success closed Loading...

Türkiyə Rusiyadan viza rejiminin ləğvini gözləyir

 

Ankara Moskva tərəfindən türk vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, daha sonra isə aradan qaldırılmasını gözləyir.

Enter.News-un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən bildirir.

Mənbənin sözlərinə görə, Türkiyə Rusiya ilə münasibətləri böhrandan əvvəlki səviyyəyə çatdırmağa və ticarət imkanlarını genişləndirməyə çalışır.

O qeyd edib ki, Türkiyə üçün Rusiya ilə münasibətlər Qərblə münasibətlərin bir alternativi deyil.