success closed Loading...

Qurana and içməkdən boyun qaçırıb Bəhayi kitabına əl basan Bakı milyonçusu Musa Nağıyevin qəribə əhvalatları

Yazının əvvəlini bu linkdən oxuyun

1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş. 1919-cu ildə varislər Musa Nağıyevin mirasını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Məhkəmə üç dəfə işə baxır. Ruhani cəmiyyəti də tələb edirdi ki, Ağa Musa şiə məzhəb olduğuna görə, sərvətin ondan biri məscidə verilməlidir, rəsmi iddia təqdim etmişdilər. Bu əhvalatdan varislər yaman narahat olmuşdular; ruhani idarəsinin iddiasını rədd etmək üçün, sübut elədilər ki, vaxtı ilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırdıb, Bəhayi kitabına əl basıb, qəsəm edib. Elə buna görə də o, vəfat edəndə məsciddən cənazəni müşayiət etməyə az adam gəlmişdi.

Yeri gəlmişkən qeyd edək ki, Bakıda Bəhayi məzhəblilər də vardı, onlar xüsusi məscid tikdirmişdilər. Bu minarəsiz məscid Çadrovı (Mirzağa Əliyev) küçəsindəki mülkdür, qapısı və iri pəncərələri mavi boya ilə rənglənmişdir. Bəhayi məzhəbi bu rəngi və rəngləri hesab edir. Məscidin həyət tərəfindəki şüşəbənd eyvanı da mavi rənglə boyadılıb. Küçədəki baş qapının üstündə pirani bir qocanın qorelyefi də var.

Təəccüblü orasıdır ki, bəhayilər Musa Nağıyev kimi ayıq, ehtiyatlı, hiyləgər bir adama məharətlə təlqin etmişdilər ki, bu məzhəbi qəbul eləsə ölməyəcək. İnanırdı da. Bir dəfə Tağıyevin evində eyvana çıxır və Hacını da çağırır yanına, tikdirdiyi yeddi mərtəbəli “Yeni Avropa” (Göy-göl) mehmanxanasını (o zaman şəhərdə yeganə yeddi mərtəbəli mehmanxana idi) göstərib deyir: “Zeynalabdin, əyər ölsəydim, mən o mülkü tikdirməzdim, o qədər xərc tökməzdim, mən ölməyəcəyəm”.

Maraqlı orasıdır ki, İranda camaat arasında ölməyəcəyi elan edilmiş bəhayiləri İran şahı tutdurub, meydanlarda, camaatın gözü qabağında dar ağacından asdırırdı və sübut edirdi ki, ölürlər.

Bəhayi qanununa görə sərvət ölənin arvadı, uşağı və nəvələri, qohumları və iyirmidən bir hissəsi maarif işləri üçün paylanmalıdır. Məhkəmə qabaqca çox çətinlik çəkir, axırıncı iclasda iki nəfəri - müsəlman və gürcü arvadlarını vərəsə təsdiq edir. 

news-detail

Ona işləyənlərə maaş vermək üçün Ağa Musanın öz üsulu vardı. Kontorda divarda hər mədən, gəmi və mülk üçün iki torba asmışdı: gəlir torbası, çıxar torbası. Pul üçün gələnlər çıxar torbasına qoyulmuş pulu götürüb aparırdılar. Elə ki, mədən müdiri, kapitan, mülk müvəkkili, Ağa Musaya deyirdi ki, torbada pul yoxdur...

- Atam, atam, - deyə Ağa Musa onu qoymazdı ki, sözünü qurtarsın, - gəlir torbasına pul salmısız ki, çıxar torbasından götürə biləsiz? Məndə havayı pul hardan?! Qazanc verin, atam, atam, xərclik alın.

Bir nəfər gəlib Musa Nağıyevə deyir ki, bir mis mədəni satırlar Zəngəzurda, onu alsan yaman qazanarsan. Ağa Musa soruşur: “Mis də, neft kimi fontan vurur?”. Adam təəccüblə deyir: “Mis də fontan vurar?! Əlbəttə yox!”. Ağa Musa: “Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə kor qaza-qaza mis axtarmaq karıma gəlməz” - deyə cavab verir.

Qoçular iki dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələmişdilərsə də xeyri olmamışdı. Bir dəfə faytona basaraq gözlərini bağlayıb, aradan çıxardırlar, gizli mənzilə gətirib on min manat tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: “Min manat verə bilərəm, bir qəpik də artıq yox”. Ölümlə təhdid edəndə halını pozmadan deyir: “Atam, atam, öldürün. Bir mini də ala bilməzsiz, o da əlinizdən çıxar”. Nə qədər soyuqqanlı, səbrli, təmkinli olmaq lazımdır ki, belə dar ayaqda qorxub təşvişə düşməyəsən. Üç gün girov saxlayıb, yedirdib-içirdib, kart oynamışdılarsa da min manatdan artıq boynuna qoya bilməmişdilər.

Bibiheybətdəki mədənində bir quyu güclü fontan vurur; fəhlələrə yalvarıb deyirmiş ki, “başınıza dönüm, qoymayın neft hədər yerə axsın, zay olsun; sizə xələt verəcəyəm. Yanğın baş versə hamımız dilənçi olarıq. Qonşular nasos qurub neftimizi anbarlarına vurarlar... Axı, bu sizin cibinizdən gedir”.

Fəhlələr birtəhər fontanı bağlayırlar. İki gündən sonra Musadan vəd etdiyi xələti istəyəndə, o, boyun qaçırıb deyir: “Atam... Atam, hardan?! Hardan verim xələti?! Bir az neft çıxdı, onu da qonşular gözünüzün qabağında talan elədilər...”. Sabahı gün Musanın oğlu Ağa İsmayıl mədənə gəlir. Fəhlələr şikayət eləyirlər ki, atan verdiyi vədə əməl etməyir. Ağa İsmayıl iki araba kəllə qənd gətizdirir və hər fəhləyə bir kəllə qənd, beş manat pul paylatdırır. Bu vaxt Ağa Musa da gəlib çıxır. Əhvalatdan xəbər tutduqda, yüyürüb deyir: “Atam, atam, mənim də payımı verin. Fontanı bağlayanda məndən çox can yandıran olmayıb. Az qalmışdı canım ağzımdan çıxsın. Gedib o dünyanı görüb qayıtmışam”.

Ağa Musanın adı camaat arasında xəsis çıxsa da, yuxarıda qeyd edildiyi kimi, o, birinci realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.

Bibiheybətdə Ağa Musanın mədənində qazılan quyuların hamısı güclü fontan vururdu; bu da onu göstərirdi ki, zəngin neft təbəqələri, körfəz suları altına da uzanır. Elə ki, bələdiyyə idarəsi su altındakı neftli torpaqları hərraca qoydu, milyonçular ağla gəlməyən qiymət təklif edirdilər. Neftin pudu bir abbası (20 qəpik) olduğu halda, 100.000 pud neft üçün ildə xəzinəyə 300.000 manat verməyə zəmanət kağızına qol çəkirdilər. Neftin hər pudu üç manata düşürdü, bu qədər böyük xərci ödəməyə onları vadar edən zəngin, milyonlarla ton neft saxlayan təbəqələrə yiyələnmək idi, onlar əmin idilər ki, bu sərvət xərcini çıxardacaqdı. Heç kəs qonşuluqda başqa sahibkarların olmasını istəmirdi. Mədən sahibləri quyuları qonşunun sərhəddində qazdırırdılar ki, mümkün qədər nefti tez çıxarsınlar... Özləri də quyunu qazmağa bərk tələsirdilər. Buruq ustalarına rüşvət verirdilər ki, qonşu sahədə qazmanı yubandırsınlar; qonşuda quyu hansı balta ilə qazılır, gil məhlulunun xüsusiyyətlərini, təbəqələrin özünü necə “aparmasını”, neft təbəqəsinə rast gəldikləri dərinliyi, bir sözlə bütün texnologiyanı pul gücünə öyrənirdilər... Sahibkarlar neftli torpağı əldən çıxarmamaq üçün tez-tez xəzinəyə cərimə verməyə razı olurdular.

