success closed Loading...

58 terrorçu Azərbaycan vətəndaşlığından çıxarılıb

 

“Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 milyon 137 min 351 nəfər təşkil edib. 2016-cı il ərzində 672 min 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri verilib. 2016-cı ildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə iş icazəsi verilib”.

Enter.News-un məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Onun sözlərinə görə, son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib: “58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.

2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”.

“Hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib. Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır”, - deyə Firudin Nəbiyev qeyd edib.


XƏBƏR LENTİ
FTB-nin Türkiyə üzrə nümayəndəsi polisə çağırıldı 00:06
13.12.2017
FED uçot dərəcəsini artırıb 23:08
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər” 22:47
Biləsuvarda güclü yanğın - Evində yanaraq öldü 22:17
İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır” 21:39
Türkiyədə azərbaycanlı qətlə yetirildi 21:15
“Trampın qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar" - Ərdoğan 20:47
Nazirlər Kabinetində ştat sayı artırılıb 20:24
İstanbul toplantısında sürpriz qonaq + FOTOLAR 20:00
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb” 19:40
Bakıda məhbusun ölməsinin səbəbi məlum olub + YENİLƏNİB 18:38
İstanbulda Qüdslə bağlı TARİXİ QƏRAR 17:50
Tanınmış aktyorla xanımını belə döydülər + VİDEO 16:20
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə + FOTOLAR + VİDEO 15:03
Bu dərmanın istifadəsi qadağan edildi - SƏBƏB + FOTOLAR 14:02
Fədayə Laçın məhkəməyə gətirildi - Bu gün azad oluna bilər + YENİLƏNİB 13:00
Bu islam ölkələri Qüdsün müzakirə olunduğu İstanbul görüşünə gəlmədilər - ŞƏRHSİZ 12:31
Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir 12:20
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib 12:00
Ramil Usubov qiyamda həlak olan polisin oğluna vəzifə verdi + FOTOLAR 11:45
Tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi açıqlanıb 11:25
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı - TƏFƏRRÜAT 11:01
Murad Rəhimov sədr təyin olundu 10:31
Artur Rasizadə onları işdən çıxardı 10:00
"Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar" - ŞƏRH 09:25
İstanbulda Qüdslə bağlı xarici işlər nazirlərinin toplantısı başlayıb 08:59
Rəşad Sadıqov baş məşqçi təyin edildi 07:54
Dəm qazından ölən ana ilə 2 uşağının - Fotosu + VİDEO 00:52
Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib 00:21
İsrailə qarşı üçüncü İntifadanın başlandığı bəyan edildi 00:00