success closed Loading...

Tramp CNN-ni belə biabır etdi VİDEO


ABŞ-ın 45-ci Prezidenti Donald Tramp təşkil etdiyi ilk mətbuat konfransı zamanı CNN müxbirinin ona sual ünvanlamasına icazə verməyib.

Enter.News xəbər verir ki, milyarder prezident sözügedən mətbuat qurumunu dezinformasiya yaymaqda günahlandırıb.

Belə ki, Tramp sual vermək üçün icazə istəyən müxbirə: “Xahiş edirəm, səssiz olun. Hay-küy salırsınız. Siz yalan xəbərlər yayan mətbuat orqanısınız. Sizə sual haqqı tanımıram”, - deyə bildirib.

“Mətbuat orqanımıza hücum edirsiniz”, – deyən CNN əməkdaşının iradına Tramp “Təşkilatınız bərbaddır” sözü ilə nöqtə qoyub.