success closed Loading...

YAP-dan Rəfael Cəbrayılovla bağlı şok açıqlama: ''Vəsiqənin girov qoyulması mənəviyyatsızlıqdır''

icon datetime02.10.2019 20:19 icon comment icon visitor
shadow

“Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”.

Enter.News xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.

“Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”, – deyə H. Paşayev qeyd edib.

Xatırladaq ki, bu gün MSK-nın qərarı ilə R.Cəbrayılovun mandatına xitam verilib.