success closed Loading...

Qurumayan qan çanağı türk yurdu Krım necə rusların oldu? - TARİX


İlham Tumas

Başıbəlalı Krımın tarixində bizim Azərbaycanın tarixinə bənzər məqamlar çoxdur. Bu yurd yeri də qədimdən üzübəri bir çox tayfaların, xalqların yürüşünə, qələbəsinə, məğlubiyyətinə şahidlik eləməli olub. Ancaq Krımı eradan əvvəlki qaranlıq minilliklərdən götürüb bugünkü günümüzə gətirib çıxaran tarix buranın həmişə bir türk yurdu olduğunu təsdiq edir.

Tavrlar türklərdimi?..

Bəli, bir neçə gün əvvəl parlamentində müstəqilliyini elan eləyən, bir neçə gün sonrasa referendumla Rusiyaya birləşəcəyi barədə bəyanat verən Krımdan söz düşəndə ağızlardan çıxan “bura türk yurdudur” fikrini qətiyyən populist fikir olaraq qəbul etməyin. Əvvəlcədən xatırladaq ki, yaşı bilinməyən mağaraları, qədim insan məskənlərinin qalıqları, tarixi abidələri, həmçinin yumşaq iqlimiylə Krım bəşər mədəniyyətinin qədim yaşayış məskənlərindən biridir. Bölgənin ilk sakinlərinin kimlər olduqları da bəllidir. Tarixdə tavrlar kimi qalmış bu xalq haqqında yazan Herodotun, Tasitin, Strabonun, Ammianın əsərlərindən məlum olur ki, onlar yalnız Krımda yaşayaraq bu coğrafi ərazidən kənara çıxmayıblar. Sonradan bu ərazilərə kimmerlərin, skiflərin güclü axını nəticəsində Krım bu xalqların idarəsi altına düşür. Bu yerdə “tavrların mənşəyi bəlli deyil” iddiasına qayıdaraq bir sıra müəlliflərin əslində, Krımın doğma sakinlərini kimmerlərin bir qolu kimi qəbul etdiklərini, həmçinin skiflər və kimmerlərə qarışaraq assimlyasiya olduqlarını nəzərə alsaq, o zaman tavrların türkdilli xalq olduğunu düşünmək daha məntiqlidir. Krımın onlarla tarixi abidələrindən biri olan qədim Üçbaş tavr yaşayış məntəqəsi də buna sübutdur.

Türk yurdu Qırım…

Eradan əvvəl VIII əsrdən başlayaraq bu yerlərdə hökmranlıq eləyən skiflərin yunanlarla əlaqələri başlayır. Yeni bərəkətli torpaqlar axtarışında olan yunanlar Krımda bir sıra şəhərlər salırlar, bölgənin iqtisadi, mədəni həyatında ciddi rol oynamağa başlayırlar. Eradan əvvəl V əsrdə yunanlar burada ilk koloniyalarını, ardından Roma İmperiyasına tabe Bosfor dövlətini qururlar. Krımın tarixi mənbələrdə Tavriya adlandırılması da məhz yunan tarixçilərinin hesabına baş verib. Sonrakı əsrlərdə Krım qotların, hunların, bulqarların və VII əsrdə xəzərlərin yürüşlərinə məruz qalır. Sonuncular 670-679-cu illərdə demək olar, bütün Krımı nəzarətə götürürlər, ancaq müəyyən fasilələrlə bölgədə Bizans təsiri də hiss olunur. Rusların Krıma mütəmadi hərbi yürüşləri 900-cu ilin əvvəllərindən başlayıb. Məhz bu dövrdən başlayaraq Xəzər xaqanlığı ilə ruslar arasında Krım üstündə bir-birinin ardınca müharibələr baş verir. Xəzərlərin ardından Krım peçeneqlerin, 11-ci əsrdən isə qıpçaqların nəzarətinə keçir. Bəli, həmin dövrdən başlayaraq ərəblərin qıpçaq adlandırdıqları bu türk tayfası Dəşti-Qıpçağın - Dneprdən Volqaya qədər olan torpaqların, Xorəzmin bir hissəsinin, demək olar bütün Krımı əhatə eləyən ərazinin sahibi olur. 1223-cü ilin yanvar ayında Krım monqollar tərəfindən fəth edilir...

