success closed Loading...

NASA-da çalışan yeganə azərbaycanlı: ''İki milyardlıq teleskopun mühəndisiyəm'' + FOTOLAR

Atilla Əsgərov 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 6 saylı məktəbin məzunudur. Daha sonra İstanbul Texniki Universitetində təhsil alıb. Virciniya Universitetində təhsilini davam etdirib. Corc Meyson universitetində magistr təhsilinə yiyələnib. Hazırda həmin universitetdə doktrantura oxuyur. Atilla Əsgərov artıq bir ilə yaxındır ki, NASA-da (National Aeronautics and Space Administration - Milli Aeronavtika və Kosmos İdarəsi) mühəndis (ASİC Engineer-Application Specific İntegrated Circuit) vəzifəsində çalışır.

Enter.News xəbər verir ki, qısamüddətli məzuniyyət üçün Azərbaycana gələn Atilla Əsgərov azvision.az ilə həmsöhbət olub və maraqlı məqamlardan söhbət açıb.

- Magistraturanı bitirdikdən sonra bir neçə start-up şirkətində çalışdım. Daha sonra "Deloitte", "İntelsat" kimi şirkətlərdə çalışdım. NASA-nın vakansiya elanını görəndə rezümemi göndərdim. 3 gün sonra mənə zəng edib müsahibəyə çağırdılar. Çox sevinirdim. NASA-nın Goddard Space Flight Center (GSFC) adlanan kampusunda (Merilend ştatı) müsahibədən keçdim. Hazırda elə orada müqavilə üzrə işləyirəm. Müsahibə zamanı mənə texniki sahə ilə bağlı çoxlu suallar verdilər. İki gündən sonra zəng edib dedilər ki, "Rəsmi olaraq sizə iş təklifi göndərmək istəyirik. Əgər təklifimizlə razılaşsanız, imzalayıb, geri göndərin".

news-detail

- İşiniz nədən ibarətdir?

- NASA 2023-cü ildə Kosmosa WFIRST (Wide Field Infrared Survey Telescope) adlı yeni teleskop göndərəcək. Mən bu teleskopun detektor elektronikasının mühəndisiyəm. Mənimlə yanaşı orada xeyli sayda insan çalışır. Bütün günü laboratoriyada oluram. 

news-detail

- Həmin teleskopdan hansı məqsədlə istifadə olunacaq?

- Bu teleskop başqa qalaktikaların kəşf, insanın yaşaya biləcəyi digər planetlərin aşkarlanması məqsədilə yaradılır. Həyatın mənşəyini öyrənmək də bu teleskop vasitəsilə mümkün ola bilər. Əslində teleskoplar bilmədiyimiz şeyləri kəşf etmək üçündür. Elə bil, insan ayağı dəyməyən bir yerə gedirsiniz. Sizin məqsədiniz bu ola biməz ki, məsələn, orada qızıl axtaracaqsınız. Sadəcə, oraları kəşf etmək istəyirsiniz. Qalanları sonrakı mərhələdir. NASA-nın da əsas məqsədi kəşfiyyat xarakterlidir. Ola bilsin ki, bu kəşfiyyatın nəticəsində çox faydalı bilgilər əldə ediləcək. Çox adam deyir ki, bizim Yer planetində günlərimiz sayılıdır, əvvəl-axır bu planetdən köçməli olacağıq. Biz, əlbəttə ki, bunu görə bilməyəcəyik. Bizdən sonrakı 50-ci nəsil bəlkə görə bilər. 

news-detail

- NASA ilə müqavilənizin müddəti nə qədərdir?

- 2023-cü ilə qədər NASA-nın işçisiyəm. İstəsəm, 2023-dən sonra da NASA-da qala bilərəm. Orada çalışdığım heç bir il deyil, amma işimin nəticəsini çox bəyənirlər. Hiss edirəm ki, o layihə qurtarsa, mən başqa bir layihəyə də transfer ola bilərəm. Hətta o layihə bitməmiş daha iki layihə üzərində də işləyə bilərəm. Bunu gələcək göstərəcək. Əsas odur ki, işimin nəticəsindən razıdılar.

- Sizdən başqa NASA-da azərbaycanlı çalışırmı?

