success closed Loading...

Babəki ərəblərə satan Səhl ibn Sumbatın kimliyi barədə həqiqətlər

Bir sıra tarixi mövzular var ki, sovet rejimi onları öz ideologiyasına uyğunlaşdıraraq təhrif edib. Belə tarixi mövzulardan biri də Babək və Hürrəmilər hərəkatıdır. Rejim dağıldıqdan sonra ideologiyanın qurbanına çevrilən Babək və hərəkatı haqqında əsl həqiqətlər gün işığına çıxmağa başladı. Ancaq nə olsun, sovetin milli tariximizdə açdığı izləri doldurmaq hələ ki, mümkün deyil və bir çox ziyalılarımız da həmin o yad cığırla getməyə davam edirlər...

Enter.News tariximizlə bağlı həqiqətləri ictimaiyyətə çatdırmaqda davam edir. Beləliklə, tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının Səhl ibn Sumbatın kimliyi ilə bağlı olan yazısını təqdim edir.

I YAZI 

Sovet dövrü tarixşünaslığının Babək və hürrəmilər hərəkatı ilə bağlı tədqiqatlarında ən böyük səhv nəticələrdən biri Babəki hiylə ilə tələyə salıb xilafət ordusunun sərkərdəsi Afşinə təhvil vermiş Şəki qalasının sahibi Səhl ibn Sumbatın milli mənsubiyyəti ilə əlaqədardır. Sovet dönəmində bu adamın milliyyətcə erməni-hay olması barədə fikir yürüdülmüş, bununla bağlı tarix sahəsində əsassız versiya yayılmışdır. Əlbəttə ki, bu versiya göydən götürülməmiş, müxtəlif mənbələrin məlumatlarının araşdırılması nəticəsində ortaya qoyulmuşdur. Üstəlik, erməni-hay alimləri də bu barədə yalan məlumatlarla böyük çaşqınlığın yaranmasına səbəb olmuşdular. Lakin həmin məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi lazımınca yoxlanmamış, müəyyən müddət sovetlərin “xalqlar dostluğu” düşüncəsinə uyğun olaraq bu tarixi surətin üzərindən mümkün qədər keçilməyə cəhd gösətrilmiş, erməni-haylarla Azərbaycan türklərinin milli münasibətlərinin kəskinləşdiyi zamanlarda isə Səhl ibn Sumbatın milliyyətcə erməni-hay olması, Babəki satması ilə bağlı fikirlər söylənmişdir.

Millətlərarası münasibətlərin hansı mərhələ və hansı səviyyədə olmasından asılı olmyaraq, tarix elminin dəyişməz xətti olan “tarixi gerçəklikləri” söyləmək prinsipindən çıxış etmək, olanları bəzək-düzəksiz, necə varsa, eləcə göstərmək, düşünürəm ki, ən doğru yoldur. Azərbaycan tarixçisi bu gün erməni-hay tarixçilərinin dünyaya yalanlar təqdim etməsini gülüşlə qarşılayırsa, Azərbaycan tarixini, eləcə də bu tarixin səhifələrində yer almış çeşidli tarixi personajlar haqda gerçkləri obyektiv şəkildə yazmaq məcburiyyətindədir. Məhz bu baxış bucağından çıxış edərək Səhl ibn Sumbat deyilən adamın kimliyini yığcam şəkildə də olsa, təhlil etməyimizdə fayda vardır.

Əvvəlcədən bunu bildirək ki, sözügedən adamın ismi mənbələrin əksəriyyətində “Səhl ibn Smbat” (və ya Səhl ibn Sumbat) kimi qeyd olunurdu. Pers yazarı Xondəmir onun ata adını “Sunbad” kimi qeyd edir. Məhəmməd Üvfi özünün “Cəvami əl-hekayət və ləvami-ər-rəvayət” kitabında onun ata adını “Sunbat” şəklində yazır. İbn-Xəldunun “Kitab-əl-ibər” əsərində isə bu adamın adını Səhl ibn Sabat kimi görürük. Bu səbəbdən də biz həmin adamın ismini Səhl ibn Sumbat kimi yazmaq üçün daha çox əsas olduğunu düşünürük, hərçənd həmin adamın atasının adının bir mənbədə “Sunbad” kimi qeyd olunması versiyası mənə daha ağlabatan gəlir. Çünki Sunbad ismi həmin dövrdə yayılmış bir isim olmaqla yanaşı, Hürrəmilərlə eyni mövqedən çıxış etmiş olan Subadilərin rəhbərinin də adında rastımıza çıxır. Yadımıza salaq ki, Mühəmməd əş-Şəhristani İsfahanda hürrəmilər adlanan qüvvənin Reydə sünbadilər adlandığını yazır və onları eyniləşdirir. Təbəri də “Tərix əl-rüsul və-l-müluk” kitabında yazır ki, “Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi”. Bu baxımdan Səhlin atasının adının Sunbad ola bilməsi ehtimalı, zənnimcə, qüvvətlidir.

