success closed Loading...

Bakıda iş yerləri kütləvi şəkildə bağlandı - ''Daş dövrü''ndən gələn Mürsəl Əliyev + VİDEO

Bakıda fəaliyyət göstərən daş karxanalarının fəaliyyəti dayandırılıb.

Enter.News-a göndərilən videodan aydın olur ki, ölkə rəhbəri İlham Əliyevin dəfələrlə sahibkarlara qarşı haqsızlıq edən məmurlarla bağlı xəbərdarlığına baxmayaraq, onları yenə də incik salırlar.

Daha dəqiq desək ki, insanları evlərinə bir tikə çörək aparmalarına müxtəlif bəhanələrlə mane olurlar.

Bu cür məmurlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsi kimi təqdim edilən Mürsəl Əliyev olduğu bildirilir.

Belə ki, sözügedən nazirliyin əvvəl verdiyi icazə sənədləri indi qəbul olunmur və sahibkarların iş yerləri bağladılır. Sahibkarlara böyük miqdarda cərimə yazılır. 

Enter.News saytı kanal24.az-a istinadən işçilər və sahibkarların etdiyi video müraciəti təqdim edir: