success closed Loading...

Novruz bayramının konseptual-fəlsəfi əsasları

 

Enter.News xəbər verir ki, Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bu günü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir.

Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.

Novruz bayramı özünün ritual-mifoloji strukturuna görə təqvim bayramıdır. Miladi təqvimi ilə mart ayının müxtəlif günlərinə (əsasən 21 mart) təsadüf etməklə qışın, köhnə ilin qurtarmasını, yazın, yeni ilin gəlişini bildirir. Bu bayramın funksional strukturunun əsasında təbiətin zamanla dəyişməsi (qışın yazla) ritmi durur. İnsan təbiətin üzvi struktur elementi kimi öz tarixinin mifoloji-kosmoqonik başlanğıc nöqtəsindən təbiətin bu teokosmik-sinergetik ritminə köklənmiş, onu “Novruz” – “Yeni gün” adlandıraraq bütün tarix boyunca həmin ritmlə kosmoloji harmoniyada yaşamışdır.

Novruz bayramının konseptual strukturunun əsasında bütün varlıq aləminin (insanın, canlı və cansız təbiətin) yaradılması ideyası durur. Bütövlükdə yenidən yaradılmanı – kosmoqoniyanı özündə ehtiva edən bu bayram varlığın bütün ünsürlərinin (ilk insan, ilk predmet, ilk zaman), ilkin stixiyaların necə meydana çıxması (ölüb-dirilməsi) haqqındakı ilkin mifoloji təsəvvürləri təcəssüm etdirir. Bu bayram bütün sonrakı tarixi-mədəni transformasiya, modifikasiya, şəkil və forma dəyişmələrinə baxmayaraq mifogenezi (mifoloji-kosmoqonik başlanğıcını – mənşəyini) simvolik-metaforik strukturlar səviyyəsində qorumaqda davam edir.

Novruz bayramı varlığın yenidən yaradılması haqqında ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümüdür. Bayramın fəlsəfi konsepsiyasına görə məkan və zaman sistemi (kosmoloji kontinuum) müqəddəs (sakral) və adi (profan) olmaqla iki qatdan təşkil olunur. İlk insan (əcdad), onun ilk əşyası, ailəsi, övladları, yaşadığı ilk zaman sakral sferanı, bütün onlardan törəyənlər profan sferanı təşkil edir. Profan həyat yaşayan insanların həyat və yaşam dinamikası ilk əcdadın ilk zamandakı sakral yaşam presedentlərini özündə təkrarlayır. Profan sferanın sakral sfera ilə ünsiyyəti rituallar vasitəsi ilə reallaşır. Müqəddəs dəyərləri özündə təcəssüm etdirən Novruz bayramı insanların həyat və psixologiyasında il ərzində köhnələrək, adiləşərək mənfiləşən keyfiyyətləri yeni müqəddəs dəyərlərlə əvəz etməklə insanı və onun dünyasını yenidən yaradır. Bu baxımdan Novruz bayramı modern fəlsəfi dünyagörüşləri kontekstində etnosistem və onun daxil olduğu digər sistemləri öz içinə alan ekosistemin sinergetik özüntəşkil, autopoyetik özünüyaratma mexanizmidir.

Novruz bayramı onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır. Bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranması əsas şərtdir. Biri-biri ilə küsülülükdə, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailə, kənd və s. etnik vahidlər hökmən barışmalı, sülh yaranmalıdır. İl ərzində cəmiyyətin sosial strukturunda yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq sakral sosial-psixoloji harmoniya ilə əvəz edilir. Həmin harmoniya istisnasız olaraq sosial-siyasi sistemin bütün struktur səviyyələrini əhatə edir. Bu baxımdan, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyası durur.

Novruz bayramı coğrafi strukturuna görə kontinental mahiyyət daşıyır. Bütöv Avropa, Asiya və Şimali Afrikada müxtəlif etnosların nümayəndələri tərəfindən qeyd olunan bu bayram həmin etnosların ana vətəni kimi dünyanın üç qitəsini, miqrasiyaların timsalında isə bütün materik və qitələri biri-birinə birləşdirən, onlar arasında sülh və sevgi yaradan ümumbəşəri harmoniya və sülh bayramıdır.

Novruz bayramı Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki “Novruz” topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən – Uyğurustandan Şimali Rusiya türk xalqlarına, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılıb. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya, Çuvaşıstan, Altay-Xakas, Şimali Kipr Türk Respublikası, Krım-Ukrayna, Moldova-Qaqauzstan, Qərbi Trakya-Yunanstan, Bolqarıstan, keçmiş Yuqoslaviya, Çin-Uyğurustan, Dağıstan, Qaraçay-Balkar, Çeçenistan), İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur.

Novruz bayramı, əsasən, üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlalır, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və s. xalqlar arasında yayılmışdır.

Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.

Novruz bayramı tarixinə görə ilkin mifoloji-kosmoqonik görüşlərlə bağlıdır. Mifoloji düşüncənin parçalanaraq tarixi düşüncəyə keçidi zamanı əski dinlərə transformasiya olunmuş, daha sonrakı inkişafında müxtəlif səmavi və qeyri-səmavi dinlər, dini-ideoloji görüşlərlə qovuşmuşdur. Bu baxımdan Novruz bayramı aşağıdakı din və dini-mifoloji dünyagörüşlərini özündə birləşdirir:

1. Qədim tükrlərin şamanizm dönyagörüşü;

2. Qədim və erkən orta əsr türklərinin tanrıçılıq dini;

3. Qədim Azərbaycan və İran xalqlarının zərdüştilik dini;

4. İslam dini və onun müxtəlif təriqət və məzhəbləri;

5. Xristan türk xalqlarının simasında xristianlıq dini;

6. İudaist türk xalqlarının (əsasən tarixi xəzərlərin və onların çağdaş törəmələrinin) simasında musəvilik – iudaizm dini.

