success closed Loading...

Azərbaycanın “AZƏRBAYCAN”ı – 99 yaşlı qəzetin yaranma tarixi

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda yazılır ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzeti Gəncədə, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. 4 nömrəsi Gəncədə, sonrakı nömrələri isə Bakıda çıxmışdır. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilmişdir. Dörd səhifədən ibarət olan bu nömrənin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Gəncədə buraxılan axırıncı (dördüncü) nömrənin üç səhifəsi rus, bir səhifəsi isə Azərbaycan dilində idi. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrinin başında qəzetin adı ilə yanaşı “Türk və islamçılığa aid məqalələrə “Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilmişdir. Qəzetin birinci nömrəsində “Heyəti-təhriyyə” (“Redaksiya heyəti”) imzası ilə böyük bir yazı verilmişdir. Bu nömrədə Bakının azad edilməsi ilə bağlı xəbərlər daha çox diqqəti cəlb edir: “Dünən gecə Azərbaycan Cümhuriyyəti Hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: “Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz, İslam Ordusunun komandanı Fərrux Nuri”.

“Azərbaycan” qəzetinin həmin nömrəsində Azərbaycan Cümhuriyyəti Hökumətinin sədri F.X.Xoyskinin adından Nuru paşaya cavab teleqramı da dərc olunmuşdur: “Qafqaz İslam Ordusunun komandanı Səadətli Nuru paşa həzrətlərinə. Təhtikomandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətin zati-həmiyyət-pərvəranələrinə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm, əfəndim. Heyəti-vükəla rəisi Fətəli xan”.

Qəzetin yuxarıda göstərilən nömrəsində Məhəmməd Hadinin türk əsgərinin şücaətini vəsf edən “Türk nəğməsi” şeri də dərc olunmuşdu:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz

Qiymətli olan xuni-şəhidan hədər olmaz,

Dul qalmış köhəni-nisvan hədər olmaz.

Bax sən sonuna, hümməti-türkan hədər olmaz,

Bədbəxt olan əfqani-yetiman hədər olmaz.

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

“Azərbaycan” qəzetinin Bakıda Azərbaycan dilində nəşr olunmuş beşinci nömrəsi 1918-ci il oktyabrın 3-də, rus dilində isə oktyabrın 7-də buraxılmışdır. Bu nömrədən etibarən qəzetin adı altında “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” sözləri yazılmağa başlamışdır. Qəzet Azərbaycan dilində çıxan altıncı nömrəsindən, rus dilində isə beşinci nömrəsindən “mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli” imzaları ilə buraxılmışdır. Həmin il noyabrın 28-dən isə Azərbaycan dilində olan nömrələr Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrələr Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə nəşr edilmişdir.

1918-ci il dekabrın 31-nə qədər “Azərbaycan” qəzetinin Azərbaycan dilində 75 nömrəsi, rus dilində isə 70 nömrəsi işıq üzü görmüşdü.

1919-cu il yanvarın 16-da buraxılmış 89-cu nömrəsindən etibarən “Azərbaycan” qəzetini Üzeyir bəy Hacıbəyli imzalamışdır. Həmin il iyulun 4-də çapdan çıxmış 216-cı nömrəsindən qəzetə “müvəqqəti müdir Xəlil İbrahim” rəhbərlik etmişdir. 1919-cu il sentyabrın 3-dən 1920 il aprelin 28-nə kimi Üzeyir bəy Hacıbəyli yenidən qəzetin redaktoru olmuşdur. “Azərbaycan” qəzetinin 1918-ci il sentyabrın 15-dən1919-cu il dekabrın 31-nə qədər 358 nömrəsi, 1920-ci il yanvarın 1-dən aprelin 28-nə qədər isə 85 nömrəsi çap olunmuşdur. Bütövlükdə 1918-20-ci illər arasında qəzetin cəmi 443 nömrəsi çıxmışdır.

“Azərbaycan” qəzetinin sentyabrın 19-da rus dilində çapdan çıxmış ikinci nömrəsində Şəfi bəy Rüstəmbəyli “Düşünmək vaxtıdır” məqaləsində “Daşnaksutyun” partiyasının şovinist siyasətini tənqid edərək yazırdı: “Bizim üçün vacibdir ki, erməni xalqı nəhayət “Daşnaksutyun” partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, hələ nə qədər ki gec deyil, ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır”.

Qəzetin Gəncədə çıxmış dördüncü nömrəsinin Azərbaycan dilindəki səhifəsində Abid imzalı müəllifin “Yerini bulmuş arzular” başlıqlı geniş məqaləsi verilmişdir. Məqalədə 19-cu əsrin əvvəllərində Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edildiyi dövrdən başlayaraq, xalqın başına açılmış müsibətlərdən, Azərbaycan xalqının yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən və nəticədə öz istiqlalına nail olmasından bəhs olunurdu.

Paris sülh konfransında (1919-20) iştirak etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin tə-kibinə müşavir kimi “Azərbaycan” qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli də daxil edilmişdi. Qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində Ceyhun bəy Hacıbəyli oxuculara müraciətində yazırdı: “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifətilə ifaya məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq, cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü.

Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzetə idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim”.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərar, sərəncam, fərman və digər normativ sənədlərinin xüsusi nəşrlərdə verilməsi “Azərbaycan” qəzetinin səhifələrində daha çox nəzəri məqalələrin, Azərbaycana, həmçinin dünya və region ölkələrinə aid geniş xəbərlərin, oxucuları maraqlandıran başqa yazıların dərc edilməsinə şərait yaradırdı.

