success closed Loading...

Məzahir Pənahovdan xalqı şoka salan təşəkkür və analoqu olmayan sual :)

MSK sədri seçki pozuntusu ilə bağlı görüntü yayanlara təşəkkür etdi

"Biz çox vaxt itirməməliyik".

Enter.News xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşidirirlər:

“Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarlala bağlı araşdırmalar aparırırıq. Ancaq bundan da sui-istifadə edənlər var".

***

MSK sədri: "Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilər?"

"Məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil". 

Enter.News xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

Onun sözlərinə görə, MSK adından sui-istifadə edirlər: “Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilər və ya yox? Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var".

***

"Seçkilərdə qələbə qazanmayan namizəd narazı ola bilər".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

“Burada heç bir təəccüblü məsələ yoxdur. O, narazı olmasa təəccüblü olar” - deyə, MSK sədri əlavə edib.