success closed Loading...

''Mastercard'' süni intellekt vasitəsilə kiberdələduzlara qarşı mübarizə aparacaq

 

“Decision Intelligence™” həlli süni intellekt texnologiyası vasitəsilə tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini təkmilləşdirir və müştərilərin alış-veriş təcrübəsinin yaxşılaşdırılmasını təmin edir. “Mastercard” şirkəti qlobal şəbəkəsində “Decision İntelligence” texnologiyasını təqdim edib.

Enter.News-un məlumatına görə, sözügedən texnologiya qərarvermə prosesini idarə edən və dələduzluq hallarını aşkarlayan kompleks xidmətdir. Yeni həll süni intellekt texnologiyasından istifadə etməklə maliyyə institutlarına real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqini sürətləndirməyə və yanlış imtinaları azaltmağa imkan yaradır.

Qeyd edək ki, bu, “Mastercard”ın birbaşa olaraq öz qlobal şəbəkəsində süni intellekt texnologiyasının ilk tətbiqi hesab olunur.

Hazırda istifadə olunan qərarların qiymətləndirilməsi texnologiyaları əsasən, öncədən müəyyən edilmiş qaydalar çərçivəsində risk dəyərləndirilməsini həyata keçirir. “Decision Intelligence” həlli özü ilə birgə geniş imkanlar təklif edən yeni radikal yanaşmanı ərsəyə gətirir. O, hər bir əməliyyatın analizi, qiymətləndirilməsi və öyrənilməsini daha geniş həyata keçirməyə imkan verir. Kart emitentləri yeni texnologiya vasitəsilə əldə edilmiş nəticələri hər növbəti əməliyyatlara tətbiq edə bilirlər.

“Biz ödəniş zamanı istehlakçının üzləşdiyi əsas çətinliklərdən olan yanlış imtinalar problemini həll edirik. Qlobal şəbəkəmizdə süni intellekt texnologiyasından istifadə edərək biz maliyyə qurumlarına və digər tərəfdaşlara əməliyyatların təsdiqi göstəricilərini yaxşılaşdırmağa və müvafiq olaraq alıcı təcrübəsini inkişaf etdirməyə yardım göstəririk”, - deyə “Mastercard” şirkətinin Risklər və müəssisələrin təhlükəsizliyi üzrə prezidenti Acay Balla bildirib.

Bir sıra texnologiyalar əsasında yaradılmış “Decision Intelligence” sistemi mürəkkəb alqoritmlərdən istifadə edərək intellektual analiz sayəsində köhnə problemin həlli üçün yeni üsul təqdim etməklə banklara proqnozlaşdırılmış qiymət verməyə imkan yaradır. Bundan sonra banklar əldə edilmiş məlumatı fırıldaqçılıqla mübarizə sistemlərinə inteqrasiya edə bilərlər.

“Decision Intelligence” xidmətinin əsaslandığı smart-texnologiyalar hər istifadəçinin hesab üzrə alış-veriş davranışlarını uzun müddət öyrənərək normadan kənar davranışları dərhal aşkar edir. Belə ki, onlar hesabdan ödənişlər üzrə müştərilərin dəyər seqmentasiyası, risk xərcləri, lokasiya, satıcı, ödəniş qurğusunun məlumatları, zaman və alış-verişin növü barədə məlumatlardan istifadə edirlər.

Son bir neçə il ərzində ödəniş sektoru böyük səylə ödənişlərin mühafizəsinə və fırıldaqçılığa qarşı mübarizəyə fokuslanıb, buna görə də əməliyyatların həqiqiliyinin yoxlanması və fırıldaqçılıq hallarının idarə edilməsi arasında düzgün balansın qorunması böyük əhəmiyyət daşıyır.

Təkcə ABŞ-da əməliyyatlar zamanı yanlış imtinaların dəyəri kartlarla fırıldaqçılıq halları nəticəsində əmələ gələn itkilərin ümumi məbləğindən 13 dəfə çoxdur. Tranzaksiyaların qiymətləndirilməsində süni intellektdən istifadə problemlərin həlli istiqamətində yeni bir addımdır.

“Mastercard” şəbəkəsində əsas komponent olaraq süni intellektdən istifadə hər əməliyyatın fırıldaqçılığa məruzqalma riskini daha dəqiq qiymətləndirmək imkanı yaradır. Bu yeni imkanlar real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini sürətləndirəcək və yanlış imtinaları azaldacaq. Əldə edilmiş məlumat sayəsində yanacaqdoldurma məntəqələri və ya ATM-lər kimi xüsusi sahələr potensial risklərə daha çevik reaksiya verə və bununla da geri qaytarılan ödəniş kimi əməliyyat xərclərini azalda bilərlər.


