success closed Loading...

Ailəsi ilə almanlara əsir düşən Hacı Zeynalabdin Tağıyev üçün hansı dövlətin səfiri II Vilhelmə müraciət etdi?

Balkanlarda balaca Sarayevo şəhərindəki Latın körpüsündə atılan iki güllə dünyanı neçə il sürən qanlı, alovlu, qovğalı faciələr və təxribat dolu müharibəyə sürükləmişdi.

1914-cü ilin ortalarında Avstriya-Macarıstan imperiyasının orduları, qırx il əvvəl işğal etdikləri Serbiyada hərbi manevr keçirməyə başlayırlar. Əməliyyata baxmaq üçün taxt-tac vəliəhdi Frans Ferdenand arvadı Sofi fon Qoqenberqlə Sarayevo şəhərinə gəlmişdi.

Bu şəhər gözəl iqlimi, saf, təmiz ab-havası, şairanə mənzərəsilə bütün Avropada məşhurdu. İlk adı Verxnobosna olan şəhəri osmanlılar 1389-cu ildə saray ovası adlandırmışdılar. Məhəllələr mərkəzdəki “Baş çarşı” ətrafında yerləşir. “Baş çarşı”dan başqa, burda bir neçə qapalı və açıq çarşı və çoxlu sənətkar emalatxanası, tacir və sərraf dükanları vardı.

Osmanlı Sarayevoda bir neçə möhtəşəm saray və təmtəraqlı məscid ucaltmışdılar. Yüz illəri arxada qoymuş bu sənət əsərlərinin nəhəng firuzəyi qübbələri, göylərə baş qaldırmış eyvanlı minarələri uzaqlardan diqqəti cəlb edir və şəhərə şairanə görkəm verir. Bu saray və camelər üç yüz əllidən çox möhtəşəm saray, mədrəsə, çarşı, məbəd layihələşdirib tikdirmiş dahi memar Hoca Senanın əsərləridir. Senan 1535-ci ildə “Xosrovbəy” məscidini, 1561-ci ildə “Əlipaşa” məscidini, 1566-cı ildə “saray” məscidini layihələşdirib tikdirmişdi.

Osmanlı  1877-78-ci illərdə iki - Şərq və Qərb cəbhələrində apardıqları müharibədə məğlub oldu və 420 illik hakimiyyətdən sonra onların əlində olan bu torpaqlar Avstriya-Macarıstan imperatorluğu tərəfindən işğal edildi.

Serb xalqı ilk gündən yeni işğalçılara qarşı da əzmlə mübarizəyə qalxmışdı. Azadlıq hərəkatına tələbələrin yaratdığı “Gənc bosna” təşkilatı da qoşulmuşdu. Onun rəhbəri tələbə Qavrilo Prins adında gimnaziya şagirdi idi.

1914-cü ildə, iyun ayının 28-də səhər, Frans Ferdenand arvadı Sofi fon Qoqenberqlə Sarayevodakı Latın körpüsündə, saat on tamamda Qavrilo Prinsin tapançasından açılan iki güllədən öldülər.

Çoxlu tələbə həbsə alınır və məhkəmə qurulur. Qavrilo Prinsin müavini Danilo İliç silahdaşları ilə ölümə məhkum edilir. Qavrilo Prins həddibüluğa çatmadığından məhkəmə ona 20 il kürək cəzası kəsir, həbsxanada vərəmdən vəfat edir.

Əhali güllə atılan gündən Latın körpüsünə Qavrilo Prins körpüsü adını qoyur.

Bir anda açılan iki güllə bütün dünyada, gözlənilməyən gurultulu, qovğalı əks-səda yaratdı. Dövlətlər bloklara ayrıldı: Rusiya - Fransa - İngiltərə düvəli müəzzəmə (böyük dövlətlər) təşkil etdilər; Almaniya – Avstriya –Macarıstan - İtaliya düvəli müsəlləsə (üç bucaq) yaratdılar. 1915-ci ildə Türkiyə də bu bloka qoşuldu.

Qoşa güllə açılandan 35 gün sonra, avqustun ilk günündən alman militarizminin təərüz, zorakılıq maşını hərəkətə gəldi. Günahsız insanların qanları sel kimi axmağa, şəhərlər, dinc kəndlər viranəyə dönməyə başladı.

Avqustun axırında dünyanı öz müstəmləkəsilə döndərmək istəyən imperialistlər başda olmaqla otuza qədər dövlət gündən-günə şiddətlənən müharibənin məhvərində fırlanırdı.

Müharibə elan edilən gün Almaniyada olan bütün rus təbəələrini əsir tutub xüsusi düşərgələrə salırlar.

