success closed Loading...

Azərbaycanın peşəkar aktyorlarından olan - ATAMOĞLAN RZAYEV

Civə kimi qaynar təbiətli rolları daha şövqlə oynayıb. Aktyorluq qabiliyyətinin imkanları baxımından romantik teatr məktəbinin estetik poetika xüsusiyyətlərinə daha yaxın idi.

Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib.

1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. 21 iyul 1949-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltiflənib. Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim (“Qaçaq Nəbi”, Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif (“Od gəlini”, “Dönüş” və “Almaz”, Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim (“Pəri cadu”, “Köhnə dudman” və “Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Həsənov (“Kimdir müqəssir?”, Hüseyn Muxtarov), Baner (“Arzu”, İmran Qasımov), Ədhəm (“Bahar”, Məmmədhüseyn Təhmasib), Sadıq (“Xoşbəxtlər”, Sabit Rəhman), Rəis (“Şöhrət və ya unudulan adam”, Nazim Hıkmət), Rikardo (“Rəqs müəllimi”, Lope de Veqa), Xanmurad (“Bahar suları”, İlyas Əfəndiyev), Montano, Kleomen (“Otello” və “Qış nağılı”, Vilyam Şekspir), Fəxrəddin (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), İlya (“Cehizsiz qız”, Aleksandr Ostrovski), İlqar (“Əcəb işə düşdük”, Şıxəli Qurbanov), Çərkəz (“Dağlar qızı” Adil Babayev), Fyodorov (“Qaliblər”, Boris Çirskov) obrazlarıdır. Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.

P.S. Yazılar teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatr tarixi” əsərindən götürülüb.


XƏBƏR LENTİ
17.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı 23:23
“İsrail şirin quyruğu ilə oynamamalıdır” – İranlı generaldan xəbərdarlıq 22:37
Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi 22:23
““İrşad Telekom”un rəhbərini öldürüblər” iddiasını doğruldan DOSYE 22:18
İran İraqla vizanı ləğv edə bilər 22:07
Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib 21:25
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq" 21:12
PA-nın şöbə müdiri Fərəh Əliyeva: "Dissertasiyaların müdafiəsi prosesi sadələşdiriləcək" 20:42
Prezident İlham Əliyevdən Cəlil Məmmədquluzadə ilə bağlı SƏRƏNCAM 19:39
Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanların 2-si tutuldu, digərləri axtarılır 18:20
Prezident İlham Əliyev 3 milyon AZN ayırdı - SƏRƏNCAM 17:19
Prezident İlham Əliyev bu dövlət qurumlarını ləğv etdi - SİYAHI 16:15
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib - RƏSMİ 15:41
Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib 15:27
Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb + FOTOLAR 14:57
Baş Qərargah rəisi: İran Azərbaycanı dost və qardaş ölkə hesab edir 14:52
Türkiyənin məşhur müğənnisi Türk Təhsil Vəqfinə 250 min lirə bağışlayıb 14:48
Rayon təhsil şöbələri ləğv edilib? 14:13
Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamı ifadə verib 13:07
Bakıda sulu qar yağır, küləyin maksimal sürəti 28- 36 m/s təşkil edir - YENİLƏNİB 13:05
“Green Card” qazananların NƏZƏRİNƏ: Pentaqon sizi yoxlamadan keçirəcək 12:30
Vilayət Quliyev Macarıstanda təhsil alan azərbaycanlıların sayını AÇIQLADI 12:25
Ramil Usubov daha bir rəisin yerini dəyişdi 12:17
"İŞİD məhv edilsə də, ABŞ Suriyadan çıxmayacaq" - Vitse-prezident 12:15
Ələtdə yükqaldırma əməliyyatları dayandırıldı 12:11
2018-ci ildə Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb 11:36
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib 11:33
Cəzaları müəyyən edən yeni qanun qüvvəyə minib 11:15
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Türkiyə vətəndaşlarının sayı məlum olub - SİYAHI 11:00
Avropada məşhur saytın rəhbəri həbs edildi - Onu 10 il həbs gözləyir 10:27
"Barselona" Türkiyə şirkətini məhkəməyə verib 09:25
ABŞ-da qətlə yetirilən azərbaycanlı iş adamı ilə bağlı RƏSMİ AÇIQLAMA 08:22
"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub + VİDEO 00:28
Tbilisidə partlayış: Ölənlər var - Ölkədə matəm elan olundu 00:25
Tereza Mey hökuməti etimadsızlıq rəyi səsverməsindən qalib çıxıb 00:11