Bu yerdə haşiyə olaraq qeyd eləyək ki, Krım nə qədər əldən-ələ keçsə də, burada nə qədər müxtəlif tayfalar, xalqlar ağalıq eləsələr də, yerlərdə indinin özündə belə türk izləri daha çox üstünlük təşkil edir. 1925-ci ildə Təbiətşünaslıq, Antropologiya və Etnoqrafiya Cəmiyyətinin Kuftinin müəllifliyi ilə Moskvada çap etdirdiyi “Krım tatarlarının yarımadada yerləşmələrinin tarixiylə bağlı” adlı kitabından da görünürür ki, bu torpaqlarda türk üslubunda qurulmuş yaşayış məskənləri, evləri, təsərrüfat sahələri üstünlük təşkil edir. Elə tədqiqatçıların böyük əksəriyyəti də “Krım” sözünün etimoloji mənasının türk sözü olan “qırım”dan götürüldüyü fikriylə razılaşırlar.

Vəziyyəti “rusca” olan Krım

news-detail

Qızıl Ordanın yerində 1441-ci ildə bölgədə mövcudluğunu uzun müddət davam etdirən Hacı Girayın xanlığı ilə Krım xanlığı qurulur. Sonrakı illərdə xanlıq Osmanlıyla müttəfiqlik quraraq Qızıl Orda torpaqlarını, Qazanı, Həştərxanı ələ keçirir. 1521-ci ildəsə Məmməd Giray Moskvanı mühasirəyə alır, rusları ağır məğlubiyyətə uğradaraq üzərlərinə xərac qoyur. Ümumiyyətlə, XVI-XVII əsrlərdə tatarlar qısa fasilələrlə ruslara 15 dəfəyə qədər yürüş təşkil etmişdilər. Krım Xanlığının bu kimi uğurları XVII əsrin sonlarına kimi davam edir. Həmin dövrdən başlayaraq Moskva knyazlığı gücləndiyindən, Osmanlı isə get-gedə zəiflədiyindən 1768-1774-cü illər arasında baş verən Osmanlı-Rus müharibəsində Krım ruslar tərəfindən işğal edilir. Krımın o dövrdə xanı olan, kefə və məclislərə xüsusi bağlılığı ucbatından “Dəli xan” adıyla çağırılan Krım Giray acı məğlubiyyətdən yaxa qurtara bilmir və 1774-cü ilin 15 iyulunda Bolqar kəndi Kiçik Qaynarcada bağlanın müqaviləylə Kerç boğazı Rusiyaya verilir, Krım Osmanlıdan asılı olmur.

Ancaq təbii ki, Osmanlı bu məğlubiyyətlə barışmır və Krım Osmanlının təhrikiylə yenidən üsyan qaldırır. Bu üsyan 1783-cü ildə Krım şahı Şahin Gireyin taxt-tacdan əl götürməsiylə nəticələnir. 1783-cü il aprel ayının 8-də II Yekaterinanın fərmanıyla Krım Rusiya ərazisi elan edilir və Krımın “rusca” dövrü başlayır...

Deyəsən, Krımın indisindən çox uzaqlaşdıq. Ancaq bu tarixi xatırlamaq mütləq lazımıydı. Məhz xatırlamalar nəticəsində məlum olur ki, rusların, əvvəlcə tacir, səyyah, sonrasa əsgər kimi buraya ayaq basdıqları dövrdən başlayaraq Krım həmişə onların diqqət mərkəzində olub, müxtəlif dövrlərdə bu torpaqlar üçün qanlı müharibələr aparıblar. Və ən maraqlısı bilirsiniz nədir? Ən maraqlısı odur ki, Rusiya Krımın birləşdirilməsindən sonra da ərazisində baş verən bütün müharibələrdə bu torpağa nə qədər ehtiyacı olduğunu hər dəfə nümayiş etdirməyə məcbur olub. Mənə elə gəlir, necə ki, 17-ci əsrə qədər ruslar Krım Xanlığının hücumlarından, Moskvanın yandırılmasına qədər baş verən talanlardan qorunmaq üçün bu torpaq uğrunda müharibələr aparmağa məcbur idilər, indi - 21-ci əsrdə də eyni taleni yaşamamaq üçün Krıma yenidən sahiblənmək, onu əldən verməmək uğrunda bütün dünyaya qarşı belə savaş açmağa hazırdırlar. 

