success closed Loading...

Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
 
Enter.News xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.
 
Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.