Bibiheybətdə Naftalan körfəzi başdan-başa neft idi, sudan hər addımbaşı qaz qaynayırdı. Adamlar qayıqda hərlənib vedrəyə neft yığır, çəlləklərə doldurub satırdılar. Bəzən nadinc cavanlar kağız və ya cındır parçalarını alışdırıb atardılar körfəzə, qaz qaynayan yerlərdə dənizdən alov qalxardı. Novruz qabağı, çərşənbə axşamları, bir də kənardan gələn adlı-sanlı qonaqların şərəfinə belə atəşfəşanlıq düzəldirdilər. Məşhur fransız yazıçısı Düma Bakıda olanda belə bir atəşfəşanlığa tamaşa etmişdi...

news-detail

“Dənizçi əllərinə bir ovuc çəpitgə götürüb, yoldaşının tutduğu fanarda alışdırıb dənizə tulladı. Bir anda gəmimizin ətrafını alov bürüdü. Dəniz alışıb yanırdı. Nabələd adam göyərtədə papirosunu alışdırıb yanan kağız parçasını dənizə tullasa şübhəsiz ki, hər yanda suyun yandığını gördükdə dəhşətə gələr. Onun o anda nələr çəkdiyini yaxşı təsəvvür edirəm.

Gəmimiz od-alov içində üzürdü. Xoşbəxtlikdən alov o qədər də güclü deyildi. Zəif idi. Güclə duyulurdu. İlk təəssüratımız azalandan sonra, ətrafımızdakı qəribə mənzərəyə tamaşaya başladıq, Dənizdən elə bil ləkələr şəklində ala-tala alov ucalır, yan-yörəyə sirayət edirdi. Alov ləkələri on iki adam otura biləcək stol boyda idi; bəziləri daha iri idi, nohuru xatırladırdı. Biz bu alov adacıqlarının yanından ötürdük. Kapitan arabir avar çəkənlərə gəmini alov nohurlarının ortasından sürməyi əmr edirdi, Belə qeyri-adi, əcayib, sehranə mənzərəyə dünyada heç yerdə rast gəlmək mümkün deyil. Külək get-gedə güclənir, ləpələr şahə qalxmağa başlayırdı. Xəzri qopmasaydı, çox güman ki, səhəri burda açardıq. Elə ki, külək bərkidi, əvvəl xırda alovlar, sonra da iriləri sönməyə başladı.

- Vaxtında Bakıya qayıtmaq lazımdır, - deyə kapitan Freyqan zarafatla əlavə etdi, - yoxsa gördüklərimiz əcayib mənzərənin sirrini öyrənmək üçün dənizin dibini axtarmalı olarıq.

Sirlər aləmindən uzaqlaşdıq. Külək gəmimizi Bibiheybətdə Fatimə məscidi olan yerə sürükləyirdi. Avar çəkən səkkiz nəfər dənizçi alovu söndürən küləyə üstün gəlir, istənilən səmtə irəliləyirdilər. Külək son alovları da söndürdü.

Biz onların necə yoxa çıxmasını izləyirdik. Onlar tez-tez dalğaların altında gizlənir, gah da ləpələrin zirvəsinə dırmanırdı, bir də yox olurdu.

Limana çatanda bir dənizçi fitili yandırdı. Bu şərti işarə imiş. Əvvəl Freykel gəmisi, onun dalınca Bakı limanında lövbər salmış başqa hərb gəmiləri çıraqlarını alışdırdılar. Çıraqban gəmilərin arasından keçib sahilə yan aldıq.

