success closed Loading...

Ziyafət Əsgərov: - “Eldar Mahmudov məsuliyyət daşıyır”

Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun müsahibəsi.

Enter.News xəbər verir ki, ilin sonunda Milli Məclisin fəaliyyəti xüsusilə büdcə müzakirələri fonunda daha çox diqqət çəkdi.

- Bilirsiniz ki, büdcə bizim əsas maliyyə sənədimizdir. Hesab edirəm ki, müxtəlif mövqeli müzakirələrə baxmayaraq, təsdiq etdiyimiz büdcə çox təmkinli büdcədir. Hazırda dünyada maliyyə-iqtisadi böhran davam etdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatı bu günə qədər risklərdən kifayət qədər özünü qoruya bilib. Baxmayaraq ki, bizim də müəyyən çətinliklərimiz var. Əlbəttə, biz dünyaya açıq bir ölkəyik. Dünya iqtisadiyyatının tərkib hissəsiyik. Buna baxmayaraq, Azərbaycanda aparılan düzgün iqtisadi, sosial və digər yönümlü siyasət imkan verdi ki, ölkə özünü qoruya bilsin. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan prezidentinin xüsusi sərəncamı ilə milli iqtisadiyyatımızla bağlı yol xəritəsi müəyyən olundu. Bu yol xəritəsi postneft dövrünün ən önəmli sənədlərindən olacaq. Burada müxtəlif istiqamətlər müəyyən edilib. Bu yol xəritəsi imkan verəcək ki, Azərbaycan daha da inkişaf etsin, daha da güclənsin, əhalinin rifahı daha da yaxşılaşsın.

- Milli Məclisdə bir sıra qanunlara büdcədən istifadə ilə bağlı qənaət xarakterli düzəlişlər olur. Bu, hərbi sahəyə də şamil olunacaqmı?

- Qənaəti həmişə etmək lazımdır. İstər büdcə vəsaitləri çox olan dövrdə, istərsə də az olan dövrdə. Ümumiyyətlə, qənaət yaxşı keyfiyyətdir. Amma büdcəmizə fikir versəniz, hərbi büdcə ilə bağlı heç bir problem yoxdur. Bizim qarşıya qoyduğumuz məqsəd odur ki, Azərbaycanın hərbi gücü bu günə qədər olduğu kimi, bundan sonra da artsın. Çünki biz bilirik ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdiyi üçün qarşımızda hansı vəzifələr durur. Bu mənada biz hərbi büdcə baxımından heç vaxt zəifləyə bilmərik.

- Bu yaxınlarda NATO PA-nın növbəti sessiyasından geri döndünüz və bu sessiya ermənilərlə azərbaycanlı və türkiyəli nümayəndələr arasında sərt replikalarla yadda qaldı. Nə baş verirdi orada?

