success closed Loading...

Londonda terror aktı törədildi, yaralılar var + FOTOLAR

Londonun cənubunda naməlum şəxs bıçaqla ətrafdakılara hücum edib.

Enter.News-un məlumatına görə, bu barədə Skotlend Yard bildirib.

“Stretem rayonunda kişi silahlı polis zabitləri tərəfindən güllələnib. Hazırkı mərhələdə güman edirik ki, bir neçə nəfər bıçaq xəsarəti alıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir”, - deyə polisin məlumatında bildirilir.

Hüquq-mühafizə orqanları hesab edirlər ki, hadisə terrorçuluqla əlaqəli ola bilər. Yaralıların dəqiq sayı açıqlanmır. 

news-detail

news-detail

news-detail

news-detail

news-detail