7. İki milyona yaxın buddist türklərin simasında buddizm dini və s.

Novruz bayramı bu tarixi və müasir dinləri özündə birləşdirməklə əslində dinlərarası (sivilizasiyalararası) harmoniya modeli kimi çıxış edir.

 

Seyfəddin Rzasoy

AMEA Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru

XƏBƏR LENTİ
Başqa dünyaya keçid qapısı tapıldı 00:27
Makron söz verdi: İran heç vaxt buna sahib olmayacaq 00:14
25.04.2018
Krem oğurlayan məmur istefa verdi + VİDEO 23:57
“Qarabağ muğam məktəbi heç vaxt mövcud olmayıb”- XALQ ARTİSTİNDƏN SENSASİYA DOĞURACAQ AÇIQLAMA 23:35
Kabildə partlayış baş verib 23:24
Nalbandyan Moskvaya getdi - məqsəd... 23:11
"Evdə tənha" silsiləsindən - Anasının kredit kartını oğurlayaraq tətilə getdi 22:43
Sabah bu ərazilərdə qaz olmayacaq 22:24
Ərdoğan: "Dağlıq Qarabağ məsələsində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb" 22:10
AŞPA-da Azərbaycanın gördüyü işlərə müsbət reaksiya: QƏTNAMƏ 21:40
Yıldırımdan Gülə mesaj: Nə getdiyin yerə, nə də... 21:26
Sarkisyan parlamentə məktub göndərib 21:15
“Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı kitab nəşr edilib 20:50
Sürücülərin diqqətinə: Benzini qarışdırmayın + VİDEO 20:40
Prezident Administrasiyası işçilərinə şad XƏBƏR 20:21
Siçana insan beyni köçürüldü- NƏTİCƏLƏR ŞOKA SALDI 20:08
WhatsApp-dan şok yenilik: 16 yaşdan aşağı... 19:49
Məkkədə tanınmış futbolçunun adına məscid tikiləcək 19:35
Trampdan İranla bağlı qərar: Türkiyə də qoşulsun 19:26
DSX sərhəddə əməliyyat keçirdi: bir nəfər tutuldu 19:05
Çavuşoğlu və Zərif Moskvaya gedir 18:57
Zakir Həsənov Çinə gedir 18:45
Kremldən İrəvanda baş verənlərə ilginc - Reaksiya 18:24
Sərəncam 11193 nəfərə şamil olunacaq 18:10
Yeni nazirdən bir gündə 5 təyinat - HEYDƏR ƏSƏDOVUN ADAMLARI İŞDƏN QOVULDU 17:49
Türkiyə artıq böyük gücdür - Prezident 17:33
Atatürk də gəlsə, ona xalqdan səs ala bilməz - Altaylı 17:27
Ərdoğanın sayəsində Türkiyə artıq böyük gücdür - Prezident 17:05
Daha bir avtobusun hərəkət istiqaməti dəyişdi 15:50
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilir 15:22
“Erməni dostlarımız...” - Kreml Ermənistan hakimiyyətini “SATDI” 14:55
Əliyev- Ərdoğan görüşündə İLK YAŞANDI + VİDEO + YENİLƏNİB 14:05
Avropadan “məxməri inqilab”a DƏSTƏK: Rusiya və ABŞ… 13:50
Qanunsuz mitinq edənlərə yeni cəzalar gəlir 13:25
Əliyevin mühafizəçisini yaralayanlar məhkəmədə 13:10
İrəvana BTR-lər yeridildi + VİDEO 12:50
Ramil Usubov yeni rəis təyin etdi 12:46
Amerikalı alimin erməni yalanlarını ortaya çıxaran araşdırması – Onların saxta hesabatlarını dinlədikcə damarlarımda qanım quruyurdu 12:14
CHP-yə şok zərbə: İncə Ərdoğanı dəstəklədi 12:10
Milli Məclisdən NÖVBƏTİ YENİLİK - QƏRAR...? 11:50
Yeni mitinq, YENİ HƏYƏCAN - TARİXİ TORPAQLARIMIZDAN CANLI YAYIM + VİDEO 11:40
"Formula 1"-in təhsilimizədə verdiyi TÖVHƏ 11:30
Milli Məclisdə YENİ QANUN MÜZAKİRƏSİ 10:50
Manatın "ÜZƏN MƏZƏNNƏ"-Sİ 10:20
Türk və azərbaycanlılardan birgə aksiya - "Erməni yalanlarına yox!" + VİDEO 10:15
Vaqif Əsədovdan XƏBƏRDARLIQ 09:55
Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR 09:40
NEFTİN QİYMƏTİ 09:20
ABŞ-da hərbi təyyarə qəzaya uğradı 09:05
Rza Pəhləvinin mumiyası tapıldı + FOTO 00:31
Trampdan ermənilərə zərbə: "Soyqırım" demədi... 00:28
Hökumət Paşinyanla danışıqları dayandırdı - Mitinq qərarı verildi 00:22
ABŞ-ın şok Ermənistan PLANI: İrana hücum, Türkiyə və Azərbaycana... – Jirinoviski 00:10