success closed Loading...

''Türk Hava Yolları'' bu dəfə 100-dən artıq reysi təxirə saldı

 

"Türk Hava Yolları" (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb.

Enter.News THY-ə istinadən məlumat verir ki, reyslərin təxirə salınmasının səbəbi əlverişsiz, qarlı hava şəraiti ilə bağlıdır.

Qeyd edək ki, İstanbulda güclü şaxtalı və qarlı hava artıq 6-cı gündür ki, davam edir. THY bu günlər ərzində 1500-dən artıq reysi təxirə salıb. Reyslərin təxirə salınması Türkiyə hava şirkətinə 100 milyon türk lirəsi həcmində ziyan vurub.

Reysləri təxirə salan şirkət 15 minə yaxın sərnişini otellərdə yerləşdirməyə məcbur olub.