success closed Loading...

Gülmirzə Cavadov seçiciləri ilə görüşlərini davam etdirir + FOTOLAR

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov seçiciləri ilə görüşlərini davam etdirir. 

Enter.News xəbər verir ki, bununla bağlı Gülmirzə Cavadov “Facebook” səhifəsində məlumat paylaşıb. 

Budəfəki görüşlər Pirallahı qəsəbəsində baş tutub. 

Deputatlığa namizəd gün ərzində qəsəbəni başdan ayağa gəzərək, sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. 

Görüşlərdən əvvəl G.Cavadov Pirallahı qəsəbəsinin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. 

Daha sonra deputatlığa namizəd Pirallahıda Karate Do üzrə “Contact Karate Club”a gedib, klubun baş məşqçisi və tələbələri ilə görüşüb. 

G.Cavadov Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin önündə şagirdlər və valideyinlərlə görüş keçirib. 

Bundan başqa, deputatlığa namizəd qəsəbənin bir neçə küçəsində insanlarla söhbətləşib.