success closed Loading...

Əflatun Amaşov: “Dövlət yardımının internet mediasının durumunu yaxşılaşdıracağı qənaətindəyəm” - MÜSAHİBƏ

 

Enter.News Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibəsini təqdim edir

“Böhran media bazarına da təsirsiz ötüşmədi”

- Əflatun müəllim, 2016-cı il Azərbaycan mediası üçün hansı məqamlarla yaddaqalandır?

- 2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan olmadı. Böhran media bazarına da təsirsiz ötüşmədi, hərçənd pozitiv məqamları da az deyil.

“Media böhran şəraitində ayaqda qala bildi”

Azərbaycan 20 ilə yaxın idi ki, belə vəziyyətlə üzləşməmişdi, jurnalistikamız da həmçinin. Amma ümumən, mediamız böhran şəraitində ayaqda qala bildi. Belə bir immunitetin olması vacibdir. Demək ki, vəziyyətə adekvat reaksiya formalaşıb. Bu, sevindirici haldır.

Digər pozitiv cəhət Azərbaycan mediasında monolitliyin müşahidə edilməsidir. Söhbət «aprel müharibəsi» zamanı ortaya qoyulan mövqedən gedir. Bu mövqenin dövlətçilik maraqları ilə uzlaşmasını xüsusi vurğulamaq lazımdır. Media orqanlarımız əksəriyyət etibarilə ucuz sensasiya dalınca qaçmadı. Müdafiə Nazirliyinin informasiya verilməsinə məsul struktur bölməsi ilə işlərini koordinasiya edilmiş şəkildə qurdu. Cəmiyyətə vətənpərvərlik hissini kifayət qədər dolğun aşıladı. Bir sözlə, onlar ictimai rəyi düzgün şəkildə yönləndirən monolit komanda kimi çıxış etdi. Cəbhə xəttində əvvəlki illərdə yaşanmış gərginliklər zamanı biz bu peşəkarlıq nümayişini az-az görmüşdük. Hətta aşkar problemlər də var idi. Amma bu dəfə vəziyyət müsbətə doğru çox dəyişdi. Hesab edirəm ki, əldə edilən nəticə nikbinliyə əsas verir.

Azərbaycan jurnalistləri sentyabrda keçirilmiş ümumxalq səsverməsinin - Referendumun, eləcə də prosesə hazırlıq dövrünün işıqlandırılmasında da yaxından iştirak edərək vahid mövqe nümayişi ilə yadda qaldılar. Öz işlərinə kifayət qədər peşəkar yanaşdılar. Artıq qətiyyətlə demək olar ki, mediamızın seçki, referendum kimi taleyüklü hadisələri vətəndaşlarımıza çatdırmasında ənənə formalaşıb. Bu ənənə obyektivliyə, dəqiqliyə, qərəzsizliyə əsaslanan peşəkarlıq nümayişi ilə bağlıdır.

2016-cı il Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynamış «Kaspi» qəzetinin 135 yaşı tamam oldu. Nəşrin yubileyinin yüksək səviyyədə keçirilməsini milli mətbuatımızın ənənələrinə verilən dəyər kimi qiymətləndirirəm. Hesab edirəm ki, yubileyin qeyd edilməsi ümumilikdə cəmiyyətimizin mətbuatın missiyasına həssas yanaşma tərzini daha da gücləndirmək baxımından vacib idi.

Yola salmaqda olduğumuz ildə Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresi kimi mötəbər hadisəyə ev sahibliyini həyata keçirdi. Bu, ölkəmizin dünyadakı nüfuzu baxımından mühüm hadisə idi. Prezident İlham Əliyevin tədbirdəki dolğun və məzmunlu çıxışı, söz və ifadə azadlığı ilə bağlı səsləndirdiyi məqamlar Azərbaycanın dünyaya çağırışı kimi qəbul edildi. Ölkəmiz media sahəsindəki beynəlxalq miqyaslı toplantılara layiqli ev sahibliyi imicini bir daha nümayiş etdirdi.

- 2016-cı ili rəhbərlik etdiyiniz Azərbaycan Mətbuat Şurasının fəaliyyəti baxımından necə dəyərləndirərdiniz?