- O baş verdi ki, ermənilər yenə təxribata əl atdılar. Yeri gəldi gəlmədi, mövzuya aidiyyəti oldu olmadı, yersiz və məntiqsiz suallar verirdilər, fikirlər söyləyirdilər. Bu dəfə də orada Türkiyənin Baş Qərargah rəisinə yersiz suallar verdilər. Məsələn, Əfqanıstandakı vəziyyət müzakirə olunarkən ermənilər qəflətən sual verdilər ki, “27 dövlət “erməni soyqırımı”nı tanıyıb, Türkiyə nə vaxt tanıyacaq?” Özü də bu sualı Baş Qərargah rəisinə verirlər. Məntiqi yox, yeri yox, tamamilə mənasız bir sual. Hamınız da şahidi oldunuz ki, Baş Qərargah rəisi onlara necə cavab verdi... Eləcə də, hörmətli Mövlud Çavuşoğluna verilən sual tamamilə mənasız və yersiz idi. Hər ikisinin ermənilərə cavabı salonda alqışlarla qarşılandı. Bu, o deməkdir ki, uydurma soyqırım söhbəti artıq dünya ölkələrini, onların deputatlarını da bezdirib. Bunlar harada gəldi, mövzuya dəxli oldu olmadı, bu uydurma məsələni ortaya atırlar və bundan başqa mövzu bilmirlər. Təxribat xarakterli mövzu seçmək, aranı qatmaq bunların peşəsinə çevrilib. Mövlud Çavuşoğlu onlara cavabında düzgün qeyd etdi ki, əsl soyqırımı unutdurub, uydurma soyqırımdan danışmayın. Əsl soyqırım Xocalı soyqırımıdır ki, onu da siz ermənilər törətdiniz. Bu, çox uzaqda yox, yaxın tarixdə baş verib, niyə bunu unudursunuz? Bu, hamının gözü qarşısında baş vermiş hadisədir və dünya buna öz qiymətini verməlidir. Bizim deputatlar da mövzunu genişləndirərək bir daha NATO PA üzvlərinin nəzərinə çatdırdılar ki, Xocalı soyqırımından danışmaq lazımdır. Yoxsa, uzaq keçmişdən bir tarix seçərək, hay-həşir salmaq lazım deyil. Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan da dəfələrlə ermənilərə deyib ki, “əgər siz bu məsələni qoyursunuzsa, gəlin arxivləri açaq. Niyə arxivlərin açılmasından qorxursunuz? Gəlin beynəlxalq komissiya yaradaq və tarixçilər arxivlərdə işləsinlər, həqiqəti də ortaya qoysunlar.”. Amma ermənilər buna getmirlər. Əgər həqiqətən soyqırım baş veribsə, o zaman ermənilər niyə arxivlərin açılmasına getmir? Deməli, yalandır və bu mövzu onlar üçün siyasi oyun alətidir.

- Son günlər bir sıra erməni qeyri-hökumət təşkilatları və media nümayəndələrinin Azərbaycana səfərləri, buradan Ermənistanın işğalçılıq siyasətini etiraf etmələri və rəsmi İrəvanı sərt tənqid etmələri də gündəmdədir. Bəziləri ermənilərin Bakıya bu səfərlərini və bəyanatlarını səmimi qəbul etmir, hətta təhlükəsizlik baxımından riskli adlandırırlar. Siz necə düşünürsünüz ?

- Mən sizə deyim ki, əvvəla, erməni fəalların Azərbaycana gəlməsi və bizimkilərin Ermənistana səfərləri yeni bir hadisə deyil. Yəni, bu platforma çərçivəsində onların hər hansı nümayəndəsinin bura gəlməsinin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmasını mən görmürəm. Bunlar onsuz da qapalı obyektlərə getmirlər, heç onları ora buraxan da yoxdur. Amma onlar açıq formada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini etiraf edirlərsə, Ermənistanı tənqid edirlərsə, Azərbaycan həqiqətlərini dilə gətirirlərsə, rəsmi İrəvanın işğalçılıq mahiyyətini açıb göstərirlərsə, o zaman bunun nəyi pisdir? Mən buna normal baxıram. Qoy, ermənilər özləri etiraf etsinlər ki, ölkələri işğalçıdır, etiraf etsinlər ki, Azərbaycanda hansı cinayətləri törədiblər, Xocalı soyqırımına səbəbkar olublar, siyasi rəhbərləri bu cinayətlərin icraçısıdırlar və sair... Qoy desinlər, etiraf etsinlər. Burada pis heç nə yoxdur.

- Son vaxtlar Ermənistan hakimiyyətinin müxtəlif səviyyəli rəsmiləri Azərbaycana qarşı bəyanatlar səsləndirirlər. Müharibə riskindən bəhs edərək Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürürlər.

