success closed Loading...

İranın vitse-prezidenti koronavirusa yoluxdu

İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub.

Enter.News xəbər verir ki, onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb. 

M.Ebterkar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki millət vəkili də koronavirus daşıyıcısıdır.