success closed Loading...

İranın sabiq prezidenti bu gün dəfn ediləcək VİDEO

İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün  dəfn ediləcək.

Enter.News-un məlumatına görə, bazar ertəsi Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər

İranda Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.

Rəfsəncani 1979-cu il İslam inqilabında fəal iştirak edib və İranın ən nüfuzlu şəxslərindən biri sayılırdı. O, 1989-1997-ci illərdə İrana rəhbərlik edib, nüvə proqramının əsasının qoyulmasında mühüm rol oynayıb.

Haşimi Rəfsəncani  yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.