news-detail

Tarix yazarlarından Mütəhhər ibn-Tahir Müqəddəsi “Kitabül-əl-bəd və-t-tarix” əsərində, Məsudi isə “Müruc-əz-zəhəb” əsərində, həmçinin, İbn-Vazeh Yəqubi Səhl ibn Sumbatı erməni olaraq qeyd etmişlər. Fransız şərqşünas alimi Clement Huart da bu tarix yazarlarının qeydlərinə əsaslanaraq “Encyclopedie de L-İslam”da Səhl ibn Sumbatın erməni olduğunu yazsa da, digər əsəri olan “Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar” kitabında onun haqqında aşağıdakı ziddiyyətli məlumatı verir: “O nahiyələrdə bir qala vardı. Rum əhalisindən Səhl ibn Sunbat adlı bir şəxs oranın hökumət işlərini idarə edirdi”. Yeri gəlmişkən, Babəkin guya Bizansa sığınmaq istəməsi kimi fərziyyələr məhz onun evinə qonaq düşdüyü Səhl ibn Sumbatın Rum təbəəsi kimi zənn edilməsi sayəsində ortaya çıxıb, bunu təxmin edə bilərik. Hərçənd ki, Xondəmir XV-XVI əsrlərdə yaşayıb, bununla belə, o, Səhl Sumbatın “Rum əhalisindən” olması fikrini, görünür, xilafət sarayının hansısa tarix yazarının qeydlərindən  götürüb. Bildiyimiz kimi, Babək edam edilərkən Mötəsim bu edama çoxsaylı müsəlman əhalinin gözündə haqq qazandırmaq üçün məqsədyönlü şəkildə Babəkin guya Bizansla əlbir olması fikrini yaydırırdı. Babəkdən sonra tutularaq edam edilmiş və cəsədi Babəkin başsız cəsədi ilə yanaşı asılmış Təbəristanlı Məzyara da “Bizansın adamı” yarlığı vurulmuşdur.

Səhl ibn Sumbatın milli-etnik kimliyi ilə bağlı ən maraqlı və bizim də həqiqətəuyğun hesab etdiyimiz məlumatlardan birinə Moisey Kalankaytuklunun “Alban tarixi”ndə rast gəlmək olur. Belə ki, sözügedən tarixi mənbə müəllifi həmin adamı “Çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat” adlandırır. Bir yerdə də onu vəsf edərək “Arranşah” kimi təqdim edir. Akademik Z.Bünyadov isə apardığı araşdrıma nəticəsində “Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu” bildirir. Daha bir yerdə də onu “alban knyazı Səhl ibn Sumbat” adlandırır. Tədqiqatçı-alimimiz N.Vəlixanlı Səhl ibn Sumbatın alban (alpan) nəslindən olması haqda akademikin söylədiyi fikri həqiqətəuyğun hesab edərək dəstəkləyir, sadəcə Səhlin nəslinin adını “Zermirh” şəklində qeyd edir. Digər tarixçi-alim S.Əliyarlı da eyni mənbəyə istinad edərək “Səhl ibn Sunbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olmasını” söyləyir. Biz də həqiqətə yaxın olması səbəbindən bu versiyanı dəstəkləyirik. Z.Bünyadov Zermirh deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir.

Səhl ibn Sumbatın erməni olmamasını təxmin etməyə əsas verən daha bir fikri Səid Nəfisi söyləyir: “Baxmayaraq ki, Sumbat Babəki tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü.” Bu fikirdən bilmək olur ki, ermənilər heç də, bir sıra erməni-hay mənbələrinin iddia etdiyi kimi, Sumbatı dəstəkləmirdi, əksinə xilafət ordusunun komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub öldürtsün. Hər halda, erməni-haylar milli maraqlarını öz şəxsi ədavət duyğularına qurban edəcək düşüncədə olmayıblar ki, başqa bir dinin onlar üzərində hökmranlıq etdiyi çətin vaxtlarda bir-birinin ayağından çəksinlər, bunu etiraf etməliyik.

