success closed Loading...

MSK-nın iclasında maraqlı dialoq: ''Bura Xalq Cəbhəsinin iclası deyil'' + YENİLƏNİB

icon datetime18.02.2020 17:45 icon comment icon visitor
shadow

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında maraqlı durum yaranıb.

Enter.News-un xəbərinə görə, MSK katibi Mikayıl Rəhimov 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Cəfərli Fikrət və digərlərinin müraciətinə baxılan zamanı müraciəti təqdim edən MSK üzvü İlkin Şahbazova sual verib: "Bu şikayət işıqlar sönən dairə ilə bağlıdır?"

MSK katibi bu sualına isə həmin dairədən deputatlığa namizəd F.Cəfərli cavab verib. MSK katibi deputatlığa namizədə deyib ki, "mən sizə sual vermədim. Sualı MSK üzvünə verdim".

Daha sonra “bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır ” - deyə, MSK katibi əlavə edib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, "bura ciddi bir qurumdur".

***

"Hər bir şəxsin hüququ və həmin hüququn həddi var".

 

Enter.News xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Müəyyən məsələlərdə həddin keçilməsinə göz yumuruq. Biz heç vaxt deməmişik ki, blogerləri, müşahidəçiləri oradan çıxarın. Biz seçkilərin şəffaf keçirilməsinin tərəfdarıyıq”, - MSK sədri əlavə edib.

Enter.News