success closed Loading...

Çiskinli yağış yağacaq

Bakı və Abşeron yarımadasında yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Enter.News-a  verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.