Səhl ibn Sumbatın dini əqidəsi ilə bağlı isə əksər mənbələrdə onun xristian dininə sitayiş etdiyi barədə fikir yürüdülüb. Məhəmməd Üvfi Babəkin Bəzz qalasını tərk edib yuxarı Azərbaycana keçdiyi zaman baş verənləri təsvir edərkən belə bir cümlə işlədir: “Səhl ibn Sumbat adlı bir xristian onu görüb tanıdı”. Eyni hadisələri qeyd edən digər bir sıra mənbə müəllifləri isə Babəki aldadan Səhli “petrik” kimi qeyd edirlər. (Patrik – xristian dinində ortodoks kilsəsi, Süryani kilsəsi və şərq ölkələrinin kilsələrinin rəhbərliyindəki ən yüksək rütbəli yepiskoplara verilən ad. “Patriarchis” sözündən götürülmüşdür. Patrikin Roma katolik kilsəsinin rəhbəri olan papadan fərqi ondadır ki, patrikin səlahiyyətləri yalnız özünə aid olan bölgə ilə məhdudlaşır və digər ərazilər və müstəqil kilsələr üzərində yetkisi yoxdur – C.B.)

news-detail

Məsələn, İbn-İmdad Hənbəli “Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb” əsərində yazır: “O, (Babək nəzərdə tutulur – C.B.) həmin bataqlıqdan çıxaraq bir yolla dağa tərəf getdi. Dağlara çatdıqda petrik Səhlin evinə düşdü. O isə onu tutub  saxladı və Əfşinə xəbər göndərdi”. Şəmsəddin Əbu Abdullah Zəhəb “Düvəl-əl-İslam”da yazır: “Sonra o, bir dağdan aşaraq başqa bir dağa getdi. Bir petrikin evinə düşdü. Petrik onu tutub ardınca gələn adamlara təhvil verdi”. Pers tarix yazarı Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində həmçinin, Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafei “Mirat-əl-cünan və ibrət-əl-yəqzan” əsərində Səhli “petrik” adlandırmışlar. Səid Nəfisi Səhl ibn Sumbatın patrik kimi qeyd edilməsini araşdıraraq bu nəticəyə gəlib ki, Səhl Babəki tutduqdan sonra Mötəsimin xeyir-duası ilə petrik olub. Bu haqda fikir yürütmək və Səhlin hürrəmilər hərəkatı zamanında xristian olmaması ehtimalını araşdırmaq bir qədər çətindir, çünki Səhlin xristian olması barədə məlumatlar çoxluq təşkil edir. Onun milli-etnik kimliyi barədə gəlinən son elmi nəticələr bunu söyləməyə əsas verir ki, Səhl ibn Sumbat xristianlıq dinində qalmağı münasib bilən Qarabağ alpanlarından olub. Əks təqdirdə Babək kimi ayıq-sayıq bir insan heç zaman bu adama etibar etməzdi.

Səhl ibn Sumbatın Babək onun evində yemək yeyərkən dəmirçi çağıraraq onun əl-ayağına buxov vurdurması barədə Xondəmir, Mirxond və başqa pers tarix yazarlarının qeydləri tam yalandır. Babək Səhl tərfindən aldadılaraq ova çıxmaq adı ilə bir meşəyə gətirilmiş, burada onları Afşinin göndərdiyi bir neçə silahlı adam dövrəyə almış, Səhl Babəkdən uzaqlaşaraq qaçmış, Babək isə əsir alınaraq Afşinin qərargahına gətirilmişdir. Doğru olan budur.

Və Səhl ibn Sumbatın elə əvvəldən guya xəyanətkar, qorxaq, var-dövlət hərisi olması ilə bağlı yayılan iddialar da tamamilə əsassızdır, çünki mənbələrdə Səhlin hələ 821-822-ci ildə Arrana (Ərməniyyəyə, yaxud Quzey Azərbaycana) hücum etmiş ərəb qoşunlarını ağır məğlubiyyətə uğratması barədə məlumatlar vardır. Alpan tarixçisi Moisey Kalankaytuklu “Alban tarixi” əsərində yazır ki, “erməni təqvimi ilə 270-ci ilin sonunda ərəblərin seçmə döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Min nəfərə qədər əsir alıb Böyük Arran Şikarkar məntəqəsində möhkəmləndilər. O vaxt cəsur və əzəmətli Arranşah knyaz Səhl ibn Sumbat igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar, əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər.”