- Mətbuat Şurası özünün Nizamnamə tələblərinə uyğun fəaliyyət göstərdi. İş proseduru dəyişməz qaldı. Şikayətlərin araşdırılması, qərar və rəylərin qəbulu, müxtəlif tematik tədbirlərin, anım və yubiley toplantılarının, təqdimatların, birgə müsabiqələrin təşkili - hesab edirəm ki, ortada kifayət qədər dolğun mənzərə var. Mən bu barədə geniş danışmaq istəmirəm. Çünki Mətbuat Şurasının 2016-cı ildə gördüyü işlərə dair hesabatı olacaq.

Ümumən onu deyə bilərəm ki, Şuranın İdarə Heyətinin üzvləri bir sıra beynəlxalq miqyaslı nüfuzlu tədbirlərə qatıldılar, ölkəmizin media cameəsini layiqli şəkildə təmsil etdilər.

Mətbuat Şurası Türk Dünyası Sənədli Filmlər Festivalının Azərbaycan üzrə təşkilatçılığını öz üzərinə götürdü. Bildiyiniz kimi, ölkəmizdən də festivalda iştirak edənlər və mükafata layiq yer tutanlar oldu. Şura Bakı Dövlət Universiteti ilə birlikdə həmin laureatların təltifi ilə bağlı geniş toplantı təşkil etdi.

Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə reallaşdırdığı «İfadə azadlığı və media azadlığı» layihəsinin də uğurlu alındığı qənaətindəyəm. Layihə çərçivəsində biz jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, diffamasiya məsələlərinə bir daha nəzər yetirdik. Ayrıca Azərbaycan jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdi. Onlar Avropa Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və bacarıqlarını təkmilləşdirdilər.

9 noyabr 2016-cı il tarixdə Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma memorandumu imzalandı. Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb. Bütün bunlar son dərəcə vacibdir. Ümumən hesab edirəm ki, noyabrın 4-dən 10-dək Tehrana səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı əməkdaşlığımızın möhkəmlənməsi üçün kifayət qədər pozitiv məqamlarla yadda qaldı.

“Media iqtisadi cəhətdən hələ də özünü təsdiqləyə bilməyib”

- Sizcə, Azərbaycan mediasının hansı problemləri 2017-ci ilə daşınır. Bu istiqamətdə hansı xarakterik cəhətləri vurğulamaq mümkündür.

- Medianın iqtisadi cəhətdən özünü təsdiqləyə bilməməsi hələ də problem kimi qalmaqdadır. Düzdür, dövlətimiz bu sahədəki çətinliklərin aradan qaldırılmasını öz üzərinə götürüb. Həyata keçirilən tədbirlər göz önündədir. Amma medianın özü də təşəbbüslərlə çıxış etməlidir.

Az əvvəl peşəkarlıqla bağlı müsbət meyllərə nəzər saldım. Ancaq bütün bunlar yetərli deyil. Biz dünya mediasına inteqrasiya etməyi düşünürüksə, daha peşəkar olmalıyıq. İlk növbədə jurnalistlərimiz xarici dil biliklərinə yiyələnməlidirlər. Düşünürəm ki, məsələyə sistemli yanaşmağa ehtiyac var. Çünki informasiya işi ümumən ölkənin milli təhlükəsizliyi qədər vacib məsələ kimi qarşıya qoyulduğundan bu işi həyata keçirənlərin tam hazırlıqlı olmaları şərtdir.

Mediamızın, xüsusən də çap mediasının və internet saytların reklam məsələsi də aktuallığını saxlamaqdadır. Burada həmin kütləvi informasiya vasitələri ilə sahibkarların marağının uzlaşdırılmasına ehtiyac var. Mövcud istiqamətdə də sistemli iş aparılmalıdır.

