success closed Loading...

Reks Tillerson: “Rusiya öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”

Bu gün ABŞ Senatında yeni seçilmiş prezident Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Reks Tillersonun bu vəzifəyə təsdiqlənməsi ilə əlaqədar dinləmələr keçiriləcək.

Enter.News-un xəbərinə görə, “Reuters” agentliyi R. Tillersonun Senatda edəcəyi çıxışın mətnini əldə edib. Mətndə Rusiyanın beynəlxalq arenada fəaliyyətindən narahatlıq ifadə olunur.   

R. Tillerson giriş nitqində D. Trampın hansı səbəblə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olduğunu izah edir. O bildirir ki, Vaşinqtona öz kursunu müəyyənləşdirmək üçün Moskva ilə açıq və şəffaf dialoq lazımdır. Lakin “Reuters” qeyd edir ki, R. Tillersonun bu barədə ritorikası D. Trampın bəyanatlarından fərqlənir. “Rusiya beynəlxalq arenada əhəmiyyətli rol oynamaq və ona hörmət olunmasını təmin etmək istədiyi bir zamanda son vaxtlar yol verdiyi hərəkətlərlə Amerikanın maraqlarını inkar edib. Rusiya bilməlidir ki, biz öz öhdəliklərimiz, eləcə də müttəfiqlərimiz qarşısındakı öhdəliklərimizə əməl edəcəyik və Rusiya öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”, - deyə R. Tillerson vurğulayır.

Dövlət katibliyinə namizəd Rusiyandan qaynaqlanan təhlükəyə diqqət çəkib: “Rusiya Ukraynaya soxulub, Krımı özünə birləşdirib və savaş qanunlarını qəddarcasına pozan Suriya qüvvələrinə dəstək verib. Bizim NATO üzrə müttəfiqlərimiz dirçələn Rusiyadan narahatlıq durmaqda haqlıdır”.

Qeyd edək ki, R. Tillerson “Exxon-Mobil” neft korporasiyasının baş direktoru idi, lakin dövlət vəzifəsinə namizədliyi irəli sürüldükdən sonra bu vəzifədən istefaya gedib. ABŞ-ın bir sıra nüfuzlu senatorları onun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olmasından ciddi narahatlıq duyduqlarını və Senatda R. Tillersonun namizədliyi müzakirə olunarkən bu barədə məsələ qaldıracaqlarını bildiriblər.  


XƏBƏR LENTİ
FTB-nin Türkiyə üzrə nümayəndəsi polisə çağırıldı 00:06
13.12.2017
FED uçot dərəcəsini artırıb 23:08
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər” 22:47
Biləsuvarda güclü yanğın - Evində yanaraq öldü 22:17
İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır” 21:39
Türkiyədə azərbaycanlı qətlə yetirildi 21:15
“Trampın qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar" - Ərdoğan 20:47
Nazirlər Kabinetində ştat sayı artırılıb 20:24
İstanbul toplantısında sürpriz qonaq + FOTOLAR 20:00
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb” 19:40
Bakıda məhbusun ölməsinin səbəbi məlum olub + YENİLƏNİB 18:38
İstanbulda Qüdslə bağlı TARİXİ QƏRAR 17:50
Tanınmış aktyorla xanımını belə döydülər + VİDEO 16:20
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə + FOTOLAR + VİDEO 15:03
Bu dərmanın istifadəsi qadağan edildi - SƏBƏB + FOTOLAR 14:02
Fədayə Laçın məhkəməyə gətirildi - Bu gün azad oluna bilər + YENİLƏNİB 13:00
Bu islam ölkələri Qüdsün müzakirə olunduğu İstanbul görüşünə gəlmədilər - ŞƏRHSİZ 12:31
Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir 12:20
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib 12:00
Ramil Usubov qiyamda həlak olan polisin oğluna vəzifə verdi + FOTOLAR 11:45
Tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi açıqlanıb 11:25
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı - TƏFƏRRÜAT 11:01
Murad Rəhimov sədr təyin olundu 10:31
Artur Rasizadə onları işdən çıxardı 10:00
"Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar" - ŞƏRH 09:25
İstanbulda Qüdslə bağlı xarici işlər nazirlərinin toplantısı başlayıb 08:59
Rəşad Sadıqov baş məşqçi təyin edildi 07:54
Dəm qazından ölən ana ilə 2 uşağının - Fotosu + VİDEO 00:52
Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib 00:21
İsrailə qarşı üçüncü İntifadanın başlandığı bəyan edildi 00:00