Erməni təqvimi ilə 270-ci il miladi təqvimlə 821-ci il mayın 5-də başlayıb 822-ci il mayın 4-də bitirdi. Bu da Mehranilərin son nümayəndəsi olan II Varaz Trdatın (II Varaz Trdat – Alpan elini idarə etmiş Mehranilər sülaləsinin taxt-taca iddialı son nümayəndəsi, I Stepannosun oğlu, I Varaz Trdatın ölümündən (705-ci il) sonra Böyük Alban Knyazlığı Əməvi xəlifəsi tərəfindən ləğv edilmiş, onun əraziləri xilafətin “Ərməniyyə” adını verdiyi vilayətə çevrilmişdi, lakin sülalənin davamçıları həmin vilayətin yerli hakimləri olaraq qalırdılar. II Varaz Trdat da miladi 822-ci ildə yerli knyazlardan biri tərəfindən (adı naməlumdur) öldürüldü və bununla da Mehranilər sülaləsinin varlığına son qoyuldu) öldürüldüyü vaxta təsadüf edir. Səhl ibn Sunbatın xilafət ordusuna qarşı vuruşub onları məğlub etməsi barədə Təbəri də öz əsərində yazır. Z.Bünyadov bu hadisəni xatırladaraq daha sonra qeyd edir ki, “Gördüyümüz kimi, Səhl hələ özü müttəfiqi Babək məğlub edilməzdən əvvəl qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki, Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə “xəlifə bilə-bilə etinasız buraxmışdı””. 