XƏBƏR LENTİ
Rusiya Dumasının sədri: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi yolverilməzdir” 14:07
Azərbaycanda anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 13:57
Bakıda DƏHŞƏT: Yük maşını ilə bir yaşlı qızın üstündən keçdi 13:43
Parada hazırlıq davam edir — Təyyarə və helikopterlər növbəti dəfə havaya qalxdılar 13:31
Cənub və Şimal arasında iqtisadi layihələr başlayır 13:23
İş adamının həbsdə olan arvadının falçısına bəraət verildi - 130 min dollarlıq iddia 13:14
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk dəfə yük vaqonları nəql edilib 13:06
Yük maşınını kütlənin arasına sürdü - Ölən və yaralananlar var 12:58
“Monolit Plaza”da yanğın olub 12:57
Dieqo Kostadan iranlı müdafiəçiyə “ana-bacı” söyüşü 12:44
Erməni avtoritetlər Rusiya həbsxanasından çıxdılar 12:38
Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi bu gün Bakıya gələcəklər 12:32
Türkiyənin məşhur futbolçusu millət vəkili seçilib 12:20
İranın müdafiə nazirinin müavini Azərbaycana səfərə gəlib 12:11
Əsrlər boyu əldən-ələ keçən KRIM - Kimlər gəldi, kimlər getdi... 12:06
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb 11:55
Deputat: Türkiyədəki seçkilər bizim marağımızda idi 11:45
Misir yığması Salahla bağlı məlumat yaydı 11:37
"Poroşenko şizofrenikdir, həbs olunacaq" - Jirinovski 11:32
Goranboyda piyada qəzası, ölən var 11:20
Bu yollarda hərəkət məhdudlaşdırılır 11:12
Muharrem İnce Ərdoğanın seçkini udduğunu qəbul edib + VİDEO 10:57
Əsrin güc nümayişi: Azərbaycan və Türkiyədən möhtəşəm “performans” 10:54
Dollar həftəyə belə başladı 10:42
İyunun 27-də daha 70 mindən artıq şagird buraxılış imtahanı verəcək 10:38
İtaliyada miqrantları xilas etmək qadağan edildi 10:25
Hemilton Formula-1 Fransa Qran-Prisinin qalibi olub 10:16
Daşkəsənə sel gəldi: Evləri su basdı 10:08
Türkiyədə Putinə “səs verdilər” 09:58
Atəşkəs 98 dəfə pozulub 09:53
DÇ-2018: Bu gün iki qrupda mübarizəyə yekun vurulacaq 09:47
Neftin QİYMƏTİ 09:45
Liviya sahillərində 458 miqrant xilas edilib 09:37
Bu gün AŞPA-nın yay sessiyası başlayır 09:25
"Lent.az”-ın 10 yaşı tamam olur 09:17
Oğuzda zəlzələ olub 09:11
Baxçalı hamıya meydan oxudu - Seçki çıxışı 00:34
Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi 00:29
Tanınmış aparıcıya ağır itki 00:23
Dövlət Bahçalı Ərdoğanı təbrik edib 00:20
Səslərin 97%-i sayıldı: kim liderlik edir? - NƏTİCƏLƏR 00:16
24.06.2018
İlham Əliyev: Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlib 23:17
Bülletenlərin 78,11%-i hesablandıqdan sonra Ərdoğan 54,58% səs toplayıb 23:10
Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib 21:44
Türkiyədə prezident seçkilərində bülletenlərin 43 faizi hesablanıb, Ərdoğan liderdir 20:42
Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb 19:30
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESSİYA 13:11
Binəli Yıldırım: "Seçkilərdən sonra Türkiyə daha da güclənəcək" 13:09
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar süjet hazırlayıb + VİDEO 12:14
Türkiyənin strateji obyektində casus qalmaqalı: O qadın kimdir? 11:37
Hacı Nuran xəstədir, yoxsa hospitalı reklam edir? - ŞOK İDDİA + VİDEO 11:32
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirib 11:31
Azərbaycan kəndində saxlanılan erməni əsgərin ETİRAFLARI 11:27
Vəzifə başında ölən azərbaycanlı məmurlar... - Film kimi ölkə 11:13
Ramiz Rövşən: "İndiki cavanların ağzından süd, əlindən qan iyi gəlir” 11:06
Hesabı verməmək üçün yalandan dava salacaqdılar, amma... - Dəhşətli cinayətin təfərrüatı 10:59
Mühəndislərin Şeyxi Əcəmi Naxçıvani 10:45
Bakıda “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək 10:43
Serj Sarkisyanın qardaşı iri məbləğdə yeyintidə ittiham olundu 10:38
Vəzifə başında vəfat edən nazir Yavər Camalov kimdir? - DOSYE 10:30
Putin həqiqətən dünya çempionatını alıbmı? - FTB müəmmalı susqunluğunu qoruyur... 10:13
Prezidentin köməkçisi deputatla qohum oldu: Nağdəliyevin oğlu evləndi 10:06
Azərbaycanın peşəkar aktyorlarından olan - ATAMOĞLAN RZAYEV 09:59
Bu gün Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür 09:56
Hacıqabulda dəhşətli qətl: Rayon sakini xalası qızının boğazını kəsərək qətlə yetirib 09:37
Türkiyədə prezident seçkilərində təxribatlar planlaşdıran 11 PKK üzvü saxlanıldı 09:20
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri başlayıb + YENİLƏNİB 09:00
Deputat Abdulla Əfəndizadə: "Xalq arasına getmək lazımdır, Bakıda oturmaqla iş olmaz" 08:42