success closed Loading...

ABŞ-da hüquq fakültəsinin məzunu olan Emin Aslan Bakıda 30 sutka həbs edilib + YENİLƏNİB

Hüquqşünas Emin Aslan həbs edilib.

Vəkil Elçin Sadıqov bildirib ki, Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək Nərimanov rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

***

"Hüquqşünas Emin Aslan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır". 

Bunu APA-ya Emin Aslanın vəkili Elçin Sadıqov bildirib. E. Sadıqov qeyd edib ki, müdafiə etdiyi şəxslə görüşmək istəsə də, bu, mümkün olmayıb. 

Qeyd edək ki, Emin Aslan ötən gün axşam saatlarında saxlanılıb. Onun nədə ittiham olunduğu məlum deyil.

***

Hüquqşünas polisə tabe olmamaqda günahlandırılır

Hüquqşünas Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 sutka azadlıqdan məhrum edilib. O, polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Emin Aslan iyunun 4-də saat 17 radələrində “Park-Bulvar”ın qarşısından naməlum istiqamətə aparılıb. Yaxınlarının sözlərinə görə, onu 3 mülki şəxs “90 XG 017” nömrə nişanlı avtomobilə mindiriblər.

Hadisədən 30 dəqiqə sonra yaxınları Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Emin Aslan ABŞ-ın Syracuse Universitetinin hüquq fakültəsinin məzunudur. Həbsindən bir neçə gün öncə Bakıya qayıdıb.

Enter.News