Manaf Süleymanov yazır ki, Hacı Zeynalabdin Tağıyev öz ailəsilə Almaniyada istirahət edirdi. Tağıyevin qızı əhvalatı belə nəql edirdi: Atam, anam, bacılarım - Leyla və Sürəyya, qardaşlarım - Məmməd və İlyas, anamın ən yaxın qulluqçusu Raisa, bir də atamın köhnə tanışlarından qoca 90 yaşlı Məstanbala Almaniyaya getdik. Məstanbala söhbət vaxtı atama deyir ki, Hacı, varlı adamsan, pulun çoxdur, Firəngistana gedəndə, bir dəfə məni də apar; atam da onu götürmüşdü. Əvvəl Berlinə gəldik, ən məşhur “Ekspolenada” otelinə düşdük. Bir neçə gündən sonra Ems mədən sularına yollandıq. Bir ay orada qaldıq, Marenbadenə getdik. Atam bir ay da orada müalicə olundu, biz isə dincəldik. Axşamüstü bir rus ruhanisi atamın yanına gəlib xəbər verdi ki, məni rus səfiri göndərib, deyir ki, Hacı tez yola düşsün. Almanlar Rusiyaya müharibə elan edir. Xəbər qəzetlərdə dərc olunandan sonra rus təbəələrini vətənlərinə buraxmayacaq, əsir saxlayacaqlar. Biz Berlinə çatanda müharibənin elan xəbəri artıq yayılmışdı, Vağzalqabağı meydanda adam əlindən tərpənmək olmurdu. Kişilər əllərindəki ağacları havada hərlədib, hədələyə-hədələyə “Rus... rus... rus...” deyə qışqırırdılar. Keçmiş Qafqaz canişini qraf Voronsov-Daşkovun arvadı, milliyyətcə erməni olan Liza Kinikov qızını (Elizaveta Qriqoryevna) almanlar küçədə saçlarından yapışıb sürütləmişdilər. Vağzal binasından çıxa bilmirdik. İki saat keçdi, atam dedi:

“Sandıqlar qalsın burada, hər kəs çamadanını götürsün, gəlsin dalımca”. O, qabaqda, biz də onun dalınca çıxdıq meydana. Polis nəfərləri bizi o saat araya aldılar. Mindirdilər bir maşına. Atam dedi: “Ekspolenada” mehmanxanasına sür”. Bizi orda qəbul etmədilər. Şəhərin bütün mehmanxanalarına baş vurduq, nəticəsiz qaldı. Axırda, ucqar məhəllələrdən birində yerləşən mehmanxanada bizə yer verdilər. Atamın Berlin bankındakı 100.000 manat pulundan bir qəpik də vermək istəmirdilər. Atam Frank-furt Mayn şəhərinə zəng çaldı. Bakıda su kəməri çəkmək məsələsi üçün buraya gəlmiş Lindleyə əhvalatı başa saldı. Lindley Berlinə Qeviner adlı bir şəxs göndərdi. Qeviner bankla danışıq aparıb, atama xəbər verdi ki, sizin bütün xərclərinizi banka təqdim ediləcək sənəd əsasında ödəyəcək, amma sizə nəqd pul verməyəcəklər.

Atam getdi Osmanlı səfarətxanasına, çıxılmaz vəziyyətə düşdüyünü xəbər verdi, yardım istədi. Türk səfiri birbaşa Almaniya kayzeri II Vilhelmə müraciət edir ki, müsəlman aləminin ən məşhur kübarı neft milyonçusuna kömək eləyin vətəninə, Bakıya qayıtsın.

Şübhəsiz ki, Vilhelm bütün dünyada tanınmış Nobel, Rotşild və digər neft maqnatları kimi Tağıyevi də tanımamış deyildi. Kiçik Qafqaz dağlarında, Gəncə quberniyasında, Kirakidzor və Gədəbəydə alman sənaye maqnatı simens qardaşları hələ on doqquzuncu əsrin ortalarından mis, sürmə, qızıl, gümüş və sairə zəngin filiz damarlarını istismar edib Azərbaycanın milli sərvətini öz ölkələrinə daşıyırdılar. Gədəbəydə meşənin içərisində yerləşən, Qalakənddəki misəritmə zavodundan simenslər, habelə iki tona qədər qızıl, beş ton gümüş istehsal edib Almaniyaya aparmışdılar. Şübhəsiz, Hacının ailəsini buraxmaqda Bakı neftinə, tükənməz sərvətə çoxdan göz tikmiş olan Vilhelmin öz mülahizəsi, öz hesabı varmış. Neft maqnatı baron Bekendorf başda olmaqla Bakıda alman neft sənayeçiləri, ticarət işgüzarları və texniki-maliyyə mütəxəssisləri vardı.

Kayzer Vilhelmin şəxsi sərəncamı ilə bizə gəmi verib dənizdəki çoxlu mərmilərdən qorumaq üçün xüsusi kreyser də qoşdular.

Bizim əyan olduğumuzu polis bildikdə deyir ki, maadam gedən adam kübardır, məşhur əyandır, onun məiyyəti olmalıdır, siyahı verin. Atam Berlində çarəsiz qalmış 35 nəfər rus, erməni, gürcü və yəhudi təbəələrini siyahıya daxil edib polisə göndərdi. Beləliklə, onları da əsirlikdən xilas etdi. Əvvəl bizi Kopenhagenə yola saldılar. Kreyser qabaqda, gəmi də onun dalınca üzürdü ki, minaya toxunmasın. Gəlib çıxdıq Finlandiyaya, oradan da Peterburqa.

