success closed Loading...

Ramiz Mehdiyevin kürəkəni və qudasının həbs görüntüləri yayıldı - YENİLƏNİB

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.

Məhkəmədə DİN əməkdaşı ifadə verərək saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib. Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb və İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib.

Polislər bir nəfərə xəbərdarlıq edərək həmin ərazidən uzaqlaşıblar.

Rövşən Mustafayev ifadəsində deyib ki, nişan mərasimi ara məsafələr gözlənilməklə açıq havada keçirilib.

Məhkəmənin hökmü ilə Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

news-detail

news-detail

news-detail

news-detail

***

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.

Enter.News xəbər verir ki, məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Məlum hadisə bir daha göstərdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz,  vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaq. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir.

news-detail

news-detail

news-detail

news-detail