success closed Loading...

Elçin Şıxlı yeni televiziya açdı

Tanınmış jurnalist Elçin Şıxlının rəhbərlik etdiyi “Ayna.az” saytında “Ayna TV” yayıma başlayıb. 
 
Enter.News xəbər verir ki, “Ayna.az” rəhbərliyinin məlumatına görə, hələlik həftədə bir dəfə təxminən 25-30 dəqiqəlik müzakirə proqramı efirə çıxacaq. Həm saytdakı məqalələr, həm də günün mühüm hadisələri bu müzakirələrin əsas mövzusu olacaq. 
 
“Ayna TV”də ilk söhbəti tanınmış jurnalistlər İbrahim Nəbioğlu, Arif Əliyev və Elçin Şıxlı üçlükdə aparıb. "Ayna"nın müəllifləri ilk verilişdə ötən ili səciyyələndirməyə çalışıblar.