success closed Loading...

Fatih Portakal FOX TV-dən getdi

icon datetime24.08.2020 09:48 icon comment icon visitor
shadow

Məşhur aparıcı Fatih Portakal istefa verib.

Enter.News Türkcənin xəbərinə görə, Portakal Fox TV-nin xəbər koordinatoru Doğan Şentürkə istefa səbəbi olaraq yorulduğunu göstərib.

“Artıq yorulmuşam. Özümü təkrarlamağa başlamışam. Bundan sonra jurnalist kimi işləməyəcəm. Təqaüdə çıxmaq istəyirəm”,- deyə tanınmış aparıcı vurğulayıb.

Fox TV bu həftə ərzində rəsmi açıqlama ilə Fatih Portakalın istefasını ictimaiyyətə açıqlayacaq. Portakalın da da əsas xəbər bülletenində bu barədə açıqlama verəcəyi və vida edəcəyi bildirilib.

Fox TV-nin bu qərardan sonra yeni bir aparıcı ilə razılaşma əldə etdiyi və həımin şəxsin adının həftənin ortalarına qədər açıqlanacağı qeyd olunub.