“Jurnalist adından sui-istifadələr hələ də qalmaqdadır”

Jurnalist adından sui-istifadələr hələ də qalmaqdadır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatlar nəticəsində bəzi KİV rəhbərlərinin və onlara yaxın şəxslərin saxlanılmalarının yaratdığı mənzərə bunu deməyə əsas verir. Mətbuat Şurası hər zaman belə neqativ hallara qarşı mübarizə aparıb. Təəssüf ki, qurumun ictimai qınaq tədbirindən nəticə çıxarmayanlar yenə də var. Media ictimaiyyəti olaraq adımıza ləkə gətirən bu sayaq mənfi təmayüllərin aradan qaldırılmasında maraqlı olmalıyıq və daha çox çalışmalıyıq.

- Əflatun müəllim, 2017-ci il üçün media gözləntilərinizi bilmək maraqlı olardı.

- Əlbəttə, ilk gözləntim cənab Prezidentin sərəncamı əsasında inşa edilmiş binanın jurnalistlərin ixtiyarına verilməsidir. Bu, təkcə mənim deyil, bütövlükdə həmkarlarımızın hər birinin arzusudur. Uzun müddət kirayə həyatı keçirmiş biri kimi evsizliyin nə olduğunu gözəl bilirəm. Tanrı haqqı çatan hər kəsi arzusuna qovuşdursun. Düşünürəm ki, Azərbaycan dövlətinin jurnalistikamızla bağlı bu sayaq diqqət və qayğı nümunəsi davamlı olacaq.

“İnternet mediasının potensialı böyükdür”

Milli Məclisdəki çıxışlarımda da internet medianın dövlət tərəfindən maliyyələşməsinin vacibliyini bildirmişəm. Gözləntim budur ki, nəhayət 2017-ci ildə biz bu prosesə başlayaq. Çünki internet medianın potensialı böyükdür. Bu potensialdan «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın istiqamətlərinə uyğun faydalanmaq son dərəcə zəruridir. Digər tərəfdən, dövlət yardımının bu sahədə çalışan həmkarlarımızın sosial vəziyyətini, KİV-lərin maddi-texniki durumunu yaxşılaşdıracağı qənaətindəyəm. Zənnimcə, KİV-lərə Əlavə Dəyər Vergisi tətbiqinin ləğvinin yenidən şahidi olacağıq.

Daha bir mühüm gözləntim informasiya təhlükəsizliyi konsepsiyası ilə bağlıdır. Əlbəttə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası var. Sənəd kifayət qədər təkmildir. Orada informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da yer alıb. Ancaq məsələyə daha fundamental yanaşmağa ehtiyac var. Çünki informasiya təhlükəsizliyi yalnız milli təhlükəsizliyin bir elementi kimi qəbul edilməməlidir. Bu, özü ayrılıqda bir sahədir. Arzu edərdim ki, 2017-ci ildə informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilsin.

Fürsətdən istifadə edib jurnalist həmkarlarımı qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə indidən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