- Bunlar hamısı Ermənistanın daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın cəmi 2 milyard dollar dövlət büdcəsi var. Soruşmaq lazımdır ki, sən bu büdcə ilə Azərbaycana qarşı nə edə bilərsən, ay bədbəxt? Sadəcə olaraq, onlar bu ilin aprel hadisələrində öz təxribatlarına tutarlı cavab aldılar. Sözün əsl mənasında Ermənistan bu il Azərbaycandan çox yaxşı sillə yedi. Bundan sonra hələ də özlərinə gələ bilməyiblər və daxili auditoriyalarını inandırmağa çalışırlar ki, guya Ermənistanın filan silahı budur, kəşfiyyatı belə işləyir və s. Bütün bunların da heç bir əsası yoxdur. Azərbaycan yetərincə güclü dövlətdir. Ermənistan bu gücü gördü və hələ də özünə gələ bilmir. Ona görə də belə vasitələrlə əhalini sakitləşdirmək istəyirlər. Amma belə bir söz var: divar bitəndən sonra hara gedəcəksən? Əslində bu ölkəyə Ermənistan Respublikası deyilməsi də düzgün deyil. Bu, Ermənistan adlı bir qurumdur, bir forpostdur, iqtisadiyyatının da 80 faizi heç özünün deyil, başqa dövlətindir. İndi buna müstəqil dövlət demək mümkündürmü? Ermənistanın daxilində hazırda aclıq, səfalət və sosial gərginlik hökm sürür. İnsanlar Ermənistanı tərk edib gedirlər. Çünki yaşamaq üçün orada heç nə qalmayıb, rejim isə hərbi xuntadır. Qısası, marionet dövlətdir.

- Azərbaycanın müdafiə naziri dəyişdikdən sonra orduda yeniliklər müşahidə olunur. Eyni zamanda, cəbhə bölgəsində düşmənə cavab atəşi olaraq sarsıdıcı zərbələr endirilir. Sizcə bu yeniliklər artıq Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə almasında qərarlı olmasından xəbər verir?

- Biz öz sülhpərvərliyimizi həmişə göstərmişik. Azərbaycan bu gün sözün əsl mənasında Qafqazın ən güclü dövlətidir, ən güclü ordusuna malikdir, lakin biz yenə də sülhpərvərliyimizi həmişə bəyan edirik. Amma Ermənistan bunu anlamır, danışıqları imitasiya xətrinə aparır. Şəxsən mən hesab edirəm ki, əgər bu imitasiya belə davam edəcəksə, daxili hüquq nöqteyi-nəzərindən də, beynəlxalq hüquq nöqteyi-nəzərindən də Azərbaycanın haqqı, ixtiyarı var ki, öz torpaqlarını müharibə yolu ilə geri qaytarsın. Açıq deyim ki, mən artıq ATƏT-in Minsk Qrupuna inanmıram. Sadəcə gəlirlər, Azərbaycanda və Ermənistanda görüşlər keçirib, çıxıb gedirlər. Necə deyərlər, “dejurnı” səfərlər edirlər. Axı belə olmamalıdır! Minsk Qrupu bilməlidir ki, onun üzərində öhdəlik var, iş görməlidir. Deyirlər ki, Ermənistanla Azərbaycan razılığa gəlsin, biz heç nə demirik. Bu nə danışıqdır? Əgər Azərbaycanla Ermənistan razılığa gələ bilsəydi, onda Minsk Qrupunun yaradılmasına nə ehtiyac vardı? Siz nə qədər ki, işğalçıya işğalçı deməmisiniz və səmimi deyilsiniz, heç nəyə nail olmayacaqsınız. Sizin dövlət başçıları həmişə bəyanat verirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Amma axı bəyanatla iş getmir. Ona görə də mənim inandığım xalqımdır, dövlətimdir və prezidentimdir. Bu nə deməkdir ? Yəni, xalqla prezidentin birliyi-dövlətin gücüdür. Vəssalam! Biz torpaqlarımızı yalnız bu yolla azad edə bilərik.

- ATƏT Minsk Qrupunun həmsədri olan Rusiya bu yaxınlarda Ermənistan birləşmiş ordu yaradılması barədə qərar qəbul etdi. Sizcə, Dağlıq Qarabağ münaqişəsində vasitəçi olan ölkənin bu addımı nə anlama gəlir? Azərbaycan bu barədə Rusiya ilə qəti danışmalıdırmı?

- Mən bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə də danışmışam. Onlar Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndəriblər. Hələ bizə Rusiya konkret rəsmi cavab verməyib ki, bunu nə məqsədlə edib. Bir qrup ekspert deyir ki, bu, NATO-ya qarşıdır. Digərləri isə deyir ki, Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Amma biz Rusiyanın özündən rəsmi izahat aldıqdan sonra fikrimizi söyləyəcəyik.

- Rusiyanın Ermənistana “İsgəndər” raket kompleksi satması da gərginliyin artmasına səbəb oldu.

- Məncə bu, daha çox hərbçilərin işidir. İndi ruslar bizə deyir ki, sizə də silah satırıq, eynilə Ermənistana da silah veririk. “İsgəndər” kompleksi ilə bağlı konkret demirlər ki, bunu Ermənistan ordusuna veriblər, yoxsa Ermənistandakı Rusiya hərbi bazasına göndəriblər. Şəxsən bu, mənə aydın deyil.

- Açıqlandı ki, Ermənistana satıblar.

- Rəsmi səviyyədə açıqlanmayıb, ekspertlər səviyyəsində deyilir. Rəsmi açıqlanmalıdır. Biz rəsmi cavab aldıqdan sonra qərarımızı bildirəcəyik. Əlbəttə, Rusiya Minsk Qrupunun həmsədrlərindən biri kimi bitərəf olmalıdır ki, bu münaqişə həll olunsun.

- Vasitəçi ölkənin tərəfləri silahlandırmaqda məqsədi həqiqətən bu münaqişəni sülh yolu ilə həll etməkdir?

- Bu sualın cavabını siz məndən yaxşı bilirsiniz.

- Digər həmsədr ölkə olan ABŞ-ın dövlət katibi Kerrinin Dağlıq Qarabağla bağlır bəyanatı oldu. Söhbət “status-kvo”dan gedir. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, status-kvo mütləq dəyişməlidir. ABŞ-ın səfiri burda bir söz deyir, orda digər rəsmiləri başqa söz deyir. Həmsədr dövlətlərin xarici siyasətlərində də konkretlik yoxdur. Dövlət başçıları bir bəyanat verir, səfirləri başqa cür danışır, dövlət katibləri də başqa cür. Bax, buna görə də Minsk Qrupuna artıq inam yoxdur. Bunlar heç nə etməyəcəklər. Biz yalnız öz gücümüzə arxalanmalıyıq, vəssalam! Status-kvo dəyişəcək. Ermənistana təzyiq göstərilməlidir, bəyanatlardan irəli getmək lazımdır.

- Hər üç həmsədr ölkədə (ABŞ, Fransa, Rusiya) separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəliyi var. Azərbaycan vasitəçi ölkələrin öz missiyalarına zidd olan bu addımlarına niyə ciddi etiraz etmir?

- Çox məntiqli sualdır. Mən əvvəldə də qeyd etdim ki, Minsk Qrupuna artıq inanmıram. Bu inamsızlığın köklü səbəblərindən biri də budur. Doğrudan da, siz necə vasitəçisiniz ki, bir tərəfdən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğulsunuz, digər tərəfdən bu separatçı rejimin nəinki nümayəndəliyini yaradırsınız, hətta onun rəhbərliyi ilə rəsmi görüşlər də keçirirsiniz? Bu, əlbəttə bizi ciddi narahat edir. Bu məsələyə də aydınlıq gəlməlidir. Həmsədr dövlətlər bu məsələyə aydınlıq gətirməlidir. Minsk Qrupu yaradılıb, BMT TŞ-nin 4 məlum qətnaməsi var, hər üçünüz də BMT Təhlükəsizlik Şurasının daimi üzvüsünüz, nə üçün qətnamələrə əməl etmirsiniz ? Nədir sizin fikriniz? Açıq, konkret bizə fikrinizi deyin, işimizi bilək. Biz onsuz da işimizi bilirik və nə edəcəyimizi də bilirik. Bilirsiniz, bu qədər riyakarlıq olmaz.

- Son günlər ətraf 7 rayonun qaytarılması, sülhməramlıların yerləşdirilməsi və sair bu kimi mövzular da gündəmdədir. Siz nə düşünürsünüz?

- Bu, daha çox siyasi məsələdir. Cənab prezidentin də bəyanatında göstərildiyi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarıyıq. İndi bu beş rayon olacaq, yeddi rayon olacaq, neçə rayon olacaq, mən bunu dəqiq deyə bilmərəm. Sülhməramlıların yerləşdirilməsinə gəldikdə isə, onu deyə bilərəm ki, danışıqların predmetinə daxil olan məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır. Ona görə də mən bu məsələnin müzakirə obyekti olduğunu istisna etmirəm.

