success closed Loading...

İqbal Ağazadə ilə Rauf Arifoğlunun mübarizə apardığı dairədən ŞOK XƏBƏR

35 saylı Xətai üçüncü seçki dairəsinin sədri İmran Hüseynəliyev istefa verib.

Enter.News xəbər verir ki, bu barədə məlumatı həmin dairədən deputatlığa namizəd İqbal Ağazadə şəxsi Facebook hesabında yazıb.

İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə  fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.”

Qeyd edək ki, eyni dairədən Rauf Arifoğlu da deputatlığa namizəddir.

news-detail