Öz işini 1918-ci il noyabrın 16-da yenidən bərpa edən Azərbaycan Milli Şurasının, xüsusilə onun Azərbaycan Parlamentinin çağırılması sahəsindəki fəaliyyəti “Azərbaycan” qəzetinin səhifələrində geniş işıqlandırılırdı. Qəzetdə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin Parlamentin çağırılması ilə əlaqədar noyabrın 19-da Bütün Azərbaycan əhalisinə müraciəti, Şurada gedən müzakirələrin materialları və qəbul olunmuş qərar da dərc edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra qəzet onun fəaliyyətini geniş işıqlandırmış, Parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları “Azərbaycan Məclisi-Məbusanında” rubrikası altında dərc etmişdir. Bundan başqa, qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf xəbərləri”, “Rusiyada”, “Ermənistanda”, “Gürcüstanda”, “Türkiyədə”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi” və digər daimi rubrikalar da var idi.

“Azərbaycan” qəzetinin səhifələrində Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə, İstanbulda təhsil alan Əmin Abid və b.-nın Azərbaycanın tarixinə, mədəniyyətinə, maarifinə, siyasi vəziyyətinə və s. aid silsilə məqalələri dərc olunurdu. Qəzetin səhifələrində Məhəmməd Hadi, Əhməd Cavad və b. şairlərin şeirlərinə də geniş yer verilirdi.

Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi.

1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyətinin elan olunmasının birinci ildönümü, həmçinin 1920-ci il yanvarın 11-də Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə “Azərbaycan” qəzetində çoxlu təbriklər, məqalələr və s. materiallar dərc olunmuşdu. “Azərbaycan” qəzeti 1918-20-ci illər ərzindəki saylarında Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların, ilk mənbə kimi əhəmiyyəti böyükdür.

“Azərbaycan” qəzeti o zaman öz istiqlalına qovuşmuş Azərbaycan xalqının milli oyanışında çox mühüm rol oynamışdır. 

Enter.News


XƏBƏR LENTİ
Bakıda spirtli içkidən zəhərlənib öldü + FOTO 13:53
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ 13:36
Universitetlərdə 500-600 manat təqaüd alan TƏLƏBƏLƏR 13:23
"Rektor-çalışan qalmaqalı böyük partlayışa səbəb olacaq" 13:01
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer” zavodunun açılışında iştirak edib 11:37
Mikayıl Cabbarov: "İslahatlar zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi..." 11:31
Vəfa Quluzadə: “Mən rusca Rusiya vətəndaşlarından daha yaxşı danışıram” 11:00
Sergey Skripalın vəziyyəti pisləşib 10:18
Cəlilabadda evdən 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb 09:15
"Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edilib 08:11
Xərçəng riskini artıran ərzaq - Hər gün istifadə edirik 01:19
Orxan Gəncəbay “donuz qripi”nə yoluxub 01:17
ABŞ prezidentinin ailəsində parçalanma - XÜSUSİ PROKUROR TRAMPI KÜNCƏ SIXIB 00:54
124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı 00:11
17.02.2019
Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı - Onu 7 ilədək həbs gözləyir + VİDEO + YENİLƏNİB 23:41
İranda ətin qiyməti 24 dollara yüksəldi - Tehranın ən məşhur 180 restoranı bağlandı 23:38
Ərdoğan və Putin yenidən görüşəcək 23:12
Oliqarxları Londonda təkcə dəbdəbə yox, həm də həbsxana gözləyir - TƏHLİL 21:55
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi: "Mən məhz bu iki millətə aidəm" + FOTO 21:48
Ana Tərtər rayonundan, ata banqladeşli, 4 övlad isə amerikalı - HƏYAT HEKAYƏSİ 21:28
ABŞ-da 100 milyonluq layihələrlə çalışan həmyerlimiz + FOTOLAR 21:22
Rüstəm İbrahimbəyov Bakıya gəldi və tanınmışları restorana topladı - siyasətdən gedir! + FOTOLAR + YENİLƏNİB 21:17
"Qarabağ" "Qəbələ"-ni məğlub etdi və "Neftçi"-yə yaxınlaşdı 21:04
Çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə məşhur bloqer saxlanıldı 20:54
Türkiyədə azərbaycanlı qardaşların DRAMI 20:50
Zakir Həsənov Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub + FOTOLAR 19:33
"TOPAZ-da 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - "Dedilər ki, DTX-də Sevinc Mirzəyeva adlı işçi yoxdur" 18:41
Avropa Liqasının Bakıda keçiriləcək finalına 100 gün qalıb 17:58
Ramil Usubovdan YENİ TƏYİNAT 16:47
Rusiyadan Venesuelaya GÖZLƏNİLMƏZ ZƏRBƏ 15:45
Şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatdı 14:40
Türkiyədə sabahdan benzin və dizel yanacağının qiyməti qalxacaq: 27-30 "kuruş" 13:18
Elvin Seyidov adlı azərbaycanlı Donbasda əsir düşüb + VİDEO 12:30
Sabahın havası: Yağış, qar... 11:48
Mehriban Əliyevanın adından Gəncədə ehsan verilib + FOTOLAR 10:43
Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla + FOTOLAR + VİDEO 09:23
Şahzadə "Mançester Yunayted"i $4,9 milyarda almağa hazırdır: İngilislər isə Camal Kaşıkçı olayına görə etiraz edirlər 08:14
“Şollerin arxivi” bədii filmi bir gündə iki mükafat qazanıb 01:47
101 ildən sonra 101 müəmma - Hacı Zeynalabdin Tağıyev haqqında yeni film 01:43
27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 01:25
Fətullah Gülən həbs edilib - İDDİA - SON DƏQİQƏ 01:20
Ramzan Kadırov məşhur azərbaycanlı blogerlə şəklini paylaşıb 01:10
Müxalifət yeni mitinqin elanını verdi 00:00