- Son bir neçə ildə Azərbaycanda korrupsiya faktları ilə bağlı təhlükəsizlik strukturları da daxil olmaqla, yüksək rütbəli məmurlar həbs olundu, qurumlarda islahat aparıldı. “Keçmiş MTN işi” adlandırılan məhkəmə proseslərində olduqca ciddi faktlar üzə çıxır. Bununla bağlı nə deyə bilərsiniz və islahat xarakterli addımlar davam edəcəkmi?

- Ümumiyyətlə, bizim qəbul etdiyimiz hər bir sənəd özlüyündə islahatları ehtiva edir. Cənab prezidentin bu istiqamətdə də islahatlar aparılması ilə bağlı xeyli fərmanları, sərəncamları var. Əlbəttə, qəbul etdiyimiz qanun layihələri də bu islahatların ruhuna uyğun olmalıdır. Məsələn, bu yaxınlarda “Hərbi vəziyyət haqqında” qanun layihəsini yenidən hazırlayıb qəbul etdik. Bu qanunu ilk dəfə 1994-cü ildə qəbul etmişdik. Dövrünə görə də, indi də o qanun işləyir və gözəl qanundur. Amma artıq 1994-cü ildə bu qanunu qəbul etdikdən sonra biz 1995-ci ildə yeni Konstitusiyanı, Hərbi Doktrinanı, Təhlükəsizlik Konsepsiyasını qəbul etdik və sair. Ona görə də bu sənədi yenidən hazırlayıb, qəbul etdik. Ordumuz güclənirsə, onun normativ hüquqi bazası da güclənməlidir. Bu yöndə işlərimiz davam edir. O ki qaldı həbs olunanlara, hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək.

- Parlamentdə bu sahə ilə məşğul olan şəxs kimi həmin vaxt baş verənlərlə bağlı məlumat alırdınızmı?

- Xeyr, məlumatım olmayıb.

- Sizcə, MTN-ə vaxtilə rəhbərlik edən nazir məsuliyyət daşıyırmı?

- Əlbəttə daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq.

- Son günlər əmək pensiyaları ilə bağlı yaş həddinin dəyişdirilməsi məsələsi də gündəmdədir. Bu məsələ hazırda nə yerdədir?

- Bu layihə Milli Məclisə daxil olub. Hazırda Əmək və sosial siyasət komitəsindədir və yaz sessiyasına hazırlanır.  (apa)

 

