success closed Loading...

Elza İbrahimovanın doğum günüdür VİDEO

icon datetime10.01.2017 11:55 icon comment0 icon visitor193
shadow

 

Bu gün Xalq artisti, mərhum bəstəkar Elza ibrahimovanın doğum günüdür.

Enter.News xəbər verir ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub.

Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilib və o musiqi məktəbinə yazılıb.

O, 1969-cu ildə ilk mahnısını bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı isə Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub.
 

 

Estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra 2012-ci ilin 11 fevralında 74 yaşında vəfat edib.


XƏBƏR LENTİ
FTB-nin Türkiyə üzrə nümayəndəsi polisə çağırıldı 00:06
13.12.2017
FED uçot dərəcəsini artırıb 23:08
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər” 22:47
Biləsuvarda güclü yanğın - Evində yanaraq öldü 22:17
İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır” 21:39
Türkiyədə azərbaycanlı qətlə yetirildi 21:15
“Trampın qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar" - Ərdoğan 20:47
Nazirlər Kabinetində ştat sayı artırılıb 20:24
İstanbul toplantısında sürpriz qonaq + FOTOLAR 20:00
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb” 19:40
Bakıda məhbusun ölməsinin səbəbi məlum olub + YENİLƏNİB 18:38
İstanbulda Qüdslə bağlı TARİXİ QƏRAR 17:50
Tanınmış aktyorla xanımını belə döydülər + VİDEO 16:20
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə + FOTOLAR + VİDEO 15:03
Bu dərmanın istifadəsi qadağan edildi - SƏBƏB + FOTOLAR 14:02
Fədayə Laçın məhkəməyə gətirildi - Bu gün azad oluna bilər + YENİLƏNİB 13:00
Bu islam ölkələri Qüdsün müzakirə olunduğu İstanbul görüşünə gəlmədilər - ŞƏRHSİZ 12:31
Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir 12:20
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib 12:00
Ramil Usubov qiyamda həlak olan polisin oğluna vəzifə verdi + FOTOLAR 11:45
Tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi açıqlanıb 11:25
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı - TƏFƏRRÜAT 11:01
Murad Rəhimov sədr təyin olundu 10:31
Artur Rasizadə onları işdən çıxardı 10:00
"Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar" - ŞƏRH 09:25
İstanbulda Qüdslə bağlı xarici işlər nazirlərinin toplantısı başlayıb 08:59
Rəşad Sadıqov baş məşqçi təyin edildi 07:54
Dəm qazından ölən ana ilə 2 uşağının - Fotosu + VİDEO 00:52
Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib 00:21
İsrailə qarşı üçüncü İntifadanın başlandığı bəyan edildi 00:00