success closed Loading...

Şəki Xan sarayında xəsarət alanlardan biri öldü + VİDEO

Şəkidə baş verən bədbəxt hadisə nəticəsində xəsarət alanlardan biri vəfat edib.

Səhiyyə Nazirliyindən Enter.News-a verilən məlumata görə, Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, Xatirə Ağamalıyeva xəstəxanaya sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu ilə yerləşdirilmişdi.