XƏBƏR LENTİ
Kanadadan son 50 ildə bir ilk 16:17
Bakıda keçmiş məhkum yenidən tutuldu 16:10
FETÖ-nün əsas adamlarından biri həbs olundu 15:48
Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA 15:35
Rusiyanın 33 ton pomidoru Azərbaycana qaytarmasının səbəbi - AÇIQLADI 15:20
Bakıdan Kiyevə YENİ REYS: Avtobusla 15:06
Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı... 14:40
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi + FOTO 14:30
Jurnalistləri daşıyan vertolyot qəzaya düşüb 14:00
Sənətçilərə verilən Prezident mükafatlarının sayı artırılır 13:29
Qarabağda daha iki erməni əsgər öldü 12:58
Zakir Həsənov tapşırıq verdi: Düşmən təxribatlarının qarşısı dərhal alınmalıdır! - MÜŞAVİRƏ 12:40
Sabahın PROQNOZU - XƏBƏRDARLIQ 12:23
Usubov xidmət rəislərinə konkret tapşırıqlar verdi 12:09
51 keçmiş polis əməkdaşı saxlanıldı 11:46
Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ 11:20
Monitorinqin nəticələri açıqlandı 11:00
Andraniki torpaqlarımızdan qovan Azərbaycan ordusu onu niyə axıra kimi təqib etmədi? - Fətəli Xan Xoyski parlamentin iclasında məsələyə aydınlıq gətirir 10:40
Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu 10:09
Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı + YENİLƏNİB 09:55
Azərbaycanın Milli Qəhrəmanları - Abdullayev Namiq, Abdullayev Rövşən və Abdullayev Şövqiyar + DOSYE 09:30
Baş nazirdən qərar - Dövlət Komitəsinin 3 xidməti ləğv olundu 09:20
Vergilər Nazirliyində yeni departament direktoru təyin edilib 09:00
İspaniya kralından Kataloniya açıqlaması 08:50
İki merə hücum olub, biri ölüb 08:38
Büdcə kəsiri açıqlandı - 666 milyrad dollar 08:24
Sürücü iki piyadanı vuraraq hadisə yerində qaçıb 08:14
Bu dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib 08:00
Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb 00:31
Növbəti aylar üçün mənzil bazarında qiymətlərlə bağlı PROQNOZ 00:27
Leyla Şıxlinskayanın 30 min manatlıq üzüyünü satmaq adı ilə alan qadına şərti cəza verilib 00:00
20.10.2017
Pensiya və müavinətlər üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır 23:36
İnterpol Nizami Bayramovu axtarır + FOTO 23:21
Azərbaycanın Gürcüstandakı səfiri Çovdarova baş çəkib 23:09
Səməd Seyidov bədbəxt hadisə nəticəsində öldü 22:56
Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı - Federal Xidmət məlumat yaydı 22:47
Yeniyetmə məktəbdə atəş açıb, ölən və yaralananlar var 22:39
ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum oldu - Gürcü Qiqi 22:34
Dövlət qulluğu sahəsində 8 minədək boş yer var - Məleykə Abbaszadə 22:29
400 manata görə, borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu + VİDEO 22:21
Ankarada Dəniz Baykalın olduğu xəstəxana yaxınlığında atışma - 1 nəfər öldürüldü + VİDEO 22:10
İşsizlər üçün ayrılan müavinətləri mənimsəyən vəzifəli şəxslərin məhkəməsində azərbaycansayağı detallar 21:47
Hökumət borclanma siyasətini sərtləşdirir - Salam, Azərbaycan! 21:34
15 yaşlı yeniyetmə 28 yaşlı həmyerlisini ürəyindən bıçaqla qətlə yetirdi - AZƏRBAYCANDA 21:23
25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb 21:11
İlham Əliyev və Ərdoğanın unudulmaz İSTANBUL FOTOLARI 20:57
Ermənistan hərbçisi əsgər yoldaşını güllələyib 20:49
XI sinif şagirdləri yeni tipli buraxılış imtahanı verəcək - DETALLAR 20:41
Xaçmazda məktəbli itkin düşdü 20:07
Silahlı insident zamanı yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşulub 19:50
Ərdoğan APA-nın İstanbuldakı müxbirinə sual verdi: "Nədən qorxursunuz?" 19:30
Azərbaycan və Meksika arasında saziş imzalanıb 19:07
D-8 ölkələrinin birgə universiteti yaradılacaq - İRANDA 18:52
Ermənistanda hərbi hissədə partlayış baş verib - ölən və yaralananlar var 18:37
Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək 18:20
Məsut Özil yeni komandasının adını açıqladı 18:04
Bakıda sahibsiz itlər birkalanacaq 17:48
Oktyabrın 23-nə manatın məzənnəsi 17:34
MTRŞ 11 quruma yayım liseynziyası verdi 17:18
Mənzil gözləyən hərbi qulluqçulara ŞAD XƏBƏR 17:03
Azərbaycanın 6 ali məktəbi ən yaxşı universitetlər siyahısına daxil oldu 16:48
“Məscidləri dağıdan ölkə dost ola bilməz” - İlham Əliyev 16:37
“Qarabağ" hakim səhvinə görə UEFA-ya şikayət edəcək? - AÇIQLAMA 16:27
Patriarx Kirill Azərbaycan prezidentinə məktub göndərdi 16:06
Azərbaycanın makroiqtisadi sabitliyinə təsir edə biləcək risklər açıqlandı 15:49
Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL 15:36
Milli Məclisin bu gün keçirilən plenar iclasında 3 məsələ gündəlikdən çıxarılıb 15:22
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başa çatdı 15:04
İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış edib - FOTO + YENİLƏNİB 14:45
Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu 14:34
300-ə yaxın maddəyə dəyişiklik edilir 14:13
DİQQƏT: Bu yolda hərəkət məhdudlaşacaq 14:00
MTN-in adından dələduzluq edənlər yenidən hakim qarşısında 13:34
Konstitusiyaya dəyişiklik - 30 yaş limiti ləğv edildi 13:00
Nazirlik 2018-ci ilin dövlət və icmal büdcələri TƏQDİM ETDİ 12:46
Mirzə Ələkbər Sabirin hüzn və kədər yaradan məktubu - "...başladı şişməyə imdi üzü qarə ciyərim" 12:41
Tanınmış rus teleaparıcıdan “Qarabağ”a gözlənilməz dəstək 11:48
“Qarabağ”ın futbolçusu və Messi Çempionlar Liqasının rəmzi heyətində + FOTO 11:20
Şəmsəddin Hacıyev prokurorluğa çağırıldı 10:47
Bu məhkumlarla bağlı qaydalar təsdiqləndi 10:16
8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı 09:55
Ermənilər cəbhədə yenə pulemyotları işə saldı 09:30
Rusiya prezidenti Ukraynadakı böhranın yaranmasında Avropanı günahlandırıb 01:15
İsrail ordusu Suriya ərazisinə zərbə vurub 01:10
“Qarabağ probleminin həll yolu yoxdur” - Jirinovski 00:56
Türkiyədəki partlayışla bağlı 11 nəfər saxlanıldı 00:51
Brüsseldə növbəti erməni təxribatı - Qarşısı son anda alındı 00:40
Putin: “Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır” 00:31
“Hər an ölə bilərəm” - Xərçəngdən əziyyət çəkən aparıcı 00:22
Azərbaycanlı hakim erməni futbolçunu cəzalandırdı 00:12
Kiyev yenidən qarışdı - Prezident administrasiyası binasının qarşısında piket keçirilir + YENİLƏNİB 00:01