success closed Loading...

İstanbulda terror dərəcəsində təlaş: Reina qətliamının ''müəllifi''ni həbs etmək üçün metro stansiyaları qapadıldı


Türkiyənin “Reina” gecə klubunda qətliam törədən terrorçunun metronun Bağcılar stansiyasında olduğu xəbəri polisi hərəkətə gətirib.

Enter.News “DHA” agentliyinə istinadən xəbər verir ki, bölgəyə çox sayda polis əməkdaşı göndərilib. Hadisə ilə bağlı Kirazlı stansiyası bağlanıb. Metro səfərləri dayandırılıb. Stansiya ətrafında və içərisində axtarışlar davam etdirilir.

Qeyd edək ki, Abdulqadir Maşaripov adlı terrorçunun gecə klubunda törətdiyi teraktda 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb.