success closed Loading...

Azərbaycanın Milli Qəhrəmanları – Qorxmaz Eyvazov və Elşad Əhədov + DOSYE

Enter.News fəaliyyətə başladığı gündən tarixi əhəmiyyətli yazıları, məktubları və bu qəbildən olan digər materialları hazırlayaraq yayımlayıb. Hər həftənin sonlarında Azərbaycanın Milli Qəhrəmanları haqqında olan yazıları oxuculara təqdim edirik. Milli Qəhrəmanların keçdiyi döyüş yolundan bəhs edən bu layihə yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və qəhrəmanlarımızın tanıdılmasına xidmət edir. Növbəti material Azərbaycanın Milli Qəhrəmanları Eyvazov Qorxmaz Abış oğlu və Əhədov Elşad Saday oğlu barəsindədir.   

news-detail

EYVAZOV QORXMAZ ABIŞ oğlu

1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur.

1974-cü ildə burada birinci sinifə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək, Laçın rayonundakı 127 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Ukraynada hərbi xidmətdə olarkən 6 aylıq serjantlıq kursunu bitirmişdir. O, xidmət müddətində Fəxri fərmanlarla yanaşı, birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə də təltif edilmişdir.

Qorxmaz 1987-ci ildə əsgəri xidmətini başa vurub dogma yurda dönür.

O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur.

1992-ci il... Mart ayı... O, Laçın Rayon Polis Şöbəsində işə qəbul edilir.

Sıravi polis işçisi Q. Eyvazovun döyüş yolu öz doğma yurdundan Qazdərəsi, Suarası, Mazutlu kəndlərinə kimi uzanır. Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci il... Erməni quldurları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçirlər. Cəsur döyüşçü bu vuruşda qolundan güllə yarası alır. O, sağalan kimi, qısa müddətdən sonra yenidən döyüşə atılır, Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər.

10 fevral 1994-cü il... Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi... Qorxmazın son döyüşü... O, düşmənin xeyli canlı qüvvəsini məhv edir. Lakin bu döyüşdə özü də həlak olur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Laçın rayonunun Güləbird kənd xəstəxanası qəhrəmanın adını daşıyır

news-detail

ƏHƏDOV ELŞAD SADAY oğlu

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açmışdır. 1975-ci ildə burada birinci sinifə getmiş, 1982-ci ildə yeddinci sinifi bitirib, C.Naxçıvanski adına Hərbi litseyə daxil olmuşdur. Elşad litseyi müvəffəqiyyətlə bitirir. Sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbi...

1989-cu ildə baş leytenant rütbəsi alır və təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilir. Gənc zabit bir müddətdən sonra doğma Vətənə dönür. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. O, erməni işğalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gəlmişdi. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi. O, döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra bu yol Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilir. Son döyüşü 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda olur. Onun rotası hücuma keçir. Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur... 11 dekabr 1993-cü ildə o, gözlərini əbədi yumur.

Ailəli idi. İki uşağı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.


XƏBƏR LENTİ
Bakıda spirtli içkidən zəhərlənib öldü + FOTO 13:53
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ 13:36
Universitetlərdə 500-600 manat təqaüd alan TƏLƏBƏLƏR 13:23
"Rektor-çalışan qalmaqalı böyük partlayışa səbəb olacaq" 13:01
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer” zavodunun açılışında iştirak edib 11:37
Mikayıl Cabbarov: "İslahatlar zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi..." 11:31
Vəfa Quluzadə: “Mən rusca Rusiya vətəndaşlarından daha yaxşı danışıram” 11:00
Sergey Skripalın vəziyyəti pisləşib 10:18
Cəlilabadda evdən 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb 09:15
"Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edilib 08:11
Xərçəng riskini artıran ərzaq - Hər gün istifadə edirik 01:19
Orxan Gəncəbay “donuz qripi”nə yoluxub 01:17
ABŞ prezidentinin ailəsində parçalanma - XÜSUSİ PROKUROR TRAMPI KÜNCƏ SIXIB 00:54
124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı 00:11
17.02.2019
Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı - Onu 7 ilədək həbs gözləyir + VİDEO + YENİLƏNİB 23:41
İranda ətin qiyməti 24 dollara yüksəldi - Tehranın ən məşhur 180 restoranı bağlandı 23:38
Ərdoğan və Putin yenidən görüşəcək 23:12
Oliqarxları Londonda təkcə dəbdəbə yox, həm də həbsxana gözləyir - TƏHLİL 21:55
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi: "Mən məhz bu iki millətə aidəm" + FOTO 21:48
Ana Tərtər rayonundan, ata banqladeşli, 4 övlad isə amerikalı - HƏYAT HEKAYƏSİ 21:28
ABŞ-da 100 milyonluq layihələrlə çalışan həmyerlimiz + FOTOLAR 21:22
Rüstəm İbrahimbəyov Bakıya gəldi və tanınmışları restorana topladı - siyasətdən gedir! + FOTOLAR + YENİLƏNİB 21:17
"Qarabağ" "Qəbələ"-ni məğlub etdi və "Neftçi"-yə yaxınlaşdı 21:04
Çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə məşhur bloqer saxlanıldı 20:54
Türkiyədə azərbaycanlı qardaşların DRAMI 20:50
Zakir Həsənov Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub + FOTOLAR 19:33
"TOPAZ-da 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - "Dedilər ki, DTX-də Sevinc Mirzəyeva adlı işçi yoxdur" 18:41
Avropa Liqasının Bakıda keçiriləcək finalına 100 gün qalıb 17:58
Ramil Usubovdan YENİ TƏYİNAT 16:47
Rusiyadan Venesuelaya GÖZLƏNİLMƏZ ZƏRBƏ 15:45
Şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatdı 14:40
Türkiyədə sabahdan benzin və dizel yanacağının qiyməti qalxacaq: 27-30 "kuruş" 13:18
Elvin Seyidov adlı azərbaycanlı Donbasda əsir düşüb + VİDEO 12:30
Sabahın havası: Yağış, qar... 11:48
Mehriban Əliyevanın adından Gəncədə ehsan verilib + FOTOLAR 10:43
Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla + FOTOLAR + VİDEO 09:23
Şahzadə "Mançester Yunayted"i $4,9 milyarda almağa hazırdır: İngilislər isə Camal Kaşıkçı olayına görə etiraz edirlər 08:14
“Şollerin arxivi” bədii filmi bir gündə iki mükafat qazanıb 01:47
101 ildən sonra 101 müəmma - Hacı Zeynalabdin Tağıyev haqqında yeni film 01:43
27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 01:25
Fətullah Gülən həbs edilib - İDDİA - SON DƏQİQƏ 01:20
Ramzan Kadırov məşhur azərbaycanlı blogerlə şəklini paylaşıb 01:10
Müxalifət yeni mitinqin elanını verdi 00:00