success closed Loading...

İstanbulda təyyarə qəzası: 1 ölü, 157 yaralı + YENİLƏNİB

icon datetime06.02.2020 00:34 icon comment icon visitor
shadow

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub. 

Bu barədə Enter.News Türkcə Türkiyənin səhiyyə nаziri Fəxrəddin Qocaya istinadən xəbər verir. Nazir bildirib ki, hadisə zamanı daha 157 nəfər xəsarət alıb. 

Daha əvvəl isə İstanbul şəhərinin qubernatoru Ali Erlikaya xəbər verib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 139 nəfərə çatıb. O, qeyd edib ki, yaralılar xəstəxanalara yerləşdirilib. 


***

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb. 

O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər - 171 sərnişin və 6 heyət üzvü olub. Hadisə zamanı ölən olmayıb. 


***

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Enter.News Türkcə xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. 


 *** 

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Enter.News Türkcə xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb. 

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib. 

Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib. 

Türkiyə Nəqliyyat Nazirliyi təyyarədə 171 sərnişin və 6 ekipaj üzvünün olduğunu, heç bir tələfat qeydə alınmadığını açıqlayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

news-detail