GÜNÜN XƏBƏRLƏRİ
Ağcabədidə ana və körpə doğuş zamanı ölüb 12:16
Oyuna baxmaq istəyirsinizsə, biletləri daha tez alın - "Qara bazar" yığışdırılır 12:10
Qardaşını güllələyib öldürən şəxs 18 il azadlıqdan məhrum edildi 12:02
Nəyə görə "Reina"? - Cinayətkarın cavabı 11:53
Lotu Quli Rövşən Lənkəranski haqqında - o, heç kimdir və onun adı yoxdur 11:40
“MTN işi” üzrə növbəti məhkəmə prosesi başlayıb 11:35
Dövlət Gömrük Komitəsinin sədri: - "Sınıq Körpü"dəki növbələrin və problemlərin səbəbini açıqlayıb 11:31
20 ildir eyni avtomobili sürən - Məşhur Milyarder 11:30
Daha bir ölkə ilə aviareyslər açıla bilər: - Vyetnamla 11:18
Dövlət Gömrük Komitəsinin sədri: - "İki il ərzində 503 əməkdaşımız məsuliyyətə cəlb olunub, 84-ü işdən çıxarılıb" 11:13
Ötən il Azərbaycandan 2 milyon dollardan çox olan valyutaların çıxarılmasının qarşısı alınıb 11:09
Sumqayıtda taxta sexi yanıb 11:04
Məhkəmə Əli İnsanovun apelyasiya şikayətini təmin etmədi 10:58
Ekoloji qanunvericiliyi pozanlara 42776,75 manat ödəmə tətbiq edilib 10:51
"Samsung" rəhbərinin məhkəməsində baş verənlər 10:50
SOCAR qaz pulunun artırılmasını tələb edəcək - RƏSMİ AÇIQLAMA 10:47
Qızılarslanın Sultan Səncərə onu bağışlaması üçün yazdığı əfv məktubu - TAM MƏTN 10:45
Sabah bağlanacaq yolların - SİYAHISI açıqlandı 10:43
İstanbulda antiterror əməliyyatı: - Helikopter də cəlb olundu 10:37
"Sosial mənzillər"də 1 otaqlı ev üçün nə qədər pul ödəyəcik? - MÜTLƏQ OXUYUN 10:25
Telefon və internet xidmətləri üzrə aylıq abunə haqları onlayn və ödəmə terminalları vasitəsi ilə qəbul ediləcək 10:25
Atəşkəs rejimi 40 dəfə pozulub 10:01
Azərbaycan nefti 1% ucuzlaşıb 09:51
Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb 09:35
Bakıda polis avtomobili ilə vurulan piyada ölüb 09:21
İŞİD tərkibində döyüşmüş azərbaycanlıların apellyasiya şikayətinə baxılır 09:08
Koreyada 20 Yanvar faciəsinin qurbanları anılıb 08:50
Stoltenberq: - “NATO sistemlərinə kiberhücumların sayı 60% artıb” 08:37
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb 08:21
Canet Yellen: “FED uçot dərəcəsini 3%-dək artırmağı planlaşdırır” - Azərbaycan böyük böhranın astanasında 08:13
Barak Obama: - “Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq” 08:09
İsveçrədə Türkiyə baş konsulluğuna hücum olub 08:02
8 yaşlı mingəçevirli Nihad - Van Damma meydan oxudu + VİDEO 02:33
İtaliyada hotel qar uçqunu altında qalıb 02:19
Leyla Əliyeva Dünya İqtisadi Forumunun keçirildiyi Konqres Mərkəzində olub - FOTOLAR 02:08
Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz + FOTO 01:19
Barak Obama Rusiyaya qarşı tətbiq edilən sanksiyaların - SƏBƏBİNİ AÇIQLADI 00:41
Smayliklərin xeyri - ARAŞDIRMA 00:33
Nikki Heyli: “Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil” 00:15
18.01.2017
İlham Əliyev Davosda Vahid Ələkbərovla görüşüb - YENİLƏNİB 23:50
Türkiyədə Reina terrorçusu ilə istintaq niyə rus dilində aparılır? - QAN DONDURAN İFADƏLƏR VƏ YENİ MƏQAMLAR 23:30
Ata Corc Buş reanimasiyaya yerləşdirilib 23:07
Hacıbala Abutalıbovdan növbəti tarixi çıxış - Fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər + VİDEO 22:53
Azərbaycanın indiki Baş nazirinin soyadı necə yazılır? - DƏQİQ CAVAB 22:42
Silahlı Qüvvələrin Baş Qərargah rəisi öldü - MÜƏMMALI YOL QƏZASI 22:26
İlham Əliyev Davosda İraq Kürdüstan Regional hökumətinin başçısı ilə görüşüb - FOTOLAR 22:18
Yol polisindən heyvanlarla bağlı - XƏBƏRDARLIQ 22:15
Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub - FOTOLAR + YENİLƏNİB 21:45
Mirzə Kazım Bəy Şeyx Şamillə görüşündən yazır - tarixi söhbət 21:25
Sosial evlər neçəyə olacaq? - MİDA rəhbəri açıqladı 21:03
Polis əməkdaşı: - "MTN-də döyüldüm, məndən 250 min manat istədilər" 20:16
Nazir Malayziyada Qarabağdan danışdı - FOTO 19:49
Sən başıma gələn ən böyük dərdsən - UNUDULMAZ SİTATLAR 19:25
Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb - FOTO 19:02
700 fransız İŞİD sıralarında döyüşür 18:55
"Beşmərtəbə"dəki yeni yol zolağı artıq daimi oldu - Sürücülərin nəzərinə 18:40
Tramp mətbuat mərkəzinin Ağ Evdən köçürülməsinə münasibət bildirdi 18:30
Turan İbrahimov: - "Mən onları oralarda görəndə çox utanıram, pərt oluram" 18:25
Rus həkim xərçəngə qalib gəldi - ŞAD XƏBƏR 18:18
Serj Sarkisyan "qanuni oğrular"la kef məclisində - Sensasion VİDEO 18:10
6 ilə ərsəyə gələcək "Çanaqqala-1915" - dünyanın ən uzun körpüsü olacaq 18:03
Yanvarın 19-na dolların məzənnəsi - Manat yenidən enir? 17:44
Sabah paytaxtın bəzi hissələrində qaz olmaycaq 17:39
Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib 17:30
Atambayevin Çin səfəri: türk təyyarəsinin qəzaya uğraması - Təsadüf, yoxsa sui-qəsd? 17:25
Türkiyə parlamentində növbəti konstitusiya müzakirəsi - bu gün olacaq 16:48
Pilot ərazilərdəki xəstəxanalara direktorlar təyin edilib 16:44
Qurban Qurbanov: "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı Azərbaycanda gözləyirik 16:42
Cəlilabadda 2-ci sinif şagirdi kanalda boğulub 16:36
Bakı Sağlamlıq Mərkəzinin özəlləşdirilməsi ilə bağlı - AÇIQLAMA 16:35
Ermənistan hakimiyyəti hərbi qulluqçuları aldatdı 16:26
Satıcılar bəzi siqaretləri bahalaşdırdı 16:25
Futbolçu terrorist elan edildi 16:19
Azərbaycan alimi “Nobel”i ittiham etdi - Nobel Mükafatı azərbaycanlıların qanını tökən bir cinayətkara verilib 15:57
Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi 15:35
Araz Əlizadə: - "Rövşən Lənkəranski saxta qəhrəman idi" 15:29
İdmançı Kamil Zeynallı xanım jurnalisti təhqir etdiyi üçün polis şöbəsinə çağırıldı - Əfruzə Ağayeva hal-hazırda həkim nəzarətindədir 15:12
“Təfəkkür”dən sonra növbə kimindir? - Ekspert şok ad açıqladı 15:09
Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalandı 15:02
Türkiyə parlamentində konstitusiya dəyişiklikləri ilə bağlı səsvermənin ikinci turu başlayır 14:57
Neft yatağında qəza: - Ölənlər var 14:50
Dilçilik İnstitutu: - Qüsurlar aradan qalxmasa, dildə çox böyük uçurum yaranacaq 14:47
Qaradağda sakinlər Bakı – Astara yolunu bağladı 14:44
Rusiya İrəvana 300 milyon ayırır - Məxfi plan 14:37
Erməni gəncləri Qarabağda hərbi xidmətdən imtina edirlər 14:32
Kazım Qarabəkir Paşanın İrəvan əsgəri komandanlığına - TARİXİ MƏKTUB 14:30
Rusiya və Avstriya XİN başçıları arasında Qarabağ müzakirəsi 14:22
Dövlət Gömrük Komitəsi: - İdxal əməliyyatı zamanı nöqsanlara yol verən şirkətlərin siyahısını açıqlayıb 14:22
İtaliyada güclü zəlzələ - 5,4 bal gücündə 14:09
"Reina" cinayətkarının arxasınca "qisas almaq" üçün gələn də vardı 14:00
Xaricdən Azərbaycana buynuz qişası gətirilməsi qadağasının götürülməsi təklif olunur 13:57
Mərkəzi Bankda struktur dəyişiklikləri olub 13:54
ATƏT sədri: - “Hər şeydən əvvəl Ukraynanın şərqindəki münaqişənin həllinə yardım etmək istəyirik” 13:43
Taksi sürücülərinə - xəbərdarlıq + FOTOLAR 13:42
Mərkəzi Bank bu gün valyuta hərracı keçirib - DOLLAR BAHALAŞMAQDA DAVAM EDİR 13:40
