success closed Loading...

“Qalaksi S8” smartfonunun sınaqlarına başlanıldı

 

“Samsunq” şirkəti yeni qabaqcıl “Qalaksi S8” və “Qalaksi S8 Plus” smartfon modellərini sınaqdan keçirməyə başlayıb.

Enter.News xəbər verir ki, qurğuların tam sensorlu idarəetmə ilə təchiz ediləcəyi gözlənilir. Yeni model smartfonlar Çində sınaqdan keçirilib.

Qurğunun konstruksiyasında nəzərəçarpacaq dəyişikliklərin təkcə “Əpl” şirkəti və Çin brendləri ilə aparılan rəqabətlə əlaqədar olmadığı bildirilib. Bazar icmalçılarının fikrincə, “Qalaksi S8” modeli “Qalaksi Not 7” smartfonunun uğursuzluğundan sonra əsas populyar qurğu olmaqla şirkət pərəstişkarlarının ümidlərini doğruldacaq.

Məlumata görə, “Samsunq” fiziki naviqasiya klavişlərindən tam imtina edərək bütün üst tərəfi ekran üçün istifadə edəcək. Aparatın ön tərəfində yerləşən barmaq izi skaneri də ləğv edilə bilər.

Biometrik identifikasiyanın necə quraşdırılacağı barədə məlumat verilmir.