news-detail

Çardan bolşeviklərə qədər

Krım tatarları istər Rusiya İmperiyasının, istər bolşevik Rusiyasının, istərsə də, Sovetlər Birliyinin dövründə həmişə təqiblərə, repressiyalara, sürgünlərə məruz qalıblar. Mövzuyla bağlı 1919-cu ildə - Birinci Cümhuriyyət dövründə Bakıda Azərbaycan Hökuməti Nəşriyyatının rus dilində dərc etdiyi Arslan Kriçinskinin müəllifliyi ilə “Ucqarlarda rus siyasəti barədə oçerklər” adlı kitabdan xeyli qiymətli materiallar əldə elədim. Kitabda Çar Hökumətinin 1788-ci ildən başlayaraq Krımda yaşayan tatar din xadimlərini imperiyanın ucqarlarına sürgün etməsi, onları mənəvi-psixoloji təzyiqlərə məruz qoyması, bütöv tatar kəndlərini köçürməsiylə bağlı raportlar da yer alıb. Tavriyanın rəhbəri, həqiqi dövlət müşaviri Vasiliy Koxovskinin, Baxçasaray Dövlət sarayının nəzarətçisi Ananiçin və digər rus məmurlarının yazdıqlarından, yaxud onlara yazılanlardan Krım tatarlarının zaman-zaman hansı əziyyətlərlə üz-üzə qaldıqlarını təsəvvür eləmək çətin deyil. Bu təqiblər, repressiyyalar, dediyimiz kimi, bolşeviklərin dövründə də davam eləmişdi. Adıçəkilən kitabda 1918-cu ildə Simferopolda İnqilabi Hakimiyyətin qərarı ilə həbs olunan Krım və Litva tatarlarının müftisi Çələbican Çələbiyevin həbsiylə bağlı materiala nəzər yetirmək kifayətdir ki, vəziyyətin nə qədər qəliz olduğunu anlayayasan. Məhz bu kimi repressiv tədbirlər nəticəsində Krımda türk əhalinin sayı ildən-ilə azaldı. Gəlin, statistikaya nəzər salaq...

Azalan faizlər

XVII əsrin birinci yarısı - 95.1 faiz tatarlar, 2.6 faiz yunanlar, 2.1 faiz ermənilər, 0.2 faiz karaimlər;

1760-70-ci illər - 92.6 faiz tatarlar, 4 faiz ermənilər, 3.1 faiz yunanlar;

1795-ci il - 87.6 faiz tatarlar, 4.3 faiz ruslar, 1.9 faiz yunanlar;

1816-cı il 85.5 faiz tatarlar, 4.8 faiz ruslar, 3.7 faiz ukrainlər;

1850-ci il - 77.8 faiz tatarlar, 7 faiz ukrainlər, 6.6 faiz ruslar;

1858-ci il 73 faiz tatarlar, 12.6 faiz ruslar, 4 faiz ukrainlər.

Nə isə, vaxtınızı çox almadan deyim ki, il-ili əvəzlədikcə, gördüyünüz kimi Krım tatarlarının sayı sürətlə azalır, rusların sayı isə artır. Nəhayət, 1897-ci ildə ruslar Krımda 35.6 faiz tatarların, 33.1 faiz rusların yaşamasına nail olurlar. 1917-ci ildəsə artıq rusların faizi düz 41.2-yə çatdığı halda, tatarların faizi 28.7 olur. 1939-cu ilə qədər bölgədə 19.4 faizdə qalan tatarlar bir neçə il sonra - 1944-cü ilin yazındalı köçürülmədən sonra ruslar bölgədə 75, ukrainlər 21 faiz təşkil edirlər. Və bu ildən başlayaraq düz 1979-cu ilə qədər Krımda tatarların sayı heç faizə belə düşmür. Həmin il Krım tatarları əhalinin vur-tut 0.7 faizini təşkil edirdi. Bu rəqəm 2001-ci ildə birtəhər 12.1 faizə gəlib çıxır... Ancaq görün hansı zülmlər və əziyyətlər, qanlar, mübarizələr, Krım tatarlarının ərdəmliklərindən doğan əyilməzlikləri bahasına...

Bu Vətən Krımdır!

news-detailnews-detail

Statistikadan da göründüyü kimi, ruslar bu torpaqlara nəzarəti ələ götürdükdən sonra Krım tatarlarının ata-baba yurdlarından deportasiyası başlayır. Nəhayət, 1944-cü ildə tarixdə bir xalqa qarşı əsl soyqırım aktı törədilir. Bu barədə Krım tatarlarının lideri, xalqı uğrunda dəfələrlə azadlığından keçərək mübarizələrə qoşulmuş böyük Mustafa Krımoğlunun öz dilindən eşidək. Mustafa bəy 2009-cu ildə əcnəbi KİV-lərdən birinə verdiyi müsahibədə demişdi: “Bizim xalq soyqırımın qurbanıdır. İkinci Dünya Müharibəsinin sonunda bizim millət Stalinin əmriylə Orta Asiyaya köçürüldülər. Heyvanlar üçün nəzərdə tutulmuş vaqonlarda köçürülərkən və Orta Asiyadakı yeni yerlərdə Krım tatarlarının yarısı acından, xəstəlikdən öldü. Mən uşaq olanda valideynlərimin axşamlar göz yaşları içində danışmaqlarından bildim ki, bizim Vətənimiz olub. Bu Vətən Krımdır!”

Mustafa Krımoğlunun barəsində danışdığı olaylar 1944-cü ilin yaz aylarında baş vermişdi. Faşist qoşunları Krım yarımadasından çıxarıldıqdan sonra Kreml Krım tatarlarını Almaniya tərəfindən SSRİ-yə mübarizə aparmaqda, casusluqda ittiham eləyərək, onların yarımadadan Orta Asiyaya sürgün olunmasına qərar verir. Beləliklə, 1944-cü ilin may ayının 18-dən tatarlar minilliklər boyu yaşadıqları dədə-baba torpaqlarından sürgün olunurlar. Bu qlobal deportasiya düz 194 min 155 nəfəri, yəni 47 min ailəni əhatə edirdi. Bundan sonra Krımdakı tatar, yunan və alman mənşəli toponimlər dəyişdirilərək ruslaşdırılır. Qürbətlərdə yaşamağa məcbur olan Krım tatarları isə min əzab-əziyyətlərə qatlaşmağa məcbur olurlar. Təbii ki, böyük qurbanlar verməklə… Elə təkcə 1944-46-cı illər arasında Özbəkistanda məskunlaşmış Krım tatarlarından 30 minə yaxını aclığın, xəstəliyin, ağır həyat şəraitinin qurbanı olmuşdu.

Krım tatarlarının ərdəmliyi

Krım tatarlarını bəşəriyyətin ən döyüşkən, mərd, əyilməz, yurduna bağlı xalqlarından biri adlandırmaq olar. Bəli, Sovet cəza aparatının qəddarlığına baxmayaraq, yurd-yuvalarından didərgin salınmış Krım tatarları ötən müddət ərzində dəfələrlə vətənlərinə qayıtmaq üçün mübarizələrə baş vurdular. Bu mübarizə köçürülmədən sonrakı illərdə bir an belə dayanmadı. Təsəvvür eləyin, yüzlərlə, minlərlə insan vətəninə qovuşmaq üçün böyük Sovetlər Birliyinin bir başından o biri başına gedir, orada isə ona yaşamağa imkan vermirlər… Belə insanlardan neçəsi həbsxanalara atıldı, özünə qəds elədi, Qızıl Meydanda etiraz aksiyası keçirdi… Nəhayət, böyük qurbanlardan, həbsxana, ruhi xəstəxana divarları arasında çürüdülən ömürlərin hesabına 1979-cu ildə Kreml bu xalqın yanlış yerə köçürülməsi barədə qərar qəbul eləməyə məcbur oldu. Ancaq bu qərar da Krım tatarlarının yurdlarına dönmələrinə imkan yaratmadı.