Bakı Zooparkına Çexiyadan hədiyyə - bir cüt cırtdan maral, 3 dekorativ keçi 13:36
"Reina" terrorçusunun yerini kim xəbər verdi? 13:34
Hikmət Hacıyev: - "Kiminsə özünü bloqer kimi təqdim etməsi digər ölkələrin qanunlarını və qaydalarını pozmasına əsas vermir" 13:24
IX və XI siniflər üzrə buraxılış imtahanları ödənişsiz olacaq 13:20
Kamran Ağayevə ağır cəza 13:13
"Qafqaz” Universiteti tələbələrinin nəzərinə 13:02
Obamanın sonuncu mətbuat konfransı - bu gün baş tutacaq 12:57
“Reina” terrorçusunun polislərə ilk sözü nə oldu? 12:52
Xoşbəxt Yusifzadə: - “Ümidləri yalnız neftə, qaza bağlamaq olmaz” 12:48
Bakıda zirzəmiləri suyla dolu binaların yerləşdiyi rayonların - ADLARI 12:42
2 gün hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ 12:31
Corc Buş xəstəxanaya yerləşdirilib 12:20
Kəpənəyə "Donald Tramp" adı verildi - Bəs səbəb nə oldu? 12:14
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb - FOTO 12:00
Rektor Qafqaz Universitetinin bağlanması məsələsinə - aydınlıq gətirdi 11:50
Peyvəndə nəzarətdə yenilik tətbiq olunacaq 11:43
Afaq Əliyeva: Qrip və kəskin respirator virus infeksiyalarla xəstələnmə - epidemioloji hədd daxilindədir 11:35
İlham Əliyevin "Palantir Technologies" şirkətinin baş icraçı direktoru və təsisçisi ilə görüşü olub 11:30
Bakı-Naxçıvan aviareysi təxirə salındı 11:18
"İnşaatçılar" stansiyasının 1-ci vestibülü təmirə bağlanır 11:07
"ASAN xidmət" mərkəzlərinin iş qrafikində dəyişiklik edilib 11:00
İlin əvvəlinədək "Şahdəniz-1" üzrə Gürcüstana 6 mlrd. kubmetr, Türkiyəyə 44 mlrd. kubmetr qaz verilib" 11:00
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb - FOTO 10:55
Moskva-Yerevan təyyarəsində dava düşdü 10:53
Azərbaycan ötən il 19 mln. tondan artıq "mənfəət nefti" ixrac edib 10:50
Ötən il torpağın və yerin təkinin mühafizəsi ilə bağlı 184 akt, 40 protokol tərtib olunub 10:42
"Qafqaz Universiteti" ləğv olunur 10:38
Xarici valyutanın ölkə ərazisindən gizli olaraq çıxarılması cəhdinin qarşısı alınıb 10:30
Əbülfəs Qarayev: Ötən il Azərbaycana gələn turistlərin sayında 11 faiz artım olub 10:28
Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq 10:22
Makkeyn: - “Rusiya Yaxın Şərqdə aparıcı rol oynayır” 10:22
Erməni silahlı bölmələri atəşkəsi 47 dəfə pozub 10:17
Tramp boykot edənlərə səsləndi: - "Biletləri qaytarın" 10:12
Bakı sərnişin-Zabrat-Sumqayıt sərnişin istiqamətində dəmir yolu təmir olunur - FOTOLAR 10:00
Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb 09:32
Həsən Ruhani: - “Nüvə proqramına dair sənəd imzalanmasaydı, İran neft satışında problemlə üzləşəcəkdi” 09:28
Qızıl 2 dollara yaxın bahalaşıb 09:16
Neft bahalaşıb 09:12
Barak Obama “WikiLeaks” informatorunun cəzasını yüngülləşdirib 09:06
Çexiya İsraildən 140 mln. dollar dəyərində MADR tipli səyyar 3D radarları əldə edəcək 08:27
Putin: “Mən Trampla tanış deyiləm” 08:23
Astanada Suriyaya dair danışıqlarda humanitar və siyasi məsələlər müzakirə ediləcək 08:16
Ağ Ev: Obama Putini bacarıqlı və işgüzar adam hesab edir 08:11
ABŞ Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin ekstradisiyası məsələsinə münasibət bildirib 01:43
Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza - ölkədən çıxışına məhdudiyyət + VİDEO 01:30
İran Suriyada mobil rabitə şəbəkəsi istifadəyə verəcək 01:16
Siqaret istəyini öldürən - 13 qida 01:08
Azərbaycandakı insan adlarının mənaları - TAM SİYAHI 00:45
Avropa Parlamentinin yeni rəhbəri seçildi 00:14