success closed Loading...

Səfir: “Qətər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyir”

Qətərin Azərbaycandakı səfiri Yusif Əl Saainin müsahibəsi

Enter.News xəbər verir ki, son vaxtlar Qətər dövləti ilə Azərbaycan arasında münasibətdə inkişaf müşahidə edilir. Bu il Qətər əmirinin Azərbaycana səfəri həyata keçirildi, gələn il isə Azərbaycan prezidentinin səfər planlaşdırılır. Səfər zamanı hər hansı müqavilələrin imzalanması gözlənilirmi? 

- Qətər dövləti və Azərbaycan arasındakı əlaqələr ötən illər ərzində xeyli inkişaf edib. Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ilin martında Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrində əlaqələrin möhkəmlənməsinə təkan verib. Bu səfər çərçivəsində tərəflər arasında əlaqələrin bütün sahələrdə inkişafına gətirib çıxaran bir sıra sazişlər imzalanıb. Qarşıdan gələn ilin əvvəllərində Azərbaycan prezidenti İlham Əliyevin Qətər dövlətinə səfərinin iki dost ölkə arasında mövcud möhkəm və sarsılmaz əlaqələrin inkişafına səbəb olacağına, qarşılıqlı hörmət və dostluğa, səmimi münasibətlərə əsaslanan əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəyinə, investisiya və ticarət sahələrində yeni imkanlar açacağına ümid edirik. Eyni zamanda, sözügedən səfər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və həqiqi strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında mühüm rol oynayacaq bir sıra yeni sazişlərin imzalanacağı gözlənilir.

Qətər-Azərbaycan əlaqələri özəlliyi ilə seçilir. İki ölkə rəhbərləri arasında olan mövcud dostluq əlaqələri qardaşlıq münasibətlərinə söykənir. Bu əlaqələr ötən müddət ərzində yüksələn xətlə inkişaf edib. Müştərək iqtisadi, ticari, texniki komissiyanın yaradılması barədə sənəd imzalanıb, bu da iqtisadi və ticarət sahələrindəki əməkdaşlığın yüksək səviyyəli  siyasi əlaqələrlə paralel səviyyədə inkişaf etməsinə gətirib çıxaracaq. Hazırda sözügedən komissiyanın birinci toplantısına hazırlıq işləri gedir və bu toplantı zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət mübadiləsi həcminin artırılması, Azərbaycan tərəfinin Qətər tərəfinə təklif etdiyi investisiya imkanlarının öyrənilməsi və bir sıra digər problemlər, o cümlədən, iki ölkə arasında əməkdaşlığın müştərək istiqamətləri, birgə maraq doğuracaq layihələrin  yerinə yetirilməsi mexanizmi kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Komissiya həmçinin prezident İlham Əliyevin qarşıdan gələn ilin əvvəllərində Dohaya nəzərdə tutulan səfəri zamanı imzalanacaq sazişlərin üzərində lazımi tamamlama işlərini görməyi planlaşdırır.

- Ümumilikdə iki ölkə arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? 

 - Hər iki ölkənin malik olduğu böyük imkanlara və hüquqi bazanın mövcudluğuna baxmayaraq, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığın səviyyəsi siyasi münasibətlərin səviyyəsi ilə düz mütənasib deyil. Əminəm ki,  yaxın zamanlarda, xüsusən də, iqtisadi və ticari əməkdaşlıqda hər iki tərəfin xeyrinə olacaq böyük bir inkişaf müşahidə edəcəyik. Qeyd etdiyim kimi, birgə iqtisadi, ticari, texniki komissiyanın yaradılması iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığın inkişafına təkan verəcək.

- Qətərlə Azərbaycan arasında siyasi əlaqələr hansı səviyyədədir? İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını necə qiymətləndirirsiniz? 

- Qətər dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Hazırda hər iki ölkə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Qətər dövlətini Azərbaycanla bütün səviyyələrdə seçilən əlaqələr birləşdirir. Ümid edirik ki, bu əlaqələr gələcəkdə də sürətlə inkişaf edəcək və çiçəklənəcək. (apa)

- Əməkdaşlıq daha hansı konkret sahələrdə inkişaf edir?

