success closed Loading...

Türkiyədə ana və 2 yaşlı körpəsi 28 saat sonra zəlzələ dağıntıları altından sağ çıxarılıb + FOTOLAR

Türkiyədə baş verən zəlzələdən sonra dağıntıları altında qalan insanların xilas etdirilməsi işləri davam etdirilir.

Enter.News xəbər verir ki, Elazığın Mustafa Paşa məhəlləsində zəlzələ zamanı dağılan binada 2 yaş yarımlıq Yüsra Yıldız 24 saat sonra xilasedicilər tərəfindən xilas edilib. Məlumata görə, bundan 4 saat sonra azyaşlının dağıntılar arasında qalan anasının sağ olduğu məlum olub. Xilasedicilər azyaşlının anası Ayşə Yıldızı da dağıntılar altından çıxarıblar. Ana və övladı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanvarın 24-də Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 31 nəfər ölüb, 1466 nəfər yaralanıb.

Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir.

news-detail


news-detail

news-detail