success closed Loading...

Türkiyədə faciəli şəkildə dünyasını dəyişən azərbaycanlı tələbə ilə bağlı yeni detallar + FOTOLAR

icon datetime15.12.2019 13:55 icon comment icon visitor
shadow

Türkiyədə faciəli şəkildə dünyasını dəyişmiş tələbə Salyanda torpağa tapşırılıb.

Enter.News Türkcənin məlumatına görə, 5 gün əvvəl təhsil aldığı Türkiyə Respublikasının Çanaqqala şəhərindəki ali məktəbin yataqxanasının pilləkənlərində yıxılaraq aldığı ağır kəllə-beyin travması ilə ötən gün dünyasını dəyişən 21 yaşlı İsmayıl İlqar oğlu Əmrahov Azərbaycana gətirilib. Bu gün günorta saatlarında Salyan şəhər qəbristanlığında torpağa tapşırılıb.

***

Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib.

Enter.News Türkcənin məlumatına görə, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsinin atasının müşayəti ilə artıq Bakıya gətirilib.Bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.

news-detail

news-detail

news-detail