success closed Loading...

Suriyada döyüşmüş şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etmiş Zöhrab Abdullazadənin apellyasiya şikayətinə baxılıb.

Enter.News-un məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək k, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Abdullazadə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Z. Abdullazadə apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

Z. Abdullazadə  Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirli bilinib. O, 2012-2015-ci illərdə qeyri-qanuni yollarla Suriya və İraqa gedib, orada qanunsuz fəaliyyət göstərən İŞİD və digər terrorçu təşkilatların, başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələnib. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.