Mübarizə davam elədi və nəhayət, 1989-cu ildən başlayaraq yurda qayıdış başladı… İndi Krım tatarlarının Ukraynada baş vermiş hadisələrə hansı baxış bucağından baxdıqlarını xatırlamağa ehtiyac yoxdur… Bu adamlar dədə-baba torpaqlarının azadlığı və müstəqilliyi üçün canlarından belə keçərlər. Bu ərdəmliyin qarşısında dünyanın heç bir gücü dayana bilməz... 


XƏBƏR LENTİ
Bakıda keçmiş məhkum yenidən tutuldu 16:10
FETÖ-nün əsas adamlarından biri həbs olundu 15:48
Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA 15:35
Rusiyanın 33 ton pomidoru Azərbaycana qaytarmasının səbəbi - AÇIQLADI 15:20
Bakıdan Kiyevə YENİ REYS: Avtobusla 15:06
Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı... 14:40
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi + FOTO 14:30
Jurnalistləri daşıyan vertolyot qəzaya düşüb 14:00
Sənətçilərə verilən Prezident mükafatlarının sayı artırılır 13:29
Qarabağda daha iki erməni əsgər öldü 12:58
Zakir Həsənov tapşırıq verdi: Düşmən təxribatlarının qarşısı dərhal alınmalıdır! - MÜŞAVİRƏ 12:40
Sabahın PROQNOZU - XƏBƏRDARLIQ 12:23
Usubov xidmət rəislərinə konkret tapşırıqlar verdi 12:09
51 keçmiş polis əməkdaşı saxlanıldı 11:46
Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ 11:20
Monitorinqin nəticələri açıqlandı 11:00
Andraniki torpaqlarımızdan qovan Azərbaycan ordusu onu niyə axıra kimi təqib etmədi? - Fətəli Xan Xoyski parlamentin iclasında məsələyə aydınlıq gətirir 10:40
Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu 10:09
Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı + YENİLƏNİB 09:55
Azərbaycanın Milli Qəhrəmanları - Abdullayev Namiq, Abdullayev Rövşən və Abdullayev Şövqiyar + DOSYE 09:30
Baş nazirdən qərar - Dövlət Komitəsinin 3 xidməti ləğv olundu 09:20
Vergilər Nazirliyində yeni departament direktoru təyin edilib 09:00
İspaniya kralından Kataloniya açıqlaması 08:50
İki merə hücum olub, biri ölüb 08:38
Büdcə kəsiri açıqlandı - 666 milyrad dollar 08:24
Sürücü iki piyadanı vuraraq hadisə yerində qaçıb 08:14
Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib 08:00
Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb 00:31
Növbəti aylar üçün mənzil bazarında qiymətlərlə bağlı PROQNOZ 00:27
Leyla Şıxlinskayanın 30 min manatlıq üzüyünü satmaq adı ilə alan qadına şərti cəza verilib 00:00
20.10.2017
Pensiya və müavinətlər üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır 23:36
İnterpol Nizami Bayramovu axtarır + FOTO 23:21
Azərbaycanın Gürcüstandakı səfiri Çovdarova baş çəkib 23:09
Səməd Seyidov bədbəxt hadisə nəticəsində öldü 22:56
Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı - Federal Xidmət məlumat yaydı 22:47
Yeniyetmə məktəbdə atəş açıb, ölən və yaralananlar var 22:39
ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum oldu - Gürcü Qiqi 22:34
Dövlət qulluğu sahəsində 8 minədək boş yer var - Məleykə Abbaszadə 22:29
400 manata görə, borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu + VİDEO 22:21
Ankarada Dəniz Baykalın olduğu xəstəxana yaxınlığında atışma - 1 nəfər öldürüldü + VİDEO 22:10
İşsizlər üçün ayrılan müavinətləri mənimsəyən vəzifəli şəxslərin məhkəməsində azərbaycansayağı detallar 21:47
Hökumət borclanma siyasətini sərtləşdirir - Salam, Azərbaycan! 21:34
15 yaşlı yeniyetmə 28 yaşlı həmyerlisini ürəyindən bıçaqla qətlə yetirdi - AZƏRBAYCANDA 21:23
25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb 21:11
İlham Əliyev və Ərdoğanın unudulmaz İSTANBUL FOTOLARI 20:57
Ermənistan hərbçisi əsgər yoldaşını güllələyib 20:49
XI sinif şagirdləri yeni tipli buraxılış imtahanı verəcək - DETALLAR 20:41
Xaçmazda məktəbli itkin düşdü 20:07
Silahlı insident zamanı yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşulub 19:50
Ərdoğan APA-nın İstanbuldakı müxbirinə sual verdi: "Nədən qorxursunuz?" 19:30
Azərbaycan və Meksika arasında saziş imzalanıb 19:07
D-8 ölkələrinin birgə universiteti yaradılacaq - İRANDA 18:52
Ermənistanda hərbi hissədə partlayış baş verib - ölən və yaralananlar var 18:37
Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək 18:20
Məsut Özil yeni komandasının adını açıqladı 18:04
Bakıda sahibsiz itlər birkalanacaq 17:48
Oktyabrın 23-nə manatın məzənnəsi 17:34
MTRŞ 11 quruma yayım liseynziyası verdi 17:18
Mənzil gözləyən hərbi qulluqçulara ŞAD XƏBƏR 17:03
Azərbaycanın 6 ali məktəbi ən yaxşı universitetlər siyahısına daxil oldu 16:48
“Məscidləri dağıdan ölkə dost ola bilməz” - İlham Əliyev 16:37
“Qarabağ" hakim səhvinə görə UEFA-ya şikayət edəcək? - AÇIQLAMA 16:27
Patriarx Kirill Azərbaycan prezidentinə məktub göndərdi 16:06
Azərbaycanın makroiqtisadi sabitliyinə təsir edə biləcək risklər açıqlandı 15:49
Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL 15:36
Milli Məclisin bu gün keçirilən plenar iclasında 3 məsələ gündəlikdən çıxarılıb 15:22
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başa çatdı 15:04
İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış edib - FOTO + YENİLƏNİB 14:45
Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu 14:34
300-ə yaxın maddəyə dəyişiklik edilir 14:13
DİQQƏT: Bu yolda hərəkət məhdudlaşacaq 14:00
MTN-in adından dələduzluq edənlər yenidən hakim qarşısında 13:34
Konstitusiyaya dəyişiklik - 30 yaş limiti ləğv edildi 13:00
Nazirlik 2018-ci ilin dövlət və icmal büdcələri TƏQDİM ETDİ 12:46
Mirzə Ələkbər Sabirin hüzn və kədər yaradan məktubu - "...başladı şişməyə imdi üzü qarə ciyərim" 12:41
Tanınmış rus teleaparıcıdan “Qarabağ”a gözlənilməz dəstək 11:48
“Qarabağ”ın futbolçusu və Messi Çempionlar Liqasının rəmzi heyətində + FOTO 11:20
Şəmsəddin Hacıyev prokurorluğa çağırıldı 10:47
Bu məhkumlarla bağlı qaydalar təsdiqləndi 10:16
8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı 09:55
Ermənilər cəbhədə yenə pulemyotları işə saldı 09:30
Rusiya prezidenti Ukraynadakı böhranın yaranmasında Avropanı günahlandırıb 01:15
İsrail ordusu Suriya ərazisinə zərbə vurub 01:10
“Qarabağ probleminin həll yolu yoxdur” - Jirinovski 00:56
Türkiyədəki partlayışla bağlı 11 nəfər saxlanıldı 00:51
Brüsseldə növbəti erməni təxribatı - Qarşısı son anda alındı 00:40
Putin: “Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır” 00:31
“Hər an ölə bilərəm” - Xərçəngdən əziyyət çəkən aparıcı 00:22
Azərbaycanlı hakim erməni futbolçunu cəzalandırdı 00:12
Kiyev yenidən qarışdı - Prezident administrasiyası binasının qarşısında piket keçirilir + YENİLƏNİB 00:01