GÜNÜN XƏBƏRLƏRİ
Telefonunuz hansı halda bağlana və nömrəniz satıla bilər? - TƏFƏRRÜATLAR 13:42
Hərrac bitdi - dollar Azərbaycanda bahalaşdı 13:40
Bu gün ilk çərşənbə - Su çərşənbəsidir 13:25
Dünya bu görüntülərdən danışır - Sadəcə ağzı və burnu görünürdü - FOTO + VİDEO 13:15
Baş mama-ginekoloq: - “Uşaqlıqdan kənar hamiləliklərin sayı artıb” 12:58
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 12:49
Camal Yusifzadənin bir şeiri - Qardaşxan Əzizxanlı yazır 12:45
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi 12:26
Sabahın havası - necə olacaq? 12:20
Günəşli hava davam edəcək, duman olacaq 12:15
Tramp generalı özünə müşavir təyin etdi 12:13
Hakim Əfqan Hacıyev ərini öldürməkdə təqsirləndirilən qadına bəraət verib 12:08
Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur 12:06
Jerusalem Post: - Prezident Tramp Azərbaycanla bağlı 907-ci düzəlişi dondurmalıdır 11:50
Türkiyə ordusu Suriyada yenə itki verdi 11:47
Bakıda PARTLAYIŞ: xəsarət alan var 11:42
Pavel Bure ABŞ vətəndaşlığından imtina edib 11:36
"Arşın mal alan"ın 100 illiyinə həsr edilmiş kitab çap olunub - FOTOLAR 11:20
Yol qəzaları ilə bağlı ilin - İLK STATİSTİKASI 11:10
Tarixdə bu gün - 21 FEVRAL - Xalqımızın devalvasiya sözü ilə ilk tanışlığı 11:00
Terror aktları Parisdə turizmə nə qədər ziyan vurdu? 10:52
İŞİD hələ belə pusquya düşməmişdi - 90 İŞİD-çi belə məhv oldu + VİDEO 10:50
1937-ci ilin “Pravda” qəzetində yazıçı və şairlərimizi aşağılayan yazı - "Keçmişdə köçəri alaçığında yaşayanlar, indi Füzulini və Puşkini öyrənirlər" 10:20
Nağdsız əməliyyatları məhdudlaşdırmaq istəyən Rusiya Azərbaycan təcrübəsini öyrənir 10:17
Kaliforniyadan olan konqresmen Xocalı soyqırımına dair bəyanat verib 10:15
Maliyyə Monitorinqi Xidməti bir nəfərin adını "qara siyahı"dan çıxarıb 10:10
Rusiya Krımı üç dəfə işğal etmək istəyib - Şok etiraf 09:53
Ermənilər cəbhə xəttini atəşə tutdu 09:45
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri 09:43
“Azəravtoyol” ASC-nin bir qrup işçisi “Tərəqqi” medalı ilə təltif edilib - SİYAHI 09:40
Neft bahalaşıb 09:37
Naxçıvan Dövlət Arxiv İdarəsinin rəisi təyin edilib 09:15
Satışda Çin istehsalı olan "İvanka" ola bilər 09:10
Trampa Qüds xəbərdarlığı: - ABŞ təhlükədədir 08:53
Təyyarə ticarət mərkəzinin üzərinə düşüb - ölənlər var + YENİLƏNİB 08:17
Pens: - NATO ölkələri ilin sonuna qədər müdafiə xərclərini yüksəltməlidir 07:55
İsveçdə miqrantlar kütləvi iğtişaşlar törədib 07:50
ABŞ-ın müdafiə naziri İraqa səfər edib 07:45
Bu 4 MƏHSUL uşaqların qaraciyərini sıradan çıxardır 06:45
Kökəlmək istəyənlər üçün - TÖVSİYYƏLƏR 05:35
İmmuniteti gücləndirən - PULSUZ VASİTƏ 04:25
Toyuq ətinin üzərində bu zolaqlar varsa... 03:40
Soyuq havalarda çoxlu su için 02:35
Gənc oğlan öz dəfn mərasimində "dirildi" - Möcüzə 01:51
Rusiya, Azərbaycan və İran enerji dəhlizinin yaradılmasını müzakirə edəcəklər 01:35
NATO əsgərləri içib sərxoş oldu və... 01:30
İrandan türk səfirə sərt xəbərdarlıq - Gərginlik artır 01:10
Zaxarova: - "O, qeyri-adi bir şəxsiyyət idi" 00:44
