success closed Loading...

Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək

 

2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək.

Enter.News-un məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiç bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, festivala 4 minə yaxın iştirakçının qatılması nəzərdə tutulur. Y. Kosiyançiçin sözlərinə görə, 50 Avropa olimpiya komitəsi və 50 dünya olimpiya komitəsinin bu festivalda iştirak etməsi gözlənilir.

Y. Kosiyançiç həmçinin bildirib ki, festivalda iştirakçılar 16-18 yaş həddi arasında olacaq.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə isə vurğulayıb ki, Festivalda 9 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulur.