success closed Loading...

Rusiyalı deputat: ''Rusiya Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəmir''

icon datetime11.01.2017 15:30 icon comment0 icon visitor141
shadow

 

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasını qətiyyən istəmir".

Enter.News apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, "Vahid Rusiya" Partiyasından olan deputat Sergey Jeleznyak bildirib.

O, Rusiyanın münaqişənin siyasi yolla həlli istiqamətində böyük iş apardığını qeyd edib.

Deputat bu işlərin nədən ibarət olduğunu açıqlamasa da, bildirib ki, ötən ilin aprelində Dağlıq Qarabağda toqquşmalar baş verən zaman məhz Rusiyanın səyi nəticəsində atəşkəs əldə olunub, qan tökülməsi dayandırılıb: "Əminəm ki, həm Azərbaycanda, həm də Ermənistanda bütün sağlam düşüncəli siyasətçilər anlayırlar ki, belə münaqişələr istisnasız olaraq siyasi və humanitar yolla həll olunmalıdır. Apreldə bu münaqişənin çox təhlükəli mərhələsi Rusiyanın mühüm diplomatik səyi nəticəsində dayandırıldı. Rusiya Azərbaycan və Ermənistan rəhbərliyinin atəşkəsi bərpa etmək barədə razılığa gəldiyi meydança oldu. Əminəm ki, Rusiya olmasaydı, daha çox insan bu toqquşmada həlak olacaq, zərər görəcəkdi. Ona görə də, Moskva istəmir ki, tərəflər silaha əl atsın".

Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının Azərbaycan tərəfinin narahatlığına səbəb olması ilə bağlı suala isə S. Jeleznyak belə cavab verib:

"Bu qoşun qruplaşması müdafiə xarakteri daşıyır. Bunun yaradılması sırf Rusiyanın ölkə xaricində milli təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Əminəm ki, Rusiya və Ermənistana heç kəs hücum etməsə, bu qoşun qruplaşmasının fəaliyyətinə ehtiyac qalmayacaq. Ona görə də, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasından narahat olmağa dəyməz, bunun üçün əsas yoxdur".

Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksinin verməsi ilə bağlı məlumatları şərh edən rusiyalı siyasətçi bildirib ki, əsas məsələ hansı silahın satılması deyil: "Bildiyiniz kimi biz dünyanın bir çox ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edirik. Azərbaycan və Ermənistanla bu sahədə əməkdaşlıq yüksək səviyyədədir. Hərbi-texniki əməkdaşlığı əsasən hərbi-sənaye kompleksimizin inkişafı məqsədi ilə həyata keçiririk. Hər kəs yaxşı anlayır ki, silahlar atəş açmır, insanlar atəş açırlar. Yəni, o silahı insan idarə edir. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində Rusiya təkid edir ki, bütün mövcud münaqişələr dayandırılsın və problemin siyasi yolla həllinin axtarışı həyata keçirilsin".    


XƏBƏR LENTİ
FTB-nin Türkiyə üzrə nümayəndəsi polisə çağırıldı 00:06
13.12.2017
FED uçot dərəcəsini artırıb 23:08
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər” 22:47
Biləsuvarda güclü yanğın - Evində yanaraq öldü 22:17
İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır” 21:39
Türkiyədə azərbaycanlı qətlə yetirildi 21:15
“Trampın qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar" - Ərdoğan 20:47
Nazirlər Kabinetində ştat sayı artırılıb 20:24
İstanbul toplantısında sürpriz qonaq + FOTOLAR 20:00
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb” 19:40
Bakıda məhbusun ölməsinin səbəbi məlum olub + YENİLƏNİB 18:38
İstanbulda Qüdslə bağlı TARİXİ QƏRAR 17:50
Tanınmış aktyorla xanımını belə döydülər + VİDEO 16:20
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə + FOTOLAR + VİDEO 15:03
Bu dərmanın istifadəsi qadağan edildi - SƏBƏB + FOTOLAR 14:02
Fədayə Laçın məhkəməyə gətirildi - Bu gün azad oluna bilər + YENİLƏNİB 13:00
Bu islam ölkələri Qüdsün müzakirə olunduğu İstanbul görüşünə gəlmədilər - ŞƏRHSİZ 12:31
Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir 12:20
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib 12:00
Ramil Usubov qiyamda həlak olan polisin oğluna vəzifə verdi + FOTOLAR 11:45
Tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi açıqlanıb 11:25
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı - TƏFƏRRÜAT 11:01
Murad Rəhimov sədr təyin olundu 10:31
Artur Rasizadə onları işdən çıxardı 10:00
"Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar" - ŞƏRH 09:25
İstanbulda Qüdslə bağlı xarici işlər nazirlərinin toplantısı başlayıb 08:59
Rəşad Sadıqov baş məşqçi təyin edildi 07:54
Dəm qazından ölən ana ilə 2 uşağının - Fotosu + VİDEO 00:52
Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib 00:21
İsrailə qarşı üçüncü İntifadanın başlandığı bəyan edildi 00:00