Yaşayış binasında yanğın baş verib, - sakinlər təxliyyə olunub 00:33
"Münaqişənin həll olunması Rusiyanın da marağındadır" - Prezident 00:19
ABŞ səfirimizi dinləyirdi - Rusiyadan iddia 00:15
20.02.2017
Trampın limuzini satışa çıxarıldı - Qiyməti ... + FOTOLAR 23:40
Türkiyədə 227 hakim və prokuror işdən azad edildi - Səbəb FETÖ 23:14
Gömrükdə 4400 siqaret aşkarlandı - Aksiz markası olmayan 22:57
Türkiyə İranın sərt reaksiyasına elə bir cavab verdi ki... 22:54
Ermənilərdən geri aldığımız postlar - VİDEO 22:51
Vitali Çurkinin ölüm səbəbi məlum oldu 22:45
Atalar "üç"dən deyib - Messinin Misir səfəri... 22:20
Rusiyadan İraqa İŞİD sözü... 22:10
Vitali Çurkin öldü - 65 yaşına bir gün qalmış 22:05
“Apple” qırmızı rəngli iPhone 7 buraxacaq 21:38
Daha bir ölkədən erməni separatçılarına zərbə 21:21
4 nazirliyə iş tapşırıldı 21:18
Sərhədə artilleriya toplandı 20:41
Zər necə tutulur? - İnanmayacaqsınız + VİDEO 20:24
Bu şagirdlərə qızıl medal veriləcək 20:21
Rəsmi Tiflis: "Qarabağdakı "referendum"u tanımırıq" 20:08
İran hərbi təlimlərə başladı - Hücuma hazırlıq 20:05
İran İraqı birgə mübarizəyə çağırdı - HƏDƏF 19:54
Azərbaycanda narkotik tərkibli bitkilərin yetişdirilməsinə görə nəzərdə tutulan cərimələrin miqdarı açıqlanıb 19:51
Rusiyada yaşayan azərbaycanlılara - Müraciət 19:22
Türkiyədə partlayış - yaralılar var 19:19
“Mardan Palace”ın rəhbərliyi dəyişdi 19:11
Sarkisyandan Qarabağ etirafı: - “Biz uğursuzluğa məhkumuq olmuşuq” 18:58
Britaniya kommandosları Mosul üçün vuruşurlar 18:50
Təyyarə məmura görə təcili eniş etdi 18:30
İğdır qəzasında ölən Azərbaycan vətəndaşlarından 2-nin şəxsiyyəti müəyyənləşdi - VİDEO + YENİLƏNİB 18:22
Şagirdlərə qızıl və gümüş medal verilməsi qaydaları açıqlandı 18:12
Leyla Əliyeva hamıya çağırış etdi 18:12
"Azərbaycanın Rusiyadan silah alması İrəvanın xoşuna gəlmir" - Nalbandyan 17:54
İstanbulda PARTLAYIŞ: yaralılar var - FOTO + VİDEO 17:25
Nazir: "Bolqarıstan SOCAR-ı özünün neft məhsulları bazarında görmək istəyir" 17:08
İrəvan rəsmən Rusiyanın quberniyası oldu 17:00
"Çox yaxşı əlamətdir. Çox güman ki, belə də davam edəcək" - Vaqif Əsədov 16:53
Ərdoğanın ölümünü sifariş verən şəxsin adı AÇIQLANDI 16:45
"Tramp Güləni Türkiyəyə verə bilər" - ABŞ səfiri 16:37
Bakıdakı doğum evlərinin statusu dəyişdiriləcək 16:15
İran: - “İsrail və Səudiyyə Ərəbistanı bizi...” 16:06
Rusiya və Türkiyə S-400 satışı barədə danışıqlar aparırlar 16:00
Qəddafinin qardaşı Qərbin Liviya planından danışdı 15:55
"Rusiya istəsəydi, deyərdi ki, Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil" 15:45
Kasperski: - “Türk hakerlər və türk dili ilk onluqdadır” 15:34
Mal ətinin qiyməti yenə qalxıb - 11-12 manat 15:17
Fərid Hüseynov birinci müavin təyin olundu 15:04
İtkin düşən neftçilərdən daha birinin meyiti tapıldı - FOTO 15:00
Tapılan meyitin Vidadi Qurbanova məxsus olduğu rəsmən təsdiq edilib 14:36
Dünyanı silkələyən sui-qəsdin görüntüləri ortaya çıxdı: - Kim Çen Inın qardaşı necə zəhərləndi? + VİDEO 14:35
Cəbiş müəllimin həyat yoldaşı - ONA XƏYANƏT EDİBMİŞ… + VİDEO 14:35
