success closed Loading...

Müstəqil Azərbaycanın dördüncü Baş naziri - Pənah Çodar oğlu Hüseynov + DOSYE

Fəaliyyətə başladığımız gündən oxucularımızı tarixi yazılar, məktublar və maraqlı araşdırmalarla tanış edirik. 09.01.2017 tarixindən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim edir.

Bu o demək deyil ki, bu yazıları təqdim etməklə biz onları və onların fəaliyyətini təqdir edirik. Sadəcə olaraq bu bizim keçmişimiz  və tariximizdir. Keçmişimizi yaxşı öyrənək ki, gələcəkdə oxşar səhvlər buraxmayaq…

İndi təqdim etdiyimiz şəxs isə 1993-cü il aprelindən iyununa qədər Baş nazir olan Pənah Çodar oğlu Hüseynovdur.

(Müstəqil Azərbaycanın üçüncü Baş naziri haqqında bu linkdən oxuyun)

news-detail

Pənah Çodar oğlu Hüseynov 1957-ci ildə Sabirabad rayonunun Qaradaşlı kəndində kolxozçu ailəsində anadan olub. 1975-ci ildə Qaradaşlı kənd orta məktəbini bitirdikdən sonra Sabirabad rayon kolxozlararası tikinti idarəsində fəhlə işləyən P.Hüseynov Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur.

1980-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirmişdir. İxtisasca tarixçidir. Sonralar tarix-diyarşünaslıq muzeyində işləmiş, Fəlsəfə və Hüquq İnstitutunda Xalq Cəbhəsinin təsisçilərindən biri olmuşdur. AXC-nin rəhbərlərindən birinə çevrilmiş P.Hüseynov Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. AXC hakimiyyəti ələ aldıqdan sonra P.Hüseynov yüksək dövlət vəzifələrinə gətirilmişdir.

1992-ci il 20 may tarixində Azərbaycan Respublikasının dövlət katibi təyin edilmişdir. 

news-detail

1993-cü il aprelin 28-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə baş nazir vəzifəsinə təsdiq edilmişdir. 1993-cü il iyunun 3-də Heydər Əliyevin fərmanı ilə vəzifəsindən azad edilmiş və Azərbaycan Respublikasının Milli Məclisi bu qərara həmin gün razılıq vermişdir.

P.Hüseynov vəzifədən getdikdən sonra AXC liderlərindən biri kimi siyasi fəaliyyətini davam etdirmiş və 2002-ci ildə Azərbaycan Xalq Partiyasını yaratmışdır. O, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilmişdir.

P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb. 


XƏBƏR LENTİ
17.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı 23:23
“İsrail şirin quyruğu ilə oynamamalıdır” – İranlı generaldan xəbərdarlıq 22:37
Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi 22:23
““İrşad Telekom”un rəhbərini öldürüblər” iddiasını doğruldan DOSYE 22:18
İran İraqla vizanı ləğv edə bilər 22:07
Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib 21:25
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq" 21:12
PA-nın şöbə müdiri Fərəh Əliyeva: "Dissertasiyaların müdafiəsi prosesi sadələşdiriləcək" 20:42
Prezident İlham Əliyevdən Cəlil Məmmədquluzadə ilə bağlı SƏRƏNCAM 19:39
Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanların 2-si tutuldu, digərləri axtarılır 18:20
Prezident İlham Əliyev 3 milyon AZN ayırdı - SƏRƏNCAM 17:19
Prezident İlham Əliyev bu dövlət qurumlarını ləğv etdi - SİYAHI 16:15
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib - RƏSMİ 15:41
Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib 15:27
Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb + FOTOLAR 14:57
Baş Qərargah rəisi: İran Azərbaycanı dost və qardaş ölkə hesab edir 14:52
Türkiyənin məşhur müğənnisi Türk Təhsil Vəqfinə 250 min lirə bağışlayıb 14:48
Rayon təhsil şöbələri ləğv edilib? 14:13
Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamı ifadə verib 13:07
Bakıda sulu qar yağır, küləyin maksimal sürəti 28- 36 m/s təşkil edir - YENİLƏNİB 13:05
“Green Card” qazananların NƏZƏRİNƏ: Pentaqon sizi yoxlamadan keçirəcək 12:30
Vilayət Quliyev Macarıstanda təhsil alan azərbaycanlıların sayını AÇIQLADI 12:25
Ramil Usubov daha bir rəisin yerini dəyişdi 12:17
"İŞİD məhv edilsə də, ABŞ Suriyadan çıxmayacaq" - Vitse-prezident 12:15
Ələtdə yükqaldırma əməliyyatları dayandırıldı 12:11
2018-ci ildə Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb 11:36
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib 11:33
Cəzaları müəyyən edən yeni qanun qüvvəyə minib 11:15
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Türkiyə vətəndaşlarının sayı məlum olub - SİYAHI 11:00
Avropada məşhur saytın rəhbəri həbs edildi - Onu 10 il həbs gözləyir 10:27
"Barselona" Türkiyə şirkətini məhkəməyə verib 09:25
ABŞ-da qətlə yetirilən azərbaycanlı iş adamı ilə bağlı RƏSMİ AÇIQLAMA 08:22
"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub + VİDEO 00:28
Tbilisidə partlayış: Ölənlər var - Ölkədə matəm elan olundu 00:25
Tereza Mey hökuməti etimadsızlıq rəyi səsverməsindən qalib çıxıb 00:11