 - Müştərək iqtisadi, ticari, texniki komissiyanın yaradılması iqtisadi və strateji əməkdaşlıq yolunda yeni səhifə açmaqla yanaşı, investisiyalar sahəsində, xüsusilə də, inşaat, turizm və kənd təsərrüfatı sahələrindəki investisiyalar üçün geniş imkanlar yaradacaq. Bu da iki dost ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatmasına gətirib çıxaracaq.

- Hər il İƏT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğala son qoyulmasına çağırış edən sənəd qəbul edilir. Qətər bu sənədi dəstəkləyən ölkələrdən biridir. Sizcə münaqişənin həlli üçün daha hansı addımlara ehtiyac var? 

- Qətər dövlətinin bu münaqişədə mövqeyi dəyişməzdir. Biz Azərbaycanın bütün hüquqlarının, o cümlədən ərazi bütövlüyünün, suverenliyinin beynəlxalq qanunlara və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə müvafiq olaraq bərpa edilməsini dəstəkləyirik. Sözsüz, bu, Cənubi Qafqazda  sabitlik və sülhün bərqərar olmasına gətirib çıxaracaq. Qətər dövləti bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlara əsasən dinc yolla həllini dəstəkləyir və eyni zamanda, bütün əlaqədar beynəlxalq təşkilatları bu münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün öz səylərini birləşdirməyə çağırır.  (apa)


XƏBƏR LENTİ
Baxçalı hamıya meydan oxudu - Seçki çıxışı 00:34
Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi 00:29
Tanınmış aparıcıya ağır itki 00:23
Dövlət Bahçalı Ərdoğanı təbrik edib 00:20
Səslərin 97%-i sayıldı: kim liderlik edir? - NƏTİCƏLƏR 00:16
24.06.2018
İlham Əliyev: Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlib 23:17
Bülletenlərin 78,11%-i hesablandıqdan sonra Ərdoğan 54,58% səs toplayıb 23:10
Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib 21:44
Türkiyədə prezident seçkilərində bülletenlərin 43 faizi hesablanıb, Ərdoğan liderdir 20:42
Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb 19:30
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESSİYA 13:11
Binəli Yıldırım: "Seçkilərdən sonra Türkiyə daha da güclənəcək" 13:09
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar süjet hazırlayıb + VİDEO 12:14
Türkiyənin strateji obyektində casus qalmaqalı: O qadın kimdir? 11:37
Hacı Nuran xəstədir, yoxsa hospitalı reklam edir? - ŞOK İDDİA + VİDEO 11:32
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirib 11:31
Azərbaycan kəndində saxlanılan erməni əsgərin ETİRAFLARI 11:27
Vəzifə başında ölən azərbaycanlı məmurlar... - Film kimi ölkə 11:13
Ramiz Rövşən: "İndiki cavanların ağzından süd, əlindən qan iyi gəlir” 11:06
Hesabı verməmək üçün yalandan dava salacaqdılar, amma... - Dəhşətli cinayətin təfərrüatı 10:59
Mühəndislərin Şeyxi Əcəmi Naxçıvani 10:45
Bakıda “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək 10:43
Serj Sarkisyanın qardaşı iri məbləğdə yeyintidə ittiham olundu 10:38
Vəzifə başında vəfat edən nazir Yavər Camalov kimdir? - DOSYE 10:30
Putin həqiqətən dünya çempionatını alıbmı? - FTB müəmmalı susqunluğunu qoruyur... 10:13
Prezidentin köməkçisi deputatla qohum oldu: Nağdəliyevin oğlu evləndi 10:06
Azərbaycanın peşəkar aktyorlarından olan - ATAMOĞLAN RZAYEV 09:59
Bu gün Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür 09:56
Hacıqabulda dəhşətli qətl: Rayon sakini xalası qızının boğazını kəsərək qətlə yetirib 09:37
Türkiyədə prezident seçkilərində təxribatlar planlaşdıran 11 PKK üzvü saxlanıldı 09:20
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri başlayıb + YENİLƏNİB 09:00
Deputat Abdulla Əfəndizadə: "Xalq arasına getmək lazımdır, Bakıda oturmaqla iş olmaz" 08:42