"Bank of America": - Yaxın 5 ildə ABŞ neft hasilatında inanılmaz artım göstərəcək 14:20
Pxenyan ABŞ qarşısında diz çökdü 14:15
Azərbaycan prezidenti Qətərin ali təhsil nazirini qəbul edib - YENİLƏNİB 14:09
İDEAL-da şok saxtakarlıq: Vətəndaşa 469 manatlıq saxta ətir satdı 13:48
Kiçik çillə çıxdı - Novruz çərşənbələri başlayır 13:35
Nazirlik Gəncə Filarmoniyasının direktorunun rüşvət qalmaqalına münasibət bildirib 13:17
İran XİN: - Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir 13:13
Rusiya aktivləşir: - Suriyadan sonra sıra bu ölkədədir 13:00
Şahin həyat yoldaşına xəstəxanada evlilik təklifi edibmiş - VİDEO 12:58
Los Ancelesdə sərgidə erməni lobbisinin Azərbaycana qarşı təxribatı uğursuzluqla nəticələnib 12:47
Səhiyyə Nazirliyi: - Əsas təhlükə 14-16 yaşlı uşaqlarla bağlıdır 12:45
Banklar dolları bahalaşdırdı - QİYMƏTLƏR 12:38
Sabaha olan hava proqnozu - TEMPERATUR 12 DƏRƏCƏYƏ YÜKSƏLƏCƏK 12:35
Azərbaycanda direktor dəhşətli qəzada öldü 12:23
Bu günün valyuta məzənnələri - Avro, funt sterlinq və rubl ucuzlaşıb 12:20
Dilçi alimdən irad: - Sosial şəbəkələrdə Azərbaycan dilini nə günə salırlar?! 12:14
Əliağa Vahidin tibb bacısı ilə etdiyi zarafat ona evlənmək bahasına başa gəlir - "Adamın belə arvadı ola..." 12:12
İranda xalq ayağa qalxdı - Ordu və əhali arasında toqquşma 12:02
Türkiyədə azan xəbərdarlığı 11:45
İŞİD-li terroristin etirafları - qan dondurdu + FOTOLAR 11:25
"Onun tək maddi yardıma deyil, mənəvi bir dayağa da ehtiyacı var" - Alman şairinin "Əli və Nino"-nun müəllifi Məhəmməd Əsəd bəy haqqında ürək sızladan məktubu + FOTO 11:11
"Kapital Bank" rəhbərliyində - YENİ TƏYİNATLAR 11:08
Şəxsi telefonunu 240 min dollara aldılar 11:00
Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub - FOTO 10:50
SIPRI: - Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb 10:20
Azərbaycandan alınan neft Belarusa ikiqat baha başa gələcək 10:00
Cəbhədə pulemyotlar susmadı 09:45
Generalların Bakı görüşü bölgənin taleyinə təsir edəcək 09:39
Neft bahalaşıb 09:27
İlham Əliyev dünya şirkətlərinə - çağırış etdi 09:17
Ölümdən sonra nə baş verir? - Qorxunc təcrübə + VİDEO 08:57
Rəy Kərimoğlu: - “Çingiz Mustafayevin iddiaları əsassızdı” 08:33
Kiyev qarışdı: - polislə toqquşmalar başladı, yenə çadırlar qurulur + VİDEO 08:21
Dözülməz diz ağrılarına qarşı təbii yollar 06:30
Diş ağrısını kəsən - ən təsirli təbii üsullar 05:40
Ayaq göbələyindən əziyyət çəkənlərə - məsləhət 04:30
Öskürəkdən xilas olmağın ən asan yolu 03:35
Siqaret bu qorxunc xəstəlikdən xilas edirmiş 02:46
Moskvada azərbaycanlıların da çalışdığı bazar yandı - VİDEO 02:20
Qətərdən Türkiyəyə jest 02:08
ABŞ-da Sorosla bağlı petisiya başladı - Həbsi tələb olunur 01:41
Yol polisinə kobud davranan sürücü həbs edildi - FOTO 01:32
Artur Şopenhauer qadınlar haqqında 01:23
Bakı Türkiyədən bu silahı almaq istəyir 00:50
Necdet Ünüvar: Qanunsuz “referendumun” nəticələri Türkiyə tərəfindən tanınmayacaq 00:30
Misir ehramlarının eşitmədiyimiz sirləri - VİDEO 00:07
Sabah ermənilərə “atəşli salam” göndərmək lazımdır 00:03
Dünya kiber savaşa hazırlaşır - Kasperski 00:01