәzinә “xidmәt” söylә. İndi mәnim tәshihim üzrә başdan bir dә tәkrar söylә.

Cavan:

- Bәlkә, sizdә mәndәn ötrü bir xidmәt tapılsın?

Әfәndi:

- “Tapılsın” kәlmәsini dә burax, canım! Әvәzinә “bulunsun” söylә. Cavan:

- Bәlkә, sizdә mәndәn ötrü bir xidmәt bulunsun.

Әfәndi:

- Xayır, yoxdur.

Cavan oradan çıxıb, dövlәtli yanına gedir. Qapıçı deyir: “Get, sabah gәl, indi ağa zanitdir”. Sabah gәlir, deyir; “Get, biri gün gәl, ağa çörәk yeyir”. O biri gün gәlir, deyir: “Get, daha birisi gün gәl, indi ağa yatıbdır”. O birisi gün gәlir, qapıçı deyir ki:

Ağa gedib bağa,

Bәlkә sabah yağış yağa,

Sәn, gәl, çıxma dağa,

Özün dә olma çağa,

Bәs, inәklәri kim sağa?

Hünәrin var, sәn dә bu cürә şeir de.

Cavan o cürә şeir deyә bilmir vә oradan çıxıb gedir evә.

XƏBƏR LENTİ
Başqa dünyaya keçid qapısı tapıldı 00:27
Makron söz verdi: İran heç vaxt buna sahib olmayacaq 00:14
25.04.2018
Krem oğurlayan məmur istefa verdi + VİDEO 23:57
“Qarabağ muğam məktəbi heç vaxt mövcud olmayıb”- XALQ ARTİSTİNDƏN SENSASİYA DOĞURACAQ AÇIQLAMA 23:35
Kabildə partlayış baş verib 23:24
Nalbandyan Moskvaya getdi - məqsəd... 23:11
"Evdə tənha" silsiləsindən - Anasının kredit kartını oğurlayaraq tətilə getdi 22:43
Sabah bu ərazilərdə qaz olmayacaq 22:24
Ərdoğan: "Dağlıq Qarabağ məsələsində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb" 22:10
AŞPA-da Azərbaycanın gördüyü işlərə müsbət reaksiya: QƏTNAMƏ 21:40
Yıldırımdan Gülə mesaj: Nə getdiyin yerə, nə də... 21:26
Sarkisyan parlamentə məktub göndərib 21:15
“Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı kitab nəşr edilib 20:50
Sürücülərin diqqətinə: Benzini qarışdırmayın + VİDEO 20:40
Prezident Administrasiyası işçilərinə şad XƏBƏR 20:21
Siçana insan beyni köçürüldü- NƏTİCƏLƏR ŞOKA SALDI 20:08
WhatsApp-dan şok yenilik: 16 yaşdan aşağı... 19:49
Məkkədə tanınmış futbolçunun adına məscid tikiləcək 19:35
Trampdan İranla bağlı qərar: Türkiyə də qoşulsun 19:26
DSX sərhəddə əməliyyat keçirdi: bir nəfər tutuldu 19:05
Çavuşoğlu və Zərif Moskvaya gedir 18:57
Zakir Həsənov Çinə gedir 18:45
Kremldən İrəvanda baş verənlərə ilginc - Reaksiya 18:24
Sərəncam 11193 nəfərə şamil olunacaq 18:10
Yeni nazirdən bir gündə 5 təyinat - HEYDƏR ƏSƏDOVUN ADAMLARI İŞDƏN QOVULDU 17:49
Türkiyə artıq böyük gücdür - Prezident 17:33
Atatürk də gəlsə, ona xalqdan səs ala bilməz - Altaylı 17:27
Ərdoğanın sayəsində Türkiyə artıq böyük gücdür - Prezident 17:05
Daha bir avtobusun hərəkət istiqaməti dəyişdi 15:50
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilir 15:22
“Erməni dostlarımız...” - Kreml Ermənistan hakimiyyətini “SATDI” 14:55
Əliyev- Ərdoğan görüşündə İLK YAŞANDI + VİDEO + YENİLƏNİB 14:05
Avropadan “məxməri inqilab”a DƏSTƏK: Rusiya və ABŞ… 13:50
Qanunsuz mitinq edənlərə yeni cəzalar gəlir 13:25
Əliyevin mühafizəçisini yaralayanlar məhkəmədə 13:10
İrəvana BTR-lər yeridildi + VİDEO 12:50
Ramil Usubov yeni rəis təyin etdi 12:46
Amerikalı alimin erməni yalanlarını ortaya çıxaran araşdırması – Onların saxta hesabatlarını dinlədikcə damarlarımda qanım quruyurdu 12:14
CHP-yə şok zərbə: İncə Ərdoğanı dəstəklədi 12:10
Milli Məclisdən NÖVBƏTİ YENİLİK - QƏRAR...? 11:50
Yeni mitinq, YENİ HƏYƏCAN - TARİXİ TORPAQLARIMIZDAN CANLI YAYIM + VİDEO 11:40
"Formula 1"-in təhsilimizədə verdiyi TÖVHƏ 11:30
Milli Məclisdə YENİ QANUN MÜZAKİRƏSİ 10:50
Manatın "ÜZƏN MƏZƏNNƏ"-Sİ 10:20
Türk və azərbaycanlılardan birgə aksiya - "Erməni yalanlarına yox!" + VİDEO 10:15
Vaqif Əsədovdan XƏBƏRDARLIQ 09:55
Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR 09:40
NEFTİN QİYMƏTİ 09:20
ABŞ-da hərbi təyyarə qəzaya uğradı 09:05
Rza Pəhləvinin mumiyası tapıldı + FOTO 00:31
Trampdan ermənilərə zərbə: "Soyqırım" demədi... 00:28
Hökumət Paşinyanla danışıqları dayandırdı - Mitinq qərarı verildi 00:22
ABŞ-ın şok Ermənistan PLANI: İrana hücum, Türkiyə və Azərbaycana... – Jirinoviski 00:10