- Bildiyim qədərilə, hazırda orada çalışan tək azərbaycanlı mənəm. Bir nəfər də İran azərbaycanlısı çalışır. Buna görə də Azərbaycandan üzərimdə çox böyük diqqət var. Mən də bunu oradakı iş yoldaşlarıma deyirəm. Bu diqqətə görə hər kəsə öz dərin təşəkkürümü bildirirəm.

news-detail

- Üzərində işlədiyiniz teleskopun dəyəri nə qədərdir?

- Təxminən 2 milyard dollardan çox olacağı gözlənilir.

- NASA-da iş yoldaşlarınız arasında Azərbaycana qarşı münasibət necədir?

- Yaxın dostlarım, iş yoldaşlarım tez-tez Azərbaycan barədə soruşular. Mən də onlara ölkəmiz haqqında məlumat verirəm. Onlar da Azərbaycana gəlib, buraları görmək istəyirlər. 

- NASA-da maaş sistemi necədir?

- Azərbaycandakı maaşlarla müqayisədə çox yüksəkdir. Amma Amerika ilə müqayisədə o qədər də çox deyil. NASA dövlət qurumudur. Əgər mənim tək istəyim pul olsa idi, daha çox maaş verən iş tapar və NASA-da qalmazdım. Hazırda da belə imkanlarım var. Amma NASA sözü "CV"-də çox gözəl görünür. Artıq oktyabr ayında orada işləməyimin bir ili tamam olacaq.

- NASA-da rəhbər və işçilər arasında münasibətlər necə tənzimlənir?

- Hər kəs bəlli bir layihə üzərində çalışır. Və hər kəs də öz vəzifə öhdəliyini bilir. Hamının rəhbəri, yəni supervayzeri var. Supervayzerlər öz aralarında iclas keçirirlər və qərar verirlər ki, məsələn, bu gün ADC testi olmalıdır. Daha sonra mənim supervayzerim gəlir və öz qurupunu yığır, bizə qərarları barədə məlumat verir. Qoyulan tapşırığı icra edir və bu haqda report yazıb, supervayzerə göndəririk. 

news-detail

- İşə gecikmə zamanı cəza tədbirləri olurmu?

- Xeyr. İş mühiti çox rahatdır.

- Rəsmi şəxslər gəlib işlərinizlə tanış olurlarmı?

- Bir dəfə İsveç kralı NASA-ya gəlib, işlərimizlə tanış olmuşdu. ABŞ prezidenti və vitse prezidenti tez-tez gəlirlər.

- NASA-nın gələcək layihələri haqqında məlumat verə bilərsinizmi?

- Bəlkə də mənə güləcəksiniz, amma siz bu haqda məndən daha çox bilirsiniz. Bu haqda NASA-nın daxilində çox danışılmır. Hər gün NASA haqqında məqalələr oxuyan insanlar bu barədə məndən daha çox məlumatlıdırlar. Mən sadəcə, mühəndisəm.

- "NASA" deyiləndə bizim gözümüzün önünə baxdığımız filmlər gəlir. Bəs ilk vaxtlar sizdə vəziyyət necə idi?

- Hətta bəzən indi də nəyə görəsə qəmgin olanda fikirləşirəm ki, mən Amerikadayam və NASA-da işləyirəm. Özümə belə bir təsəlli verirəm.

- Azərbaycanla bağlı hansı planlarınız var?

- Bura vətəndir. Təbii ki, qayıtmaq istəyərəm. İstəyərəm ki, orada aldığım təhsili, təcrübəni vətənimdə də tətbiq edim...

- Atilla özü necə bir ailədə böyüyüb?

- Atam Ramiz Əsgər Bakı Dövlət Universitetində (BDU) Türkologiya Kafedrasının müdiridir. "Şöhrət" ordenilə təltif olunub. Anam isə 6 nömrəli məktəbdə müəllimə işləyir. Mən də həmin məktəbin məzunuyam. Anam iki dəfə "İlin Müəlliməsi" seçilib. Əməkdar müəllimədir. İki bacım var - Leyla Azərbaycan Dövlət Televiziyasında müxbir, Ayla isə Türkiyədə həkim işləyir.

- Sonda gənclərə nə demək istərdiniz?

- Nə oxumaq istədiklərinə öncədən qərar versinlər. Daha çox texniki sahələrə yönəlsinlər. Fizika, kimya, biologiya və s. dəqiq elmləri oxusunlar. İmkanları dəyərləndirsinlər. Azərbaycanda yaxşı təhsil aldıqdan sonra öz üzərlərində işləyərək də böyük mütəxəssislər ola bilərlər. Sadəcə, özlərinə inanmalı və öz üzərlərində çalışmalıdırlar.