Rusiyanın əsas duru yanacaq mənbəyi olan Bakı bu müharibədə diqqəti xüsusi cəlb edən şəhərlərdən biri idi. Alman imperializmi, eləcə də Rusiyanın müttəfiqi ingilis imperializmi qara qızıl xəzinəsinə yiyələnməyə var qüvvələrilə can atırdılar. Fikirləri gələcəkdə Bakının tükənməz neft sərvətinə və buradan da bütün Qafqaz mineral-filiz sərvətinə sahib olmaq, sonra da İran, Yaxın və Orta Şərq və Hindistana yol tapmaq idi. 

Enter.News


XƏBƏR LENTİ
Prezident bu saytları bloklamağa İCAZƏ VERDİ 00:28
Moskva bir ay ərzində Suriyaya “S-300” kompleksləri göndərə bilər 00:15
23.04.2018
Yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kimdir? - DOSYE 23:58
Yeni nazirlik yaradıldı - Sərəncam 23:46
Mikroavtobus kütləyə çırpıldı: yaralılar var 23:35
Attraksiondan yıxılan şəxs öldü + VİDEO 23:12
İlham Əliyev Türkiyəyə gedir 22:54
“Putin onunla əvəzlənsə...” – ŞOK İDDİA 22:45
Erməni deputatlar NATO-nun seminarını tərk etdi 22:28
Sərkisyanın istefası Qarabağa necə təsir edəcək? – De Vaal 22:10
Prezident iki quruma rəhbər təyin etmədi 21:55
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi 21:38
Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir? 21:31
Ermənistan Nazirlər Kabineti istefa verdi 21:20
Minsk Qrupundan Sərkisyanın istefası ilə bağlı - Bəyanat 21:07
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub 20:40
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub 20:32
Dünyanın ən böyük şirkətinə ballistik raketlər atıldı 20:10
Dövlət Turizm Agentliyinə sədr təyin edildi 19:58
Nazim İbrahimov işdən çıxarıldı 19:43
Sürücülərə texniki baxışla bağlı - Son xəbərdarlıq 19:25
Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiq etdi: yeni adlar var 19:18
Sarkisyan istefa verdi, Bakı hərəkətə keçdi: Ermənistanın yeganə çıxış yolu... 19:01
Son müşavirədə Dağlıq Qarabağ FAKTORU - Sarkisyan nə PLANLAŞDIRIRDI? + VİDEO 18:49
Ruslar Sərkisyanı niyə qurban verdi: istefanın sirri – Təhlil 18:28
Paşinyan Serj Sarkisyanın istefasını şərh edib 18:10
Dolların sabaha olan məzənnəsi 17:51
Ermənilər Serj Sarqsyanın istefasını sevinclə qarşılayıb 17:33
Ramiz Mehdiyev islahatlardan danışdı- "Bundan sonra da davam edəcək" 17:11
Sərkisyan getdi: İrəvanda nələr dəyişəcək? – ŞƏRH 17:02
Serj Sarkisyan istefaya gedib + YENİLƏNİB 16:50
Prezident təhsil nazirini təyin etdi 16:35
"Milli Təhülkəsizlik"-lə məşğul olan "GENERAL"- LARA HÖKM + YENİLƏNİB 16:15
Məxfi görüşün ŞOK DETALLARI: Sarkisyanın vəzifəsi donduruldu, Karapetyan isə... 15:40
İlham Əliyevdən SƏRƏNCAM 15:05
Ermənistanda hərbi hissələr boşaldıldı: hərbçilər mövqelərini ATIB QAÇIR - ANBAAN VİDEO 15:00
Qaz sayğacı sərfiyyatı cox hesablayırsa… - Ekspert 14:30
Sayğac oğurlayan dəstə tutuldu 14:00
Rusiya Ermənistana ordu yeridəcək? – Moskvadan AÇIQLAMA 13:35
Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır 13:15
Ruhaninin köməkçisi "azərilər türk deyil" dedi, ARA qarışdı 13:11
Psixologiyamızı pozan qidalar 13:00
Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi 12:40
Bu nazirlikdə YENİ TƏYİNAT 12:15
Çar Rusiyasının Sibiri ruslaşdırma və xristianlaşdırma siyasəti 11:48
Bakıda azyaşlıların da cəlb edildiyi qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlandı 11:35
17 ilin naziri vəzifədən ÇIXARILDI? - RƏSMİ 11:30
İmtahandan uğurla keçənlərin nəzərinə! 11:05
Həbs olunmuş “Quska” Bakı aeroportunda + FOTO 10:45
Makron yeni müharibənin SİQNALINI VERDİ: "ABŞ Suriyadan çəkilsə..." 10:25
VALYUTA MƏZƏNNƏLƏRİ 10:10
Rusiyanın dağıdıcı gəmiləri "Qız qalası"nın bir addımlığında 09:55
Zabrat yolunda GÖRÜNMƏMİŞ TIXAC + FOTOLAR 09:30
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdi 09:15
“Qarabağ” çempion oldu + VİDEO + YENİLƏNİB 00:02