success closed Loading...

Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti musiqi oğurluğu haqqında açıqlama yayıb

 

Müəllif Hüquqları Agentliyi (MHA) ermənilərin növbəti əqli mülkiyyət oğurluğu haqqında açıqlama yayıb.

Enter.News xəbər verir ki, MHA-dan verilən xəbərə görə, Rusiyanın “Telekafe” kanalında yayımlanan “Путешествие за вкусом” verilişinin 2017-ci ilin 8 yanvar tarixində efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb:

"“Sən gəlməz oldun” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə. Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan “Sən gəlməz oldun” mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır. Bütün arxiv sənədlərindən də göründüyü kimi "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır".

Agentlik bəyan edib ki, Ələkbər Tağıyevin varisi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C.Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib: "Ümumiyyətlə, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi, “Byanka” adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi, “Soqdiana” adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirib, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən - sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılıb, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş,tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib".


XƏBƏR LENTİ
FTB-nin Türkiyə üzrə nümayəndəsi polisə çağırıldı 00:06
13.12.2017
FED uçot dərəcəsini artırıb 23:08
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər” 22:47
Biləsuvarda güclü yanğın - Evində yanaraq öldü 22:17
İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır” 21:39
Türkiyədə azərbaycanlı qətlə yetirildi 21:15
“Trampın qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar" - Ərdoğan 20:47
Nazirlər Kabinetində ştat sayı artırılıb 20:24
İstanbul toplantısında sürpriz qonaq + FOTOLAR 20:00
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb” 19:40
Bakıda məhbusun ölməsinin səbəbi məlum olub + YENİLƏNİB 18:38
İstanbulda Qüdslə bağlı TARİXİ QƏRAR 17:50
Tanınmış aktyorla xanımını belə döydülər + VİDEO 16:20
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə + FOTOLAR + VİDEO 15:03
Bu dərmanın istifadəsi qadağan edildi - SƏBƏB + FOTOLAR 14:02
Fədayə Laçın məhkəməyə gətirildi - Bu gün azad oluna bilər + YENİLƏNİB 13:00
Bu islam ölkələri Qüdsün müzakirə olunduğu İstanbul görüşünə gəlmədilər - ŞƏRHSİZ 12:31
Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir 12:20
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib 12:00
Ramil Usubov qiyamda həlak olan polisin oğluna vəzifə verdi + FOTOLAR 11:45
Tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi açıqlanıb 11:25
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı - TƏFƏRRÜAT 11:01
Murad Rəhimov sədr təyin olundu 10:31
Artur Rasizadə onları işdən çıxardı 10:00
"Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar" - ŞƏRH 09:25
İstanbulda Qüdslə bağlı xarici işlər nazirlərinin toplantısı başlayıb 08:59
Rəşad Sadıqov baş məşqçi təyin edildi 07:54
Dəm qazından ölən ana ilə 2 uşağının - Fotosu + VİDEO 00:52
Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib 00:21
İsrailə qarşı üçüncü İntifadanın başlandığı bəyan edildi 00:00