 


XƏBƏR LENTİ
17.02.2018
Baş nazir təqaüdlərlə bağlı qaydaları dəyişdi 22:52
Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb + YENİLƏNİB 22:05
Bakı sakinindən maraqlı ixtira: Tullantılardan neft istehsal edir + VİDEO 21:30
Böyrəyini verdiyi qıza evlənmə təklifi etdi - Cavabdan şoka düşdü 20:58
“Google” bu funskiyaları deaktiv etdi + FOTO 20:33
SOCAR-a məxsus benzin daşıyan maşın partladı 20:10
2 nəfərin ölümünə səbəb olan qəzayla bağlı AÇIQLAMA 19:43
Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı 19:13
Qəbələdə istirahət mərkəzi yanaraq külə döndü + VİDEO 18:43
Bakı sakini mağazadan dovğa aldı: görün içindən nə çıxdı + VİDEO 18:16
Bəstəkarın ailəsində ağır itki 17:49
Azərbaycanlı aktyor dünyasını dəyişdi 17:20
Şahin Zəkizadənin ölümündən 1 il keçir 17:00
MSK daha 7 nəfərin prezidentliyə namizədliyini təsdiq etdi 16:40
Bakıda doğranmış meyitin kimliyi bilindi - Qatili qadın imiş 16:20
Bu cür insanlardan UZAQ DURUN! - Xəbərimiz olmadan beyniniz... 16:00
DTX Bakıda "rəis"-i saxladı 15:30
Bu məhlulun bir qaşığı bütün bağırsaqları təmizləyir və arıqladır 15:20
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...” 15:17
Ərdoğan qələbə ANONSU VERDİ: 40 il... 15:05
Həsən Ruhanidən gözlənilməz - Afrin qərarı 14:55
Soğan niyə bahalaşıb? – Nazir SƏBƏBİNİ AÇIQLADI 14:45
Nadejda Mandelştamın əri Osip Mandelştama sonuncu məktubu 14:23
Azərbaycanın Milli Qəhrəmanları – Ələkbər Əliyev və Əliyar Əliyev + DOSYE 14:10
Həftəsonu hava kəskin DƏYİŞƏCƏK - PROQNOZ 13:50
Parlamentin sədr əvəzindən sərt etiraz - Yerinizdən danışmayasınız, qapını bağlayın, kimsəni bayıra buraxmayın 13:26
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi: “Anam acından öldü” 13:20
Azərbaycanın xarici borcu niyə artır? - Nazirlik SƏBƏBİNİ AÇIQLADI 13:15
General Putini müharibədən saxlayan İKİ AMİLİ AÇIQLADI 13:04
Bakıda DƏHŞƏTLİ qəzanın anbaan GÖRÜNTÜLƏRİ + VİDEO 12:42
ABŞ, Rusiya, İsrail, Türkiyə... – Pərdəarxası müharibənin gizli səbəbi İLK DƏFƏ ORTAYA ÇIXDI 12:40
Bakıdan Afrin dəstəyi Türkiyədə gündəm oldu + VİDEO 11:57
ABŞ Öcalan və Qəndili sildi: Tillersonun təklifinin sirri... 11:35
Türkiyə möhtəşəm silah hazırlayır + FOTO 11:15
Qızılın QİYMƏTİ 11:05
“II Dünya müharibəsində…” - ABŞ kəşfiyyatının Qarabağla bağlı MƏXFİ MƏKTUBU - MƏTN 10:45
Rusiya ABŞ-ın Suriyadakı təhlükəli planını AÇIQLADI 10:30
Neftimiz BAHALAŞDI 10:25
Milli İstihbarat Təşkilatından UĞURLU ƏMƏLİYYAT + FOTO 10:10
“Halal” sertifikatını artıq bu qurum verəcək – Yenilik 09:55
Cəbhədən SON XƏBƏR 09:30
Ermənilərin törətdiyi Qaradağlı qətliamından 26 il ötür 09:15
Rusiya ilə razılaşmam olmayıb - Tramp 09:00
Ramil Usubovdan yeni rəis TƏYİNATLARI 00:20
Nazirlikdə yeni təyinat 00:00