Belə dəbdəbə, təmtəraqla yalnız imperatorları qarşılayırlar. Mənlə Moyne isə adi sənətkarlar idik. II Aleksandr istisna olmaqla heç bir hökmdar ölkəsində, bizim kimi adi, sadə sənətkarlar üçün belə maraqlı mərasim düzəldə bilməzdi. Bu incəsənətin təntənəsidir. Belə çıxır ki, incəsənət hamıdan üstündür.

Bakı - “küləkli diyar”. Avropada Bakıya bərabər şəhər yoxdur”.

news-detail

Birdən şəhərə xəbər yayıldı ki, neftxudalar Naftalan körfəzini qurudub mədən salmaq niyyətindədirlər. Peterburqa - çarın özünə ərizə yazıblar. Ərizəyə rədd cavabı gəlib. Neftxudalar senata şikayət edib istədiklərinə nail olurlar, şirkət düzəldirlər. Pay sahiblərindən biri də Ağa Musa idi.

Körfəzi qurutmaq üçün beynəlxalq müsabiqə elan edilir. Müxtəlif ölkələrdən otuza qədər layihə göndərilibmiş. Sədd çəkib Naftalan körfəzini Xəzərdən ayırmaq və çuxurda qalan suyu nasoslarla dənizə axıdıb, yerinə torpaq doldurmaqla mədən salmağı qət edirlər. Əsrin əvvəllərində işə başladılar. Gəmilər bir milyon kubmetr daş-kəsək daşıyacaqdı. Əməliyyat 1917-ci ilə qədər davam etdi. Sonrakı illərdə burada qurutma işləri dayandırıldı. Bu işə bir də 1921-ci ildə başlandı. İyirmi üçüncü ildə qazılan quyulardan biri güclü fontan vurdu. Qurulan sahə neft seli altında qaldı... Qəfildən yanğın qopdu. Şəhər əhalisi neftçilərə köməyə gedib, yanğını söndürdülər.

Ağa Musanın özünə oxşayan Manuçar Xristoforoviç Avakov adında xəsis bir erməni dostu vardı. Professor Apresov deyirdi ki, Manuçar Qarabağdan Bakıya əlində dəyənək, ayağında cırıq çarıq, əynində yırtıq çuxa, başında şeytan papaq, cibləri boş gəlmişdi. Sabunçuda bir qədər arabaçı olur, sonra meyxana açır, neftli torpaq ələ keçirir, “bəxti” gətirir, dayaz bir quyu fontan vurur, milyonçu-neftxuda olur. Apresov söyləyirdi ki, bir dəfə Avakovun quyusu fontan vurur, mühəndis fəhləni göndərir ki, anbardan tez on arşın kanat gətirsin, Manuçar həmişə cibində gəzdirdiyi dəmir arşını çıxardıb başlayır əlləri əsə-əsə kanatı ölçməyə. Fontan daha da güclənir, buruq az qalır uçsun. İşin belə məqama çatdığını görən mühəndis özü qaçır anbara, Manuçarı yana itələyir, baltanı qapıb, qəzəblə kanatın kələfini fırladıb kanatı kəsir, fəhlə ilə bərabər buruğa tərəf sürütləyir. 

Enter.News


XƏBƏR LENTİ
Nazarbayevin BALANS SİYASƏTİ 15:30
Yol Patrul Xidmətinin saxladığı avtoxuliqan HƏBS EDİLDİ + VİDEO 15:20
Afrin əməliyyatının şifrələri: Türkiyə böyük oyunları necə pozur? - TƏHLİL 15:00
Kremldən SƏRT REAKSİYA 14:44
Erməni əsgər: damarımı doğrayacam... – Səbəb 14:31
Rusiyanın Türkiyəyə geosiyasi dəstəyi YPG KOMANDİRİNİ MƏYUS ETDİ 14:17
Pekin və Moskvanın ABŞ GEOSİYASƏTİ 14:07
Bakıda sərnişin avtobusu qəzaya uğradı - SON DƏQİQƏ 13:57
Türk əsgərindən ürək ağrıdan və qürur verici münasibət: EVDƏKİLƏR GÖZLƏMƏSİNLƏR... + VİDEO 13:35
Türkiyə “Zeytun budağı” ilə nə əldə edəcək? - SƏKKİZ HƏDƏF 13:21
Sabaha olan hava PROQNOZU 13:07
Azərbaycanda cərrah özünü əməliyyat etdi - İNANILMAZ GÖRÜNTÜLƏR + VİDEO 12:47
Oxucudan İlyas Əfəndiyevə qəribə məktub - Siz səhv edəndə də səmimisiz! 12:44
NATO-dan rəsmi Ankara ZİYARƏTİ 12:40
Beynəlxalq ekspertlər "Mehmetcik"in etdiklərini heyrətlə izləyir: "Dünya belə ordu görməyib" + FOTOLAR 12:29
Azərbaycanda - YENİ QANUN 12:15
"Dost başa baxar, düşmən ayağa" - BARZANİDƏN XAİN PLAN 11:57
Vergilər Nazirliyində NÖVBƏTİ TƏYİNAT 11:40
İcra başçıları əsassız qərarlar qəbul edir - ŞURA 11:30
Dövlət Təhlükəsizliyi Xidmətindən - NÖVBƏTİ ƏMƏLİYYAT 11:15
"Fırtınalar dursun yana, yol ver Türkün bayrağına" - TÜRK ORDUSU ŞOK YAŞATDI 11:00
Cəbhədə SON VƏZİYYƏT 10:40
Rusiyadan Afrin əməliyyatına münasibət - RƏSMİ 10:31
Manatın "ÜZƏN MƏZƏNNƏ"-Sİ 10:17
Qanazlığının dərmanı bu qidadır 10:10
Ərdoğanın oğlu AFRİN ƏMƏLİYYATINDA + FOTO 10:05
Bu gün Davos İqtisadi forumu başlayacaq 09:35
"Qara qızıl"-ın QİYMƏTİ 09:20
Rusiyada 46 azərbaycanlı dustağın həyatını xilas edən polis polkovnik-leytenantı VARİS MƏCİDOV + VİDEO + FOTOLAR 09:09
Suriyadan Reyhanlıya raket atılması nəticəsində yaralıların sayı 46-ya çatıb + YENİLƏNİB 09:00
21.01.2018
"Bitcoin" haqqında məşhur "MEYMUN BİZNESİ" hekayəsi - VACİB 23:00
Bakıda avtoxuliqanlıq edən sürücü 23 YPX avtomobilinin köməkliyi ilə saxlanılıb 20:01
İran Türkiyəni Afrindəki əməliyyatları dərhal dayandırmağa çağırıb 19:57
Heç kimin bilmədiyi İNSAN - Fəxrəddin Salim 19:19
Hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb - TÜRKİYƏDƏ 18:54
Azərbaycanın ilk peşəkar aktyorlarından biri olan - Cahangir Zeynalovun həyat hekayəti 18:06
Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb 16:40
Azərbaycandan Türkiyənin Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına RƏSMİ MÜNASİBƏT 15:24
Azərbaycan ordusunun yüksək rütbəli zabiti şəhid oldu + FOTO 14:17
Ərdoğan Afrinlə bağlı danışdı: "Çox qısa zamanda əməliyyatı tamamlayacağıq" 13:11
Prezident təhsil nazirinin müavinini vəzifəsindən azad etdi və o, vergilər nazirliyində yüksək posta gətirildi - DOSYE 12:01
Ərdoğandan Ermənistana TƏKLİF 11:53
Deputat Soltan Məcid Qənizadə parlamentə təklif verib - Dəmir yol tarifləri artırılsın... 10:58
Mədənizin düşməni olan qida məhsullarını tanıyın - Siyahı 01:04
Dron vasitəsilə batan üzgüçülər belə xilas edildi + VİDEO 00:31
“Qalatasaray